29.06.2013 [11:30] - Türk dünyası-Turan, Hərb
Türkiyə ordusunun vəzifəsi dəyişir. Türkiyə hökuməti Türkiyə Silahlı Qüvvələrinin Daxili Nizamnaməsini dəyişdirmək üçün hərəkətə keçib. Nazirlər Kabineti bununla bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib. Söhbət ilk növbədə Daxili Nizamnamənin 35-ci maddəsindən gedir. Həmin maddədə qeyd edilir ki, “Türkiyə Silahlı Qüvvələrinin vəzifəsi Türk yurdunu və Konstitusiya ilə təyin edilmiş Türkiyə Cümhuriyyətini qorumaq və mühafizə etməkdir”. Təklif edilən dəyişiklikdə isə yazılır ki, Türkiyə Silahlı Qüvvələrinin vəzifəsi xaricdən gələcək təhdid və təhlükələrə qarşı Türk vətənini müdafiə etmək, hərbi qüdrətini artırmaq, Türkiyə Böyük Millət Məclisinin qərarı ilə ölkə xaricində verilən vəzifələri yerinə yetirmək və beynəlxalq sülhün qorunmasına yardımçı olmaqdır. Başqa sözlə, Türkiyə Silahlı Qüvvələrinin Cümhuriyyəti qorumaq və mühafizə etmək vəzifəsi ləğv olunur. Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Qeyd edək ki, müxtəlif dönəmlərdə məhz bu maddə əsas gətirilərək, Cümhuriyyət üçün yaranmış təhlükəni dəf etmək niyyəti bəyan olunaraq ordu Türkiyədə dövlət çevrilişləri edib. Növbəti dəyişiklik bölgələrdə baş verən olaylar zamanı asayişin qorunması üçün ordunun cəlb edilməsi ilə bağlıdır. Əgər indiyə qədər vali bununla bağlı qərarı Silahlı Qüvvələrin Baş Qərargahı və Daxili İşlər Nazirliyi ilə razılaşdıraraq verirdisə, bundan sonra Nazirlər Kabineti ilə razılaşdıraraq belə qərar verə biləcək.

Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |