Şrift:
Ermənistan Azərbaycanın filiz yataqlarını istismar edir
28.06.2013 [16:22] - Gündəm, İqtisadiyyat
Ağdərənin Canyataq və Xocalı rayonunun Pircamal (Vardadzor) kəndi ərazisindəki yatağında hazırlıq işləri yekunlaşmaq üzrədir


Ermənilər Dağlıq Qarabağda yeni iki filiz yatağını istismara verməyə hazırlaşırlar. Bu barədə Qarabağda yayımlanan «Azat Artsax» qəzeti məlumat verib.

Ağdərənin Canyataq və Xocalı rayonunun Pircamal (Vardadzor) kəndi ərazisindəki yatağında hazırlıq işləri yekunlaşmaq üzrədir. Hər iki mədənlərin istismara açılması üçün hazırlıq işlərinə ötən ilin sonlarında başlanıb. Yeni yataqların açılması hazırda ermənilərin istismar işləri apardıqları Kəlbəcərin Heyvalı (Drmbon) yatağının ehtiyatlarının tükənməsidir. Ermənilərin fikrincə, yeni yataqların istifadəyə verilməsi ətraf kəndlərdən insanların iş dalınca başqa ölkələrə getməsinin qarşısını alacaq.

Yataqları istismar edən Ermənistanın «Base Metal» şirkəti 2012-ci ildə Qarabağda mədən sənayesinə 85 milyon dollar sərmayə yatırıb.

Qeyd edək ki, ermənilər Dağlıq Qarabağda filiz yataqlarının, xüsusilə də qızıl yataqlarının istismarına 2002-ci ildə başlayıblar.
Bu xəbər oxucular tərəfindən 1045 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed