27.06.2013 [13:29] - Hərb, Müsahibə
Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Azərbaycanda hərbi qulluqçulara verilən imtiyazlar yetərincə deyil
“Azərbaycanda hərbi qulluqçulara verilən imtiyazlar yetərincə deyil”.Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, hərbi qulluqçulara verilən ərzaq əvəzinə pul kompensasiyası məsələsi öz həllini tapsa, daha yaxşı olar. 2013-cü ilin yanvarın 1-dən Nazirlər Kabinetinin bununla bağlı qərarının olduğunu deyən ekspertin fikrincə, hərbi qulluqçuların bu problemi həll olunsa, bu, ordumuzun 95 illik yubileyinə ən yaxşı hədiyyə olar.
Hərbçilər üçün bəzi imtiyazlar olduğunu deyən ekspert bu imtiyazların çox az olduğundan narahatdır: “Sovet dövründə müharibə iştirakçıları kommunal xərclərdən azad idilər. Doğrudur, bazar iqtisadiyyatı ilə bağlı bəzi problemlər yaranır. Məsələn, sahibkar avtobus xətti işlədirsə, zabit mütləq yol pulunu ödəmək məcburiyyətindədir”.
İmtiyazların yetərincə olmadığını deyən ekspertin sözlərinə görə, dövlət bu məsələlərin həlli üçün addımlar atmalıdır: “Bu gün Bakıda kirayədə yaşayan zabit dövlətdən 50 manat kirayə haqqı alır. Bakıda bu qiymətə mənzil tapmaq mümkündürmü? Hərbçinin aldığı məvacibin bir hissəsi ailənin qaldığı evin kirayə haqqına gedir. Lakin bu məsələni həll etmək olar. Xarici təcrübədən istifadə etmək olar. Hərbçilər mənzillə təmin olunurlar, dövlət isə tədricən onların vəsaitlərini ödəyir”.

Bu xəbər oxucular tərəfindən 1040 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |