29.06.2013 [12:40] - Sosial
Azərbaycanda orta məktəblərə vakant müəllim yerlərinin siyahısı iyulun 1-dən Təhsil Nazirliyinin saytında yerləşdiriləcək.Təhsil naziri Mikayıl Cabbarov mətbuata müsahibəsində deyib ki, buna uyğun olaraq müəllim işləmək istəyənlər nazirliyə onlayn müraciət edə bilərlər.
M.Cabbarov qeyd edib ki, sentyabrın 15-dək 6 yaşı tamam olmayan uşaqlar uşağın müraciət etdiyi məktəbdə müsabiqəyə buraxılacaq. Onun sözlərinə görə, uşağın I sinfə qəbulu onun səviyyəsindən və müsabiqədə göstərdiyi nəticədən asılı olacaq. Digər vacib məsələdən danışan təhsil naziri vurğulayıb ki, Azərbaycanın orta məktəblərində qeyri-qanuni vəsait yığımı, ümumiyyətlə neqativ hallara qarşı təşkilatı tədbirlər görülüb: «Bundan sonra inzibati və cinayət məsuliyyəti də görüləcək. Nazirlik orta məktəblərdə əsassız pul yığılması hallarına qarşı mübarizə aparacaq».

Bu xəbər oxucular tərəfindən 927 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |