29.06.2013 [14:50] - Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları
Yaxın Şərqdə cərəyan edən proseslər haqda danışarkən, əksər politoloqlar, siyasi şərhçilər gəlib qonşu İran İslam Respublikasının üzərində dayanırlar. Bir-birinin ardınca ölkələri yaxan inqilab atəşinin, qarşıda İrana da sıçrayacağı ehtimalı artıq hər kəs tərəfindən söylənilməkdədir. Həm qonşu dövlət olaraq, həm də əhalisinin əhəmiyyətli hissəsini Azərbaycan türkləri təşkil edən İranın gələcək taleyi Azərbaycan üçün də maraqlı məsələdir.
Təbii ki, Azərbaycan dövləti və cəmiyyəti, cənub sərhədlərimizdə böyük təlatümlərin, qanlı savaşın yaşanmasını arzulamırlar. Ən azından ona görə ki, İrana xarici müdaxilədən və ya iç savaşdan təsir görəcək bəlkədə birinci qonşu ölkə Azərbaycan Respublikası olacaq. Bununla belə, bizim istəyimizdən asılı olmayaraq baş verəcək hadisələrə hazırlığımızın vəziyyəti hər zaman aktuallığını saxlayır.
Xüsusilə, İranda – öz tarixi torpaqlarında yaşayan soydaşlarımızın vəziyyəti, qonşu ölkədə olası dəyişikliklər fonunda onların təşkilati durumu və mövqeyi düşündürücü məsələdir.
Bəs biz, Quzey Azərbaycan olaraq Güneydəki soydaşlarımızın öz milli-mədəni dəyərlərini qoruyub inkişaf etdirməsi, hərtərəfli təşkilatlanması və yaşadıqları ölkədə özlərini böyük güc hesab etmələri üçün nələr edə bilərik?
Edə biləcəklərimizdən danışarkən, ilk növbədə söhbət cəmiyyətin üzərinə düşən vəzifələrdən getməlidir. Çünki, dövlətin Güneylə bağlı ən kiçik tərpənişləri belə Tehran tərəfindən böyük aqressiya ilə qarşılanır. Ona görə də, dövlətin və cəmiyyətin görə biləcəkləri işlərin sərhədləri göstərilməli, hər kəs üzərinə düşənlərin icrasına başlamalıdır.
Sərhəddən başlayaq
Dövlətin görə biləcəyi işlərdən biri İran-Azərbaycan sərhəd-keçid məntəqələrində vəziyyətin ciddi şəkildə yoxlanılması və zaman-zaman gündəmə gələn şikayətlərin mənbəyinin araşdırılmasıdır. Özümün də Güneydən gələnlərlə söhbətdə tez-tez eşitdiyim irad, Azərbaycan sərhədini keçərkən onlardan alınan qanunsuz haqq ilə bağlıdır. Düzdür, burada söhbət böyük məbləğdən getmir, ancaq dövlətin təyin etmədiyi hər hansı haqq, ölkəyə daxil olan insanlardan tələb olunmamalıdır. Bu, birincisi, cinayətdir, İkincisi, Azərbaycan dövlətinin imicinə zərbədir, üçüncüsü isə güneyli soydaşlarımızı üzən, onlarda müstəqil Azərbaycana qarşı inamsızlıq yaradan haldır. Ona görə də, bu qeyri-qanuni “ayaqbasdı”nın bir an gecikmədən ortadan qaldırılması vacibdir.
Ali məktəblərdə güzəştlər
Bu məsələ də hər zaman söylənilsə də, həllini tapmır. Bir neçə ay əvvəl, Güneydən olan bir tələbə ilə söhbətləşirdik. Məlum oldu ki, Tibb Universitetində oxuyur, təhsil haqqını verə bilmədiyinə görə universitetdən qovulmaq təhlükəsi ilə üz-üzədir.
Bu, mənim rastlaşdığım bir fakt idi. Yəqin ki, buna bənzər “nümunələr” az deyil. İmkanları aşıb-daşan, hər gün parklarında Hollandiyadan gətirilmiş - ömrü iki günlük güllərin dəyişdirildiyi bir ölkənin, öz soydaşlarına sahib çıxması, onların təhsil haqqını ödəməsi elə də böyük xərc tələb etməz.
Ümumiyyətlə, hər il Güneydən olan tələbələr üçün dövlət və özəl ali məktəblərdə güzəştli və ya imtiyazlı təhsil imkanları nəzərdən keçirilməli, bu yöndə lazımi addımlar atılmalıdır. Bu prosesin Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə həyata keçirilməsi daha məqsədəuyğun olardı.
Zəlzələ qurbanları nə tez unuduldu?
Ötən ilin avqustunda Güney Azərbaycan şəhərlərində kütləvi insan tələfatına səbəb olan zəlzələ baş verəndə, Azərbaycan dövləti də hadisə yerinə yardım göndərdi. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil edilmiş maşın karvanı İrana yola salındı. Amma cəmi bir dəfə…
Doğrudur, burada arqument gətirilə bilər ki, İran tərəfi xüsusən onun üçün həssas ölkələrdən humanitar yardımların ölkəyə daxil olmasından xoşhal deyil. Ancaq qışın soyuğunda, yayın istisində məşəqqətli həyatı yaşayan, zəlzələdən zərər çəkmiş soydaşlarımıza əl tutmaq, onların yaşamlarının cüzi də olsa yaxşılaşdırılması üçün müəyyən tədbirləri görülməsi mümkündür... Axı bu insanlar hər zaman mötəbər toplantılarda ağızdolusu söylədiyimiz “50 milyonluq xalq”ın sıra nəfərləridir.
Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İrana böyük heyətlə dəbdəbəli bir səfər etdi. Və İran rəhbərliyi tərəfindən də hörmət-izzətlə qarşılandı. Şeyxin rəhbərlik etdiyi bu heyət təyyarə ilə birbaşa Tehrana uçmaq əvəzinə, humanitar yüklü böyük bir maşın karvanını müşayiət edib, əvvəl Təbrizə, oradan da Tehrana keçsəydilər necə olardı?
Heç olmasa, bundan sonra zəlzələ qurbanlarının durumuna diqqət yetirilib, onlara yardım çatdırılması imkanlarını nəzərdən keçirmək olar. Vacib deyil ki, bu yardım ədyal, çadır, ərzaq məhsulları olsun. Bu günün tələblərini öyrənib, ona uyğun hərəkət etmək gərəkdir.
Təbriz qaçqınlarına sahib çıxmalı
Təxminən 10 il əvvəl Bakıda xeyli sayda Güney Azərbaycandan, İranın müxtəlif şəhərlərindən gəlmiş siyasi mühacirlər vardı. Ötən müddətdə onların sayı o qədər azaldı ki, indi bəzən bir toplantı keçirəndə çağırmağa güneyli tapmaq müşkülə çevrilir. Doğma torpağında ölüm, həbs, işgəncə təhlükəsindən qaçıb güvəndiyi Vətən parçasına söykənən güneylilər bu illər ərzində Bakıda əzablı həyat yaşadılar. İşsiz, evsiz, ailəsiz səfil həyatı sürən soydaşlarımız imkan düşdükcə Avropaya, Kanadaya mühacirət etdilər.
Bir neçə ay əvvəl öyrəndim ki, Bakıda olan güneyli mühacirlərə BMT tərəfindən hər ay 40 manat verilir. Bəli, bir ay yaşamaq üçün 40 manat…
Qeyd etdiyim kimi, hazırda Bakıda barmaqla sayılacaq qədər güneyli mühacir var. Və onlar həmçinin Miqrasiya Xidmətində qeydiyyatdadırlar. Bu siyahını bir daha nəzərdən keçirib, Bakıda olub-qalan güneyli qaçqınlara heç olmasa, hər ay minimum əməkhaqqı həcmində maddi yardım ayırmaqla, “bütün azərbaycanlıların dövləti” nə itirəcək?
Dil və əlifba dərsi
İşimlə və ictimai fəaliyyətimlə əlaqədar 20 ilə yaxındır Güney Azərbaycandan olan soydaşlarımızla təmasdayam. İndiki internet imkanları isə bu təması daha da sıxlaşdırıb. Güneylə baglı saytlara baxıram, güneylilərin yazdıqları məktubları, məqalələri oxuyuram. Özləlliklə, hazırda Güneydə (ümumən İranda) yaşayan soydaşlarımızın yazılarında Azərbaycan türkcəsinin bütün qaydaları pozulur. Cümlələr fars dilinin quruluşuna uyğun, yəni bizim dilə görə ayaq-baş yazılır. Yazılarda Azərbaycan türkcəsində olan sözlər ədəbi dilə deyil, məhəlli ləhcələrə uyğun şəkildə işlədilir. Son illərdə isə Güney Azərbaycan türklərinin leksikonu ciddi şəkildə Anadolu türkcəsinə meyllənməkdədir. Bunun başlıca səbəbi Azərbaycan televiziyalarının səviyyəsinin güneyli soydaşlarımızın istəklərinə cavab verə bilməməsi, Türkiyə televiziyalarının modern və cəlbediciliyi, üstəlik də qardaş ölkədə çəkilən serialların başqa ölkələrdə olduğu kimi, güneyli soydaşlarımız arasında da buraxdığı təsirlərdir.
Fikrimcə, Güney Azərbaycanla bağlı görüləcək ən ümdə işlərdən biri tezliklə, Azərbaycan televiziyalarında, məxsusi olaraq Güney Azərbaycan üçün hazırlanmış “Ana dili” və “Əlifba” verilişlərinin yayıma başlamasıdır. Doğrudur, GünAZ.TV-nin bu yöndə təcrübəsi var və tele-təlimlərin hesabına müəyyən nəticələr də əldə olunub. Ancaq GünAZ.TV-nin yayımının qarşısının alınmasına yönələn tədbirlərə görə, tək bir TV-ni yetərli saymaq olmaz.
Mediamızda “Güney”
Güney Azərbaycan mövzusu ancaq hansısa hadisələrin baş verdiyi vaxtlarda Quzey Azərbaycan mediasının gündəminə oturur. Adi günlərdə isə əksər media üçün Güney Azərbaycan İran deməkdir.
Doğrudur, Quzeydə Güney Azərbaycan mövzusuna hər zaman həssas yanaşan, səhifələrində özəl olaraq Güney bölümləri açan qəzet və saytlar var. Bu sırada, “Olaylar”, “Xalq Cəbhəsi”, "Davam.az" “Türküstan” qəzetlərini, “Mediaforum” saytını qeyd etmək olar.
Bu siyahını artırmaq, Güney Azərbaycanı mediamızın gündəminə daşımaq, Təbrizə Gəncə kimi, Urmuya Şuşa kimi yanaşmaq, siyasi-ideoloji yönümündən asılı olmayaraq, Quzey Azərbaycan mediasının prioritetlərindən olmalıdır.
“Siz kimin müdafiəçisisiniz?”
Quzey Azərbaycanda Güneyə görə tənqid görən sahələrdən bir də hüquq- müdafiə təşkilatlarıdır. Onsuz da son illər Quzey Azərbaycanda hüquq-müdafiə təşkilatları və hüquq müdafiəçiləri ilə bağlı toplumda böyük xəyal qırıqlığı yaranıb.
Bir səra hüquq müdafiəçilərinin ölkədaxili siyasi konyukturaya uyğunlaşdıqları, bir qisminin daha çox şəxsi maraqlarının müdafiəsində durduğu, bəzilərinin isə ehtiyatlı mövqe seçdiyi göz önündədir. Ancaq Bakıda otura-otura, heç olmasa Güneydə insan haqlarının durumuna münasibət bildirmək, beynəlxalq təşkilatlara Güneydə insan haqları, həbslər, təqiblər haqda hesabatlar göndərmək ki mümkündür.
Mənə elə gəlir ki, siyahını çox uzatmadan elə burada sadaladığım məsələlər istiqamətində müəyyən addımların atılması, güneyli soydaşlarımız üçün böyük mənəvi güc mənbəyi, özlərinin təşkilatlanması və mütəşəkkil qüvvə kimi formalaşmasında müəyyən rol oynaya bilər.
Belə isə Güney Azərbaycan üçün mümkün edə biləcəklərimizi nə üçün əsirgəyək...
Aqil Camal
“Türküstan” qəzetinin baş redaktoru

Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |