29.06.2013 [11:42] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Qəzetlər xəbər verir ki, 2013-cü il Qəbələ MDB-nin üç mədəniyyət paytaxtindan biri elan olunmuşdur.
Bu lap yerinə düşdü.Avqustun 23-25-də burada- Qəbələdə Avropa Azərbaycan Məktəbinin təşkilatçıliğı ilə respublikanın qabaqcıl ibtidai məktəb müəllimləri, tədqiqatçı müəllimlər, pedaqoji elm mütəxəssislərinin iki günlük simpoziumu keçiriləcəkdir.
Təhsil - ən böyük mədəniyyətdir. Qəbələnin təhsil tarixində öyrənməli və haqlı olaraq ,öyünməli məqamlar çoxdur.
İnanırıq ki, Avropa Azərbaycan Cəmiyyətinin yayın isti günlərində keçiriləcəyi bu tədbir bütün iştirakçıların ürəyindən olacaqdır.
Oxuculara təqdim etdiyim bu yazı pedaqoji fikir mübadiləsi məqsədilə simpozium iştirakçılarına ünvanlanmışdır.
Dünyanın bir çox ölkələrində orta məktəblərdə fənlərin tədrisində elmi araşdırmalar daima diqqət mərkəzinde olmusdur. Bu da təbiidir. Keçilən mövzu llə ilgili materiallar araşdırıcılıq yolu ilə gündəmə gətirilməli , şagirdlərin diqqətinə yönəldilməlidir.Təcrübə göstərir ki,ən yaxşı müəllimlər elmi yaradıcılıqla məşğul olan , dərslərini elmi axtarışlar əsasında quran müəllimlərdir. Bu fikrin təsdiqi kimi Azərbaycanın və Türkiyənin dünya tədris tarixinə düşən bir neçə müəlliminin yaradıcı işindən söz açmaq istərdim.
Görkəmli Azərbaycan şairi S.Ə.Şirvani (1835-1888) XIX əsrin ortalarında ali dini təhsil almış müəllimlərdəndir. Aldığı dini təhsilə görə o, dini vəzifələrdə işləyə bilərdi. S.Ə.Şirvani Şərq ölkələrində ali dini təhsilli ziyalı , yaxşı müəllim kimi Qori şəhərinə-Zaqafqaziya Müəllimlər Seminariyasında müəllim vəzifəsində işləmək üçün müsabiqəyə dəvət almışdı. Müsabiqədə onun hökumət dairələrinə daha yaxın , daha məlhəm olan rəqibi , sonralar Zaqafqaziya şeyxülislamı mənsəbinə çatan Əbdüssəlam Axundzadə qalib gəldiyinə görə S.Ə.Şirvani küskün halda doğma yurdu Şamaxıya qayıtmışdı.
Seyid Əzim Məhəmməd oğlu , təbii ki, yüksək dərəcəli din xadimi olmaq niyyətilə yüksək dini təhsil ocaqlarında oxumuşdu. Lakin o, sonda başqa yol seçir, doğma şəhərində-Bakıdan əvvəl Azərbaycanın paytaxtı-baş şəhəri olan Şamaxıda müəllimlik etmək qərarına gəlir: əvvəlcə məhələ məktəbində, sonra isə dini idarələrin açdığı, Azərbaycanın egitim, təhsil tarixində "Məclis məktəbi" kimi tanınan ,1874-cü ildə şəhərin Şıxzərli məhəlləsində açılan məktəbdə ana dili və şəriətdən dərs deyir.1877-ci ildə onu yaxşı müəllim kimi Şamaxıdakı dövlət məktəbinə ana dili və şəriətdən də dərs deməyə - işləməyə dəvət edirlər. Bu illərdə S.Ə.Şirvaninin şöhrəti yaşadığı şəhərdən uzaqlara yayılmışdı. O, 300-dən artıq şairin əsərlərindən ibarət olan nümunəvi bir təzkirə yaratmışdı, Bakıda Azərbaycan dilində nəşr olunan "Əkinçi" (1875-1877) adlı qəzetin əsas müxbirlərindən biri idi, Şirvanın tarixinə aid elmi məqalə yazmışdı. (1). Ən yaxşı müəllimlərə xas olan maraqlı cəhət bu idi ki, S.Ə.Şirvani dediyi dərslərin materialları əsasında "Rəbiül-ətfal" ("Uşaqların baharı") adlı mükəmməl bir dərslik-müntəxəbat hazırlamışdı. Heç də təsadii deyil ki, S.Ə.Şirvaninin müəllimlik fəaliyyəti dövlət səviyyəsində qiymətləndirilmişdi: o, tədris sahəsindəki fəaliyyətinə görə "Za yserdiye" (Fəallığına görə) gümüş medal ilə təltif olunmuşdu (2 ,səh 3-25).
S.Ə.Şirvani türk ədəbiyatını yaxşı bilən şairlərdən idi, ərəb və fars dillərini şeir yazmaq dərəcəsində bilirdi. Onun farsca şeirlər divanı türk şeirlər divanından heç də geri qalmır.
Təəssüf ki, bu divandan Azərbaycan ədəbi ictimaiyyətinin o qədər də geniş məlumatı yoxdur. AMEA Ədəbiyyat İnstitutunun yeni rəhbərliyi bu məqsədlə əməli işlər görməlidir. Maraqlı burasıdır ki, S.Ə.Şirvaninin şeirlərinin müəyyən hissəsinin yazılmasının tarixi və məqsədi ədəbiyyatımızın hələ o qədər də öyrənilməmiş məqamlarını ortaya çıxara bilər.
Görkəmli şairin mənzum məktublarınin çoxu tarixlə inteqrasiya olunmalıdır.S.Ə.Şirvani Bakı Bəy Komissiyasının üzvlərinin çoxu ilə dost idi. Şairin satirik şeirlərində Bakı Bəy Komissiyasının iclaslarının gizli söhbətlərindən süzülən məqamlar, demək olar ki, hələ incələnməyib, çözülməyib .
S.Ə.Şirvani maarifçılık mövzusunda yazdığı şeirlərində də, satirik ruhlu mənzumələrində də, Şərq ədəbiyyatında nəsihətçilik təriqli şeirləri ilə daha çox tanınan, məşhur olan türk şairi Güvahidən faydalanmışdır. Seyid Əzim Şirvani Azərbaycan şairləri cərgəsində ən yaxşı qəzəl,nəsihətnamə və öyüdnamə yazanların birinci idi, doğru yol göstərəni, hadisi idi.
S.Ə.Şirvanini həm şair, həm də müəllim kimi tanıdan , tarixdə yaşadan onun araşdırıcılığı,elmi tədqiqatı başlıca meyar hesab etməsi idi.
Azərbaycan egitim tarixində elmi və metodiki axtarışları ilə məşhur olan müəllimlərdən biri də Rəşid bəy Əfəndizadədir. Rəşid bəy Əfəndizadə (1863-1942) dünyaya göz açandan evdə kitab-dəftər görən ziyalılardan biridir. O, yaxşı müəllimlərdən yaxşı təhsil almışdı. R.Əfəndizadənin söz ustası və müəllim kimi pərvazlanmasında atası - Nuxa (Şəki) şəhərinin qazisi İsmayıl Əfəndi Hacı Çələbi Əfəndizadə , babası-"Nafe" təxəllüsü ilə şeirlər yazan məşhur müdərris Hacı Mahmud Əfəndi , dayısı İmam Cümə Əfəndi Həsən Əfəndi oğlu , Azərbaycan ədəbiyyatında dramatik növün, povest janrının əsasını qoyan yazıçı, dramaturq və filosof M.F.Axundzadə (1812-1878) mühüm rol oynamışlar.
Rəşid bəy Əfəndizadə Gürcüstanın Qori şəhərində açılmış Zaqafqaziya Müəllimlər Seminariyasının ilk məzunlarından biridir. O, müəllimlik fəaliyyətinə 1882-ci il avqustun 1-də başlamışdır (1,6).
R.Əfəndizadə "Şaki" təxəllüsü ilə şeirlər yazmış, dövri mətbuatda maraqlı yazılarla,risalələrlə çıxış etmiş,qadınların yaxşı təhsil almaları üçün geniş və səmərəli fəaliyyət göstərmişdir.(7). O, uzun müddət türkdilli yerlərdəki məktəblərdə tədris olunan bir neçə dərsliyin müəllifidir.
R.Əfəndizadə şagirdlərinin daha yüksək təhsil almalarına qayğı göstərmiş, onlarla azərbaycanlı gəncin Zaqafqaziya Müəllimlər Seminariyasında oxumalarına qayğı və sayğı göstərmişdir.
R.Əfəndizadənin iki dərsliyi Türkiyədə çap olunmuşdur.Bu işdə ona müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Əfəndinin qayğı göstərməsi güman edilir. Münif Əfəndi Azərbaycan ziyalıları ilə sıxı əlaqələr saxlayan böyük türklərdəndir.O, 1882-ci ildə "Ziyayi- Qafqasiyyə" qəzetində bu mətbu orqanın redaktoru və naşiri Səid Əfəndi Ünsizadənin ezop manerası ilə açdığı "Ey bülbül" şeir müsabiqəsinin təşkilatçılarından biridir. Münif Əfəndini Azərbaycanla bağlayan əlaqələr çoxdur. O, M.F.Axundzadə , Zaqafqaziya müftisi Əbdülhəmid Əfəndizadə və Moskva Universitetinin məzunu Həsən bəy Zərdabinin də yaxından tanıdıqları məqsəd və əqidə dostlarından biri idi.(8 , N 15,)
R.Əfəndizadnin dərsliyinin Türkiyədə çap edilməsi ideyası da buradan gəlir. R.Əfəndizadə öz dərsliklərini Ruhani İdarəsində katib işlədiyi Tiflis şəhərində də çap etdirə bilərdi. O vaxtlar Tiflisdə Ünsizadə qardaşlarının Azərbaycan dilli mükəmməl mətbəələri var idi. Buradakı mətbəə avadanlıqlarının çoxu, yazı şiriftləri Türkiyədən gətirilmişdi. Lakin R.Əfəndizadə başqa variantı seçir: o, İstanbula - mətbələri ilə məşhur olan Babəli caddəsinə üz tutmağı qərara alır.
Tiflisdə Əhli-Təsənni Ruhani İdarəsində katib işləyərkən R.Əfəndizadə İdarənin nəzdindəki məktəbdə müxtəlif fənlərdən dərs deyir, məktəb işindən uzaqlaşmır. İki yerdə işləməsinin, əlbəttə,əsas səbəbi ailəsinin maddi vəziyyəti ilə əlaqədar idi. Bu cəhətdən R.Əfəndizadənin 1898-ci il aprelin 4-də müfti Molla Hüseyn Əfəndi Qayıbova yazdığı ərizə maraq doğurur. Ərizəçi ayda 34 manat 29 qəpik əmək haqqı aldığını, 6 nəfərlik ailəsini güclə dolandırdığını ürək ağrısı il bildirir, vacib həyati şəraitini yaxşılaşdırmaqdan ötrü müftidən qayğı umur. Ərizədə R.Əfəndizadənin ilk dərsliyinin tarixi məqamları haqqında maraqlı məlumatlar vardır.
R.Əfəndizadə yazırdı:" Maddi vəziyyətimi yaxşılaşdırmaqdan ötrü hələ Xalq Maarif sistemində işlədiyim illərdə tərtib etdiyim əlifba kitabçasını nəşr etmək qərarına gəlmişəm...10 il müddətində müntəzəm olaraq dərs planı tutmuş, dil öyrətmək sahəsində parlaq nəticələr qazanmışam. Senzor Komitəsinin icazəsi ilə bu əsəri ("Uşaq bağçası" dərsliyi nəzərdə tutulur-N.N.) ərəb əlifbasının kolleqrafiya qaydaları ilə çap etdirməkdən ötrü Türkiyəyə-Konstantinopol şəhərinə göndərmişəm. İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən adam olmadığından tipoqrafiyanın rəhbərləri dərsliyin düzgün korrektə olunacağına zəmanət vermir. Odur ki,dərsliyi korrektə etmək üçün Konstantinopola getmək istəyirəm" .
R.Əfəndizadə ərizəsinin sonunda səfərlə əlaqədar olaraq,ona iki aylıq maaşı ödənilməklə məzuniyyət verilməsini xahiş edir (4 , vərəq 3-9).
Zaqafqaziya müftisi M.H.Qayıbovun 18 may 1898-ci il tarixli 770 nömrəli təliqəsinə əsasən, R.Əfəndizadəyə Konstantinopola getmək üçün iki aylıq məzuniyyət pulu və xarici pasport verilir.
R.Əfəndizadənin "Uşaq bağçası" dərsliyi 1898-ci ildə (1316 -cı sənəyi-islamiyyə) İVANAKİ PƏNAYOTİDİSİN İstambulun(dərslikdə İSTAMBUL yazılıb- N.N.) BABƏLİ caddəsindəki 38 nömrəli mətbəəsində çap edilmişdir. Bu da yaddan çıxmamalıdır ki,"Uşaq bağçası"nın çapına hələ 29 fevral 1896-cı ildə Tiflisdə Senzor Komitısi tərəfindən icazə verilmişdi (5,vərəq 3-13). Elə bu icazəyə görə "Uşaq bağçası"nın tarixini 1896-cı ildən hesablamaq daha məqsədəuyğundur.Ərizəsində 10 il bu əsərin üzərində işlədiyini nəzərə alsaq,"Uşaq bağça"sının tarixi XIX əsrin 80-ci illərinin ortalarına gedib çıxır.
R.Əfəndizadə dərslik yazmaq fikrinə düşən vaxtlarlarda- XIX əsrin 80-ci illərinin ortalarında Azərbaycan məktəblərində də, türk dili anlaşılan bir sıra məkanlarda da Səid Ünsizadə,Cəlal Ünsizadənin dərslik və müntəxəbatlarından, A.O.Çernyayevskinin onların (Ünsizadə qardaşlarının ) mətbəəsində çar olunan "Vətən dili" dərsliyindən istifadə olunurdu. İ.Qaspralının Tiflisdə Ünsizadə qardaşlarının mətbəəsində çap olunan , dərslik-oxu kitabı rolunu oynayan "Tunğuc", "Qəmər", "Şəfəq", "Ay","Yıldız"...kimi jurnalları -məktəb uşaqlarının və onların müəllimlərinin mütaliə dairəsini genişləndirməkdə əvəzsiz oxu materialları idi (11, 205). Lakin hələ də sistemli,sırf pedqoji yönəmli ,rus məktəblərində istifadə olunan dərslik yox idi. R.Əfəndiyev məhz bu məsələnin həəlllinə çalışırdı.
Dərsliyin təlim sistemindəki rolunu vurğulayan müəllif "Savadsız adam bir ayda oxuyur və yazır" sözlərini yazmaqla şagirdləri maarifləndirməyə səfərbər edir. Arxiv sənədlərindəki variantından ( soyadının " Rəşid bəy Əfəndiyev "kimi yazılmasından -N.N.) fərqli olaraq, dərslikdə müəllifin soyadı Rəşid bəy Əfəndizadə kimi göstərilir (5).
Dərslikdəki qeydlərdən öyrənirik ki, Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov və Zaqafqaziya şeyxülislamı Axund Əbdüssəlam Axundzadə (onların hər ikisi Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının ilk müəllimləri olmuşdur) bu dərsliyin ibtidai məktəblərdə istifadə olunmasını faydalı hesab etmişlər (9).
Dərsliyin tərtibindən hiss olunur ki, R.Əfəndizadə proqram materiallarına yaradıcı şəkildə yanaşmış,dərsliyin materiallarını nəzəri və elmi-metodik cəhətdən düzgün əlaqələndirə bilmişdir.Müəllif dərsliyin materiallarını 27 dərs saatı ərzində öyrənməyi lazım bilmişdir.
Dərsliyin şagirdlərin mütaliə dairəsini genişləndirməyə xidmət edən hissəsindəki materiallar 70 başlıq altında yerləşdirilmişdir. Bu materialların cərgəsində dünyanı dolaşan təmsillər və sərgərdan mövzularda olan seirlər, islam dininin və peyğəmbərlərin tərifi, fəsillər haqqında düşündürücü yazılar və sair bədii təfəkkür nümunələri əsas yer tutmuşdur.
Dərsliyin üçüncü fəqərəsindəki 16 yarımbaşlıq altında verilən materialların çoxu nəzmlə yazılmışdır. "Tülkü və Qaraquş", "Çaqqal", "Kor kişi", "Qardaş və bacı", "Sədaqət", "Məktəbə dəvət" (bu şeir görkəmli rus pedaqoqu D.Modzalevskinin yazdığı mənzuməyə nəzirədir-N.N.), "Vəsfi-məktəb" dərsliyi dəyərləndirən materiallardandır.
R.Əfəndizadənin "Uşaq bağçası" bir neçə dəfə nəşr olunmuş, sonrakı dərsliklərin baza məktəbinə çevrilmişdir (7).
R.Əfəndizadə 1901-ci ildə "Bəsirətül-ətfal" adlandırdığı ikinci dərsliyini Bakı Quberniya İdarəsinin mətbəəsində çap etdirir. 206 səhifəlik bu əsər də müəllim və şagirdlərin elmi bə bədii zövqünün formalaşmasında əhəmiyyətli rol oynayır. Dərslikdəki materialların çoxu müəllifin özünün yazdığı bədii nümunələrdir. Dərslikdəki rus ədəbiyyatından tərcümə olunmuş bədii nümunələr də R.Əfəndizadəyə aiddir.
R.Əfəndizadənin İstanbulda 1907-ci ildə çap olunan ikinci kitabı da "Bəsirətül-ətfal" adlanır. Bakıda 1901-ci ildə çap olunmuş "Bəsirətül-ətfal" dan fərqli olaraq, bu dərslik müsəvvərdir(şəkillidir). Dərslikdə məşhur rus rəssamı V.A.Taburinin illüstrasiyalarından istifadə olunmuşdur. Bu illüstrasiyalar ilk dəfə rus yazıçısı və aktyoru L.A.Çarskayanın 1902-ci ildə Peterburqda nəşr etdirdiyi "Tələbə qızın gündəliyi" əsərində işıq üzü görmüşdür. Dərsliyin üz qabığındakı şəkildə zəmanəsinin tanınmış riyaziyyat müəllimi Qriqori Porden (tələbə qızlar onu özlərinə yaxın bilib " Qri-Qri dayı " adlandırırdılar) dərs dediyi tələbə qızların əhatəsində verilmişdir. Müəllim - şagird münasibətlərini öyrənmək baxımından bu şəkil maraqlı görünür. O da maraqlıdır ki, dərslikdəki bəzi illüstrasiyalar Rusiyanın incəsənət tarixçilərinə məlum deyil.
R.Əfəndiyevin İstanbul "Bəsirətül-ətfal"ı İstanbulun Babəli caddəsində 72 nömrəli binada yerləşən Mahmud bəy mətbəəsində çap olunmuşdur. Həcmi 128 səhifədir. Rəşid bəy Əfəndizadənin bundan əvvəlki iki dərsliyi kimi bu tədris kitabı da kitab nəşri tariximizdə layiqli yer tutur.
XIX əsrin II yarısından başlayaraq Azərbaycan-Türkiyə arasında ədəbi, elmi və eğitim əlaqələrinin genişlənməsində müxtəlif növ məktəblərdə çalışan digər müəlimlər--Bakı Real Məktəbinin müəllimi, "Əkinçi" qəzetinin redaktoru Həsən vəy Məlikov (Zərdabi),"Ziya" qəzetinin redaktoru, əvvəllər Şamaxıda müəllim işləyən Səid Əfəndi Ünsizadə, "Şərqi-Rus" qəetinin redaktoru Məhəmməd ağa Şahtaxtinski, İstanbul Universitetinin məzunu Cavid Əfəndi Rasizadə (Hüseyn Cavid), "Molla Nəsrəddin" jurnalının əməkdaşlarından - M.Ə.Sabir,Ə.Haqverdiyev və başqaları misilsiz xidmətlər göstərmişlər. Onların yaradıcı fəaliyyəti bugünkü müəllimlərə gözəl nümunədir.
Ölkəmizin tarixi, adət -ənənələri , etnoqrafiyası, ədəbi dili, pedaqoji mətbuatı və egitim siyasəti ilə
ilgili olan digər məsələlərinin həlli yolunda hələ görülməyən işlərimiz çoxdur. Bu məsələlərin həllində müəllimlərin yaradıcı qüvvələri səfərbər olunmalı, onların yaradıcılıq axtarışlarına qayğı və sayğı
daha da artırılmalıdır.Məlum faktları nə qədər bəzəyib-düzəsən də,şagirdin,ələlxüsus ibtidai sinif şagirdinin dünyagörüşünü ,bilik və bacarıqlarını artırmaq üçün ən səmərəli yollardan biri də onlara yeni bilgilərin ,elmi informasiyaların verilməsidir.
Bəzən yeni təlim və tərbiyə üsulları adı ilə keçilən bəzi dərslərin səmərəsi o qədər yüksək olmur.Müəllimin texniki axtarışları,müxtəlif saytlardan götürdüyü materiallar ünvanına çatmır. Seçilən musiqi parçaları uşağı yatmağa çağıran laylaya bənzəyir. Layla deməkdə ananın məqsədi uşağı rejimə uyğun olaraq yatırmaqdır. Məktəb uşaqlarına belə laylalar lazımdırmı? Layla həmişə xeyirlidirmi? Gəlin bu barədə bir az dərindən düşünək.
1. S.Ə.Şirvani.Seçilmiş əsərləri, Bakı,1967, səh.16-19.
2. Rəşid bəy Əfəndizadə.Uşaq bağçası, Konstantinopol,1898.
3. Rəşid bəy Əfəndiyev. Bəsirətül-ətfal",Bakı,1901.
4. Rəşid bəy Əfəndiyev. " Bəsirətül-ətfal.,İstanbul,1907.
5. Rəşid bəy Əfəndiyev. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, səh.3.
6. Həmid Məmmədzadə. Mirzə Fətəli Axundov və Şərq.Bakı,1971, səh.124.
7. ARDTA - Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. Fond 291,siyahı 5,saxlamavahidi 2497, vərəq1-7
8. ARDTA. Fond 291,siyahı,4, saxlama vahidi 2293, vərəq 3-9.
9. ARDTA. Fond 291, siyahı 45, saxlama vahidi 2884, vərəq 3-13.
10. "Ziyayi-Qafqasiyyə" qəzeti, N 15 ,5 may 1882--ci il.
11. "İşıq" qəzeti,1912-ci il, N9
12. İsmayıl bey Gaspralı için. Ankara , 2004, səh.205. Baş editor Hakan Kırımlı.
13. Azərbaycan Respublikasının Ümumtəhsil məktəbləri üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə Təhsil proqramı (kurikulumu)
(I-IX siniflər).Bakı,2013.

Orta məktəb fənlərinin tədrisində elmi araşdırmalar lazımdırmı?
( və yaxud laylalı və laylasız dərslər )
Açar sözlər- araşdırma,,yaradıcılıq,məktəb,fənlərarası əlaqə

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri,
ümumtəhsil məktəbləri üçün Azərbaycan dili
(dövlət dili kimi ) fənni üzrə təhsil proqramı-kurikulumunun həmmüəllifi
Xülasə
Məqalədə öğretmen egitimində araşdırmaların rolu, bu istiqamətdə bu gün üçün önəmli məsələlərdən söz açılır, yaradıcı müəllimlərin diqqəti Azərbaycan - Türkiyə arasında eğitim siyasəti, pedaqoji mətbuat, dərslik siyasəti kimi vacib olan proqram xarakterli işlərin görülməsinə cəlb edilir.
Resume
The article is about the importance of investigation in teaching and the role of Azerbaijan teachers in this project.
Qaynaqlar (İstifadə olunmuş ədəbiyat )
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri,
ümumtəhsil məktəbləri üçün Azərbaycan dili
(dövlət dili kimi ) fənni üzrə təhsil proqramı-kurikulumunun həmmüəllifi
Xülasə
Məqalədə öğretmen egitimində araşdırmaların rolu, bu istiqamətdə bu gün üçün önəmli məsələlərdən söz açılır, yaradıcı müəllimlərin diqqəti Azərbaycan - Türkiyə arasında eğitim siyasəti, pedaqoji mətbuat, dərslik siyasəti kimi vacib olan proqram xarakterli işlərin görülməsinə cəlb edilir.
Resume
The article is about the importance of investigation in teaching and the role of Azerbaijan teachers in this project.
Qaynaqlar (İstifadə olunmuş ədəbiyat )
1. S.Ə.Şirvani.Seçilmiş əsərləri, Bakı,1967, səh.16-19.
2. Rəşid bəy Əfəndizadə.Uşaq bağçası, Konstantinopol,1898.
3. Rəşid bəy Əfəndiyev. Bəsirətül-ətfal",Bakı,1901.
4. Rəşid bəy Əfəndiyev. " Bəsirətül-ətfal.,İstanbul,1907.
5. Rəşid bəy Əfəndiyev. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, səh.3.
6. Həmid Məmmədzadə. Mirzə Fətəli Axundov və Şərq.Bakı,1971, səh.124.
7. ARDTA - Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. Fond 291,siyahı 5,saxlamavahidi 2497, vərəq1-7
8. ARDTA. Fond 291,siyahı,4, saxlama vahidi 2293, vərəq 3-9.
9. ARDTA. Fond 291, siyahı 45, saxlama vahidi 2884, vərəq 3-13.
10. "Ziyayi-Qafqasiyyə" qəzeti, N 15 ,5 may 1882--ci il.
11. "İşıq" qəzeti,1912-ci il, N9
12. İsmayıl bey Gaspralı için. Ankara , 2004, səh.205. Baş editor Hakan Kırımlı.
13. Azərbaycan Respublikasının Ümumtəhsil məktəbləri üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə Təhsil proqramı (kurikulumu)
(I-IX siniflər).Bakı,2013.
Bu xəbər oxucular tərəfindən 1137 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |