Şrift:
Qazaxıstan Azərbaycanda istehsal edilən müdafiə təyinatlı məhsullara maraq göstərir
16.11.2011 [19:03] - Hərb
Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Qazaxıstan müdafiə naziri müavini Sergey Qromovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə MSN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Qazaxıstan tərəfinin Azərbaycan MSN-in müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlara maraq göstərdiyi qeyd olunub. Həmçinin ölkələr arasında müdafiə sənayesi üzrə əməkdaşlığın konkret istiqamətləri müəyyənləşdirilib və perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində qonaqların Müdafiə Sənayesi Nazirliyinin bir neçə müəssisəsinin istehsal prosesi ilə tanışlığı nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 1303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed