17.11.2011 [11:13] - Hadisə
ABŞ-ın cənub ştatlarında qeydə alınan tornado qasırğaları bir nəfərin ölümünə, 15 nəfərin yaralanmasına səbəb olub. Tornadodan ən çox zərər çəkən Alabama, Missisipi, Luiziana və Corciya ştatlarının şəhərləridir. Corciya ştatında qasırğanın kökündən çıxardığı ağac avtomobilin üzərinə yıxılıb, nəticədə sürücü hadisə yerində ölüb. Ümumilikdə qasırğa onlarla evi uçurub, çoxlu sayda ağac qırılıb. Fəlakət bölgəsində 20 min istehlakçının elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb. ABŞ Meteorologiya Xidməti regionda tornado təhlükəsinin hələ bir neçə gün davam edəcəyini bildirir. Hər il ABŞ-da orta hesabla 70 nəfər tornadonun qurbanı olur. Bu ilin aprelində tornado qasırğası 250 amerikalının həyatına son qoyub.
Bu xəbər oxucular tərəfindən 1249 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |