Şrift:
MDHP gənci beynəlxalq tədbirdə
28.06.2013 [12:25] - Xəbərlər, Gənclik
27-28 iyun 2013-cü il tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Gənc Liderlər Forumu keçirildi. Tədbiri Azərbaycan Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov öz çıxışı ilə iştirakçıları, qonaqları və millət vəkillərini salamlayaraq açıq elan etdi. O, öz nitqinə Qara Dəniz iqtisadi əməkdaşlıqla bağlı məsələlərdən danışmaqla başladı. Azərbaycan Respublikasının Prezident Adminstrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin sektoru müdiri Elman Paşayev 11 ölkənin gənc liderlərinin bir araya gəldiyi bu tədbirdə Qara Dəniz Gənclər Forumunun strukturunun formalaşması məsələsindən söhbət açdı.
Daha sonra söz Qara Dəniz QHT forumunun sədri, millət vəkili Azay Quliyevə verildi. Millət Vəkili may ayında Ankarada keçirilən forumdan və orda qəbul edilən mühim qərarlardan danışdı. O, QHT qollarının yaradılmasından və bugün bu forumun Azərbaycanda keçirilməsini xüsusi vurğuladı və qeyd etdi ki, növbəti qurultay noyabrda Serbiyada keçiriləcək.
Sonra söz millət vəkili Qara Dəniz ölkələri parlament assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Asəf Hacıyev və Milli Məclisin üzvü Musa Qasımlıya verildi. Musa Qasımlı öz çıxışında 1992-ci il 25 iyunda İstanbul bəyannaməsi ilə Qara Dəniz əməkdaşlığının yaranmasından danışdı.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun direktoru Fərhad Hacıyev Azərbaycanda Beynəlxalq gənclər forumunun və qurumlarının inkişafından, dövlətin gənc siyasətçilərə diqqətindən danışdı. O, qeyd etdi ki, 3-cü qrant müsabiqəsi elan edilib və avqustun 12-nə kimi layihə qəbuludur.
Daha sonra çıxışçılar Asim Mollazadə və Rasim Musabəyov iştirakçıların suallarını cavablandırdılar.
İkinci paneldə Qara Dəniz Gənclər forumunun strukturunun və nizamnaməsinin müzakirəsi oldu. Müzakirə zamanı beynəlxalq konfranslarda iştirakına görə seçilmiş, Milli Dirçəliş Hərəkatı Partiyasını təmsil edən sədrin köməkçi müşaviri Leyla Cahangirova forum haqqında çıxış etdi. O, bildirdi ki, belə forumlar gənc liderlərin qonşu ölkələrlə əlaqələrinin qurulmasında, nümayəndələrlə yaxın münasibətdə olmaqda və məsələləri dialoq vasitəsi ilə həll etməkdə çox mühim əhəmiyyət kəsb edir. MDHP nümayəndəsi sonda Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatı Gənclər Forumu tərəfindən Bakı bəyənnaməsinin qəbul olunmasında iştirak etmiş və öz imzasını atmışdır.
MDHP gənci beynəlxalq tədbirdə


MDHP Mətbuat Xidməti.
Bu xəbər oxucular tərəfindən 1569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed