Şrift:
Azərbaycana gətirilən geyimlərlə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət olundu
29.06.2013 [14:36] - Gündəm, Sosial
“Ölkəyə gətirilən və ticarət mərkəzlərində satılan bir sıra geyim məhsulları cəmiyyətdə milli-ayrıseçkiliyi, məhəlli təəssübkeşlik hisslərini, bölücülüyü körükləyir, digər yandan yeniyetmə və gənclər arasında mənəvi aşınmaya gətirib çıxarır. Bu cür məhsulların ölkəyə gətirilməsinin qarşısının alınması və satışdan yığışdırılması ilə bağlı bu gün Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişik”.


Bu barədə davam.az saytına “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal məlumat verib.

O, bildirib ki, Çində - məxsusi Azərbaycana idxal edilməsi üçün istehsal olunan müxtəlif geyim məhsullarının - yay kepkalarının və köynəklərinin üzərində Azərbaycanda yaşayan etnik azlıqların adları, həmçinin, toplumda işlədilən bəzi ayırıcı, məhəlli ifadələr əks olunub:

“Bu geyimlərdən xüsusən gənclər arasında geniş istifadə olunur. Eyni zamanda, sosial şəbəkələrdə azsaylı xalqların adları ilə açılmış qruplarla təbliğ edilir. İlk baxışdan sadə, primitiv görünən bu vasitələr ölkədə milli ayrıseçkilik, bölücülük və bölgəçilik hisslərini aşılamağa yönəlmiş cəhddir. Ancaq, nədənsə, bu məhsullar sərhəddən keçərkən və ölkə ərazisində yayılarkən, əlaqədar qurumların diqqətini çəkməyib”.


Baş redaktorun sözlərinə görə, MTN-ə müraciətlərində qeyd olunan halların araşdırılması, bu cür məhsulların ölkəyə daxil olmasının qarşısının alınması və satışda olan belə məhsulların yığışdırılması üçün lazımi tədbirlərin görülməsini xahiş ediblər.
Bu xəbər oxucular tərəfindən 976 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed