28.06.2013 [11:56] - Xəbərlər
Qlobal biznesin əsas kapitalının əhəmiyyətli hissəsini narkotik maddələrin satışından əldə edilən gəlirlər təşkil edir. Bunu dəfələrlə beynəlxalq təşkilatlar, bir sıra ekspertlər də təsdiq edib. Maraqlıdır ki, dünya bir tərəfdən bununla mübarizə aparır, digər tərəfdən ortada böyük pullar oynayır. Deməli, kimlərsə ya görünməyən, ya da görünüb gizlənən qüvvələr burda maraqlıdır. Ən əsası isə onların gücü istər qlobal, istər regional, istərsə ölkə çevrəsində kifayət qədər geniş olur. XIX əsrin sonlarında Böyük Britaniyanın Çində apardığı “Tiryək müharibələri”ndən sonra daha da genişlənən bu sahə bütün mübarizələrə rəğmən həyatımızın bir hissəsinə çevrilib. Bu gün artıq dünyanın narkotika sahələri, bunun becərildiyi plantasiyaları mövcuddur. Narkotika dedikdə də əsasən Əfqanıstan yada düşür. Bu ölkə demək olar ki, dünyanın narkotika plantasiyasını xatırladır. Hətta Əfqanıstanda aparılan müharibələrin, bu ölkənin müflis vəziyyətdə olmasının səbəbləri sırasına məhz bu amilin, yəni narkoplantasiya rolunu oynaması da daxildir. Bölgədəki narkotranzit kimi isə əsasən İran rol alır. Amma İran burda sanki xammalın tədarük edildiyi məkan rolunu oynayır və “məhsul” hazır formada digər ölkələrin ərazilərindən dünyanın dörd bir yanına daşınır. Trantiz marşrutları isə belədir: Əfqanıstan-Pakistan-İran-Azərbaycan, Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycan bağlı kifayət qədər faktlar mövcuddur. Təbii ki, burda Azərbaycanın hələ də tranzit rol oynaması xoşagəlməzdir.
Azərbaycan xəbərdarlıq edir, amma...
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin bu günlərdə aşkarladığı fakt isə dünya, xüsusilə də Azərbaycan üçün növbəti təhlükə siqnalını verdi. Belə ki, xüsusi xidmətin əməkdaşları İrandan qaçaqmalçılıq yolu ilə narkotik daşınması ilə məşğul olan 12 nəfəri ifşa edib. İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan qruplaşmadan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilmiş və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib.
Bu kifayət qədər narahatlıq doğuran faktdır. Çünki dəfələrlə Azərbaycan tərəfi beynəlxalq təşkilatların diqqətinə Ermənistanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində narkotik plantasiyaları açdığını çatdırıb. Hətta narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov da bir müddət öncə bildirmişdi ki, Dağlıq Qarabağın həm narkotik vasitələrin becərilməsi, həm tranziti, həm də terrorçu qruplaşmalar hazırlayan düşərgələrin yerləşdiyi əsas ərazilərdən biridir. “Beynəlxalq qurumlar öz maraqları ucbatından Dağlıq Qarabağda narkotika ticarətinin və terrorçuluğun qarşısını almağa cəhd göstərmir. Onlar Dağlıq Qarabağda narkotika ticarətinin və terrorçuluğun artdığını yaxşı bilir, amma bu məsələ ilə qəsdən məşğul olmaq istəmirlər. Həmin təşkilatlar bir çox ölkədə narkotika ticarətinə və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə apara bilir, tranzit marşrutlarının ünvanlarını hər il öz hesabatlarına daxil edir, amma Dağlıq Qarabağdakı vəziyyətə gələndə, heç bir addım atmırlar. Bu onu göstərir ki, problemin qalması beynəlxalq təşkilatlardakı mafiya qruplarının maraqlarına xidmət edir”.
Sərkisyanın qardaşı və narkobiznesdə kimlərin payı var?
Bölgədə “ikinci Əfqanıstan” rolunu yerinə yetirən Dağlıq Qarabağ ərazisinin bu istiqamətdə istifadə edilməsinə səbəb isə ilk növbədə ərazinin nəzarətsiz qalmasıdırsa, digər tərəfdən Ermənistan rəhbərliyinin burda maraqlı olması da əhəmiyyət kəsb edir. Əslində bu fikirləri havadan söyləmirik. Belə ki, məşhur “Vikiliks” ötən il bununla bağlı olduqca ciddi məlumatlar yaymışdı.
Amerikalı diplomatların narkotik maddələrin daşınmasının marşrutları barədə verdiyi məlumatları ələ keçirən “Vikiliks”in xəbərinə görə, bu marşrutlar İran-Azərbaycan-Gürcüstan-Qara dəniz, İran-Azərbaycan-Rusiya-Baltiyadır. Lakin üçüncü və ən təhlükəli marşrut Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan keçir. Məlumata görə, Dağlıq Qarabağın nəzarətsiz qalmasından istifadə edərək, oradan narkotik maddələr daşınmasında Ermənistan hakimiyyəti, siyasi xadimləri və sabiq prezident Köçəryanın da payı var. Hər il daşınan narkotikdən əldə edilən gəlirin bir qismi sabiq prezidentə verilir. Eyni zamanda vurğulanır ki, hazırda İrandan Avropaya daşınan narkotik maddələrin böyük bir qismi Ermənistan və onun işğal etdiyi Dağlıq Qarabağın ərazisindən keçirilir.
Ağ evə məlumat ötürən amerikalı diplomatlar Dağlıq Qarabağdakı narkotika plantasiyalarının başında kimlərin durduğunu da açıqlayırlar. Yayılan məlumatlara görə, Ermənistanın yüksək çinli məmurları, o cümlədən prezident Serj Sarkisyanın qardaşının birbaşa rəhbərliyi altında Qarabağdan və İrandan gətirilən narkotik maddələr Rusiya bazarlarına oradan isə Avropaya daşınır. “Armenia Today” portalının bir müddət öncə yaydığı xəbərə görə isə Ermənistanda ağır sosial durumla əlaqədar narkotika və insan alveri geniş vüsət alıb və bu işlər dövlət səviyyəsində həyata keçirilir. Saytın yazdıqları göstərir ki, Ermənistan dövlət səviyyəsində, baş prokurorun simasında narkotika ticarəti və pornobizneslə məşğuldur. Belə ki, narkoticarətin başında Ermənistanın baş prokuroru Aqvin Ovsepyanın durduğu deyilir.
“Ermənistan və Dağlıq Qarabağ Ticarət Palatası”: iqtisadi əlaqələr yoxsa narkoticarətin pərdəsi
Ermənistanın “Joxovurd” qəzeti isə yazırdı ki, İranla sərhəddə yerləşən Sünik vilayətinin qubernatoru Suren Xaçatryan da narkotika alverçisidir. Vaxtilə Rusiyada bu işlə məşğul olduğu üçün ona qarşı cinayət işi açılıb, daha sonra qubernator fəaliyyətini Ermənistanda davam etdirib. Ermənistanın narkotika biznesində fəaliyyətinin həyata keçirilməsi prosedura da olduqca maraqlıdır. Belə ki, burda İranın iş adamları ilə qurulan əlaqələr xüsusi rol oynayır. Burda “Ermənistan və Dağlıq Qarabağ Ticarət Palatası” bir növ pərdə rolunu oynayır. Hətta İran iş adamlarının nəzarətsiz Dağlıq Qarabağ ərazisinə investisiya qoymaq istəklərində də əslində narkotik maddələrin becərilməsi, istehsalı nəzərdə tutulurmuş. Diqqət çəkən daha bir məqamsa Malayza hökumətinin ötən il açıqladığı hesabatdır. Hesabata görə, Malayzaya narkotik maddələrin daşınması Ermənistan vasitəsilə həyata keçirilir. Narkotiklərsə İran istehsalıdır və Dubay-Ermənistan-Kişi-Doxu-Kolombo marşrutu ilə bu ölkəyə gətirilir.
Faktlar Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən Qafqazın Əfqanıstanına çevrildiyini göstərir. Buna imkan verən paralelliklər də kifayət qədərdir. Belə ki, hər iki ərazi nəzarətsiz zonadır və hər iki ərazidə uzun müddətdir müharibə şəraitidir. Qarabağın Əfqanıstanla bənzərliyi də bu ərazidən narkoplantasiya olaraq istifadə edilməsinə şərait yaradır.
Asif Nərimanlı

Bu xəbər oxucular tərəfindən 616 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |