01.07.2013 [13:49] - DAVAMın yazıları
Ürəyində Bütöv Azərbaycan ideyalarını gəzdirən hər bir azərbaycanlı Araz üstündən körpülərin atılacağı, 1813-cü ildə Gülüstanda və 1828-ci ildə Türkmənçayda qəsd olunan Vətənin bir gün bütövləşəcəyi, yollarımızın bizi azad şəkildə Təbrizə, Xoya, Səlmasa, Urmiyəyə, Savalana, Babək qalasına aparacağı günün intizarındadır. Ancaq hələ ki, bu, sadəcə ürəyimizdə ağrı ilə daşıdığımız bir arzudur və ortada dünya reallıqları var...
Güney Azərbaycanda 1905-11-ci illərdə Səttarxanın rəhbərlik etdiyi Məşrutə hərəkatına, 1917-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabaninin, 1945-46-cı illərdə isə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə mövcud olan Azərbaycan Demokratik Firqəsinə dünya güclərinin laqeyd və xain münasibətinin nəticəsində yüz minlərlə soydaşımız qurban getdi, onların təbii haqları əllərindən alındı. 1979-cu il İran İslam İnqilabının aparıcı qüvvəsi yenə Azərbaycan türkləri olsa da, sonda şah rejiminin devrilməsində əsas rol oynayan, yenə böyük qurbanlar verən həmvətənlərimiz hətta İran Konstitusiyanın (anayasa) yaratdığı imkanlardan, ana dilində təhsil almaq hüququndan belə bu günədək yararlana bilməyib. 2006-cı ildə İranın rəsmi qəzetində türklərin təhqir olunmasına etiraz olaraq başlanan üsyanlarda növbəti qurbanlarını verən soydaşlarımızın dünyadan bu dəfə də dəstək görməməsi acı gerçəklik oldu. Elə bu yazı hazırlanan günlərdə güneyli fəalların həbs olunması barədə xəbərlər gəlməkdədir və İranın repressiya (sərkub) maşını durmadan öz haqlarını tələb edən 35 milyondan artıq Azərbaycan türklərinin fəal kəsimin daim hədəfdə saxlamaqdadır. Ancaq Tehranın dünyaya meydan oxuduğu bir zamanda Təbrizin “Traktor” futbol komandasının oyunlarında belə soydaşlarımız “Yaşasın Azərbaycan!”, “Azərbaycan dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Haray, haray mən türkəm!”, “Azərbaycan bir olsun, istəməyən kor olsun!” kimi ürəyimizi riqqətə gətirən şüarlar səsləndirilməkdə davam edirlərsə, get-gedə bu səslər daha da ucalırsa, demək bu toplumun mübarizə ruhunu qırmaq, onu sındırmaq mümkün olmayacaq.
Son illərdə Güney məsələsinin İran sərhədlərini aşaraq beynəlxalq aləmə çıxması isə çox mühüm faktdır. Hələlik öz vətənlərində olmasa da, Avropa və Amerikada birləşmək şansı qazanan güneyli-quzeyli soydaşlarımızın, onların təmsil olunduğu təşkilatların diaspor fəaliyyəti nəticəsində Güney Azərbaycan türkləri BMT-də (Birləşmiş Millətlər Təşkilatı) dövləti olmayan millət statusunu qazanıb, soydaşlarımızın haqlarının pozulması vaxtaşırı beynəlxalq qurumların hesabatlarında əksini tapır, Güneydə milli haqların əzilməsilə bağlı müraciət “Ağ Ev”-in petisiya səhifəsində yer alıb, həmçinin ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresinə, Senatına, Dövlət Departamentinə (xarici işlər nazirliyi) Cənubi (Güney) Azərbaycanla bağlı sənədlər təqdim olunub. Ancaq nədənsə dünya birliyi hətta Urmiyə gölünün süni şəkildə qurudulmasına, nəinki Güney Azərbaycanın milyonlarla əhalisinə, hətta bölgəyə böyük fəlakət gətirəcək bir hadisəyə də müəmmalı susqunluq nümayiş etdirir. Odur ki, günün birində ayağa qalxıb haqqını tələb edəcəyi halda Güneyin beynəlxalq aləmdən gərəkən dəstəyi ala biləcəyi şübhəli qarşılanır. Suriyada baş verənlər məntiqi sonluğuna çatandan sonra inqilab dalğasının İrana yetişəcəyi çox az adamda şübhə doğurur. Yaxud nüvə məsələsi ilə əlaqədar İrana qarşı atılacaq addımların fonunda Güney Azərbaycanı gözləyən perspektivlər hər birimizi düşündürən məsələdir. Bu proseslərdə növbəti dəfə böyük oyunların qurbanı olmaması üçün hesab olunur ki, Güney fors-major situasiyalara hazır olmalıdır.
Amerikadan Bütöv Azərbaycan çağrısı
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Deyn Rorabaherin qurumun xarici əlaqələr komitəsinə Cənubi Azərbaycanla bağlı qətnamə layihəsini təqdim etməsi, bu sənəddə Azərbaycan torpağının 1828-ci ildə Rusiya və İranın imzaladığı Türkmənçay müqaviləsi ilə, azərbaycanlıların razılığı olmadan ikiyə bölündüyünü, Azərbaycan xalqının öz müqəddəratını təyin etmək hüququnun olduğunu bildirməsi müəyyən ümidlər yaradıb. Konqresmen “Bu ölkə 1991-ci ildə SSRİ-nin (Şurəvi) süqutundan sonra müstəqillik qazanıb. İndi də İran azərbaycanlılarının öz azadlıqlarına nail olmasının vaxtı çatıb”-yazması ilk baxışdan ciddi məsələ sayıla bilər. Ancaq bəzi müşahidəçilər ABŞ-ın 1945-ci ildə cənubda qurulan Azərbaycan milli hökumətinin əleyhinə çıxmasını, hətta o zaman SSRİ-yə ultimatum verməsini xatırladır. Sabiq dövlət müşaviri, şərqşünas Vəfa Quluzadə Güney məsələsində qlobal (kürəsəl) yanaşmanın tərəfdarıdır. Onun fikrincə, ABŞ bu gün Cənubi Azərbaycanı ayağa qaldırıb İranın əleyhinə çevirməkdə maraqlıdır. Bunun əvəzində isə azərbaycanlılara sadəcə müstəqillik vədi verilə bilər: “Ancaq tarixi faktlar var, görün cənubdakı azərbaycanlıları nə qədər aldadıblar. Stalin onlardan istifadə etdi, axırda da satdı. Azərbaycanlılar qırğına məruz qaldılar, üstəlik Pişəvəri Bakıya gəldi, burda həlak oldu və cənubi azərbaycanlılar Sovet İttifaqından (Şurəvi) heç bir dəstək görmədilər. Ona görə də indi Cənubi Azərbaycan Qərbdən, Amerikadan nə kömək gözləyə bilər? Biz də Amerika kimi imperiya deyilik ki, qarşımızdakını vurub darmadağın edək, istədiyimizi edək. Üstəlik, İran bizim nəhəng qonşumuzdur. Gəlin ayağımızı yorğanımıza görə uzadaq və siyasətdə realist olaq”.
V.Quluzadə hesab edir ki, əgər Qərb İranı daxildən parçalaya bilməyəcəksə, İran inkişaf edəcək. O halda isə azərbaycanlılara İranla bərabər inkişaf etmək daha sərfəli olar, nəinki yenidən qırğına məruz qalmaq. Ekspert (karşünas) parçalanmış millət modelinin Azərbaycana tətbiqini mümkün saymır. Hesab edir ki, əgər azərbaycanlıların almanlar kimi iki ayrı dövləti olsaydı, o halda birləşmək asan məsələ olardı: “Qərb Sovet İttifaqını çökdürmək üçün iki alman dövlətini birləşdirdi. Ancaq Qərb bunu bizimçün edəcəkmi? Qərbin İraq əməliyyatından sonra bu ölkədə qəbilələrarası müharibə gedir, terror səngimir, sünni-şiə qarşıdurması davam edir. Ona görə də Cənubi Azərbaycan məsələsindən danışanda gəlin Qərbin təbliğatının ardınca sürünməyək, taleyimizi özümüz dərk edək. Çox arzu edərdim ki, İran cəmiyyət yüksək inkişaf etsin və ölkədəki bütün millətlər və xalqlar xoşbəxt olsun. Əgər İranda demokratiya hakim olarsa, onda ayrılmağa nə ehtiyac var?” V.Quluzadə Bakının da bu məsələdə məsafə saxlamasının tərəfdarıdır: “Cənubi Azərbaycan probleminin həlli bizdən asılı deyil: “Çünki İran bizdən qat-qat böyük, güclü, toparlanmış bir dövlətdir. Cənubi azərbaycanlılar da İran İslam İnqilabının iştirakçıları, İslam inqilabı etmiş İran əhalisinin bir parçasıdır. Özü də 70 il sovetlərin tərkibində olduğu üçün ateist olan bizlərdən fərqli olaraq güneylilər İslam dininə sadiqdir. Deməli, onlar həm də İran dövlətinin sahibləridir. İran regiondakı üç ən böyük qüvvədən biridir. Təbii ki, emosional (ehsasati, atifi) baxımdan Güney Azərbaycan məsələsinin bizə birbaşa dəxli var, onlar bizim özümüzük, biz də ordakı qardaşlarımızın taleyinə laqeyd (bitəfavot) deyilik. Amma biz onların taleyinə qarışmaqla uğur qazana bilmərik”.
Əksər mütəxəssislər bu fikirdədir ki, şərait yaranan kimi Güney özü öz taleyini həll edə bilər və çıxış yolu yalnız bundadır. Güney Azərbaycan mövzusunun araşdırıcılarından olan professor Cəmil Həsənli isə hesab edir ki, ABŞ Konqresində və digər beynəlxalq qurumlarda Cənubi Azərbaycan məsələsinin gündəmə gəlməsi təsadüfi deyil. Onun sözlərinə görə, Cənubi Azərbaycan problemi mövcuddur və bunu gizlətmək mümkün deyil: “Cənubi Azərbaycan məsələsi İrana təsir göstərmək üçün əlverişli amillərdən biridir”.
C.Həsənlinin fikrincə, bölünmüş xalqların birləşməsi ideyası heç vaxt gündəmdən düşmür, daim müzakirə edilir. Ancaq tarixçi hesab edir ki, Konqresə təqdim olunan layihənin qətnamə formasında qəbul edilməsi xeyli vaxt apara bilər: “Bu hələlik layihə, təklifdir, qətnamə formasında qəbul olunması üçün uzun bir müddət lazımdır, xeyli prosedur həyata keçirilməlidir. Bunun qətnamə formasında qəbul olunub-olunmayacağını demək çətindir. Ona görə də proseslərin gedişini gözləməliyik. ABŞ Konqresində müraciətin, layihənin sənədə çevrilməsinin çox uzun bir proseduru var. Amma istənilən halda məsələnin Konqresdə gündəmə gəlməsi, müzakirə edilməsi ciddi irəliləyişdir”. C.Həsənli hesab edir ki, ilk növbədə Cənubi Azərbaycanda hərəkat genişlənməlidir: “Bu problem hər şeydən əvvəl cənubi azərbaycanlıların, o xalqın taleyi və tarixi ilə bağlı məsələdir. Xalqın azad olmaq istəyi olmalıdır. Xalq bunu istəməsə, ABŞ Konqresi, hətta BMT də qərar qəbul etsə, heç bir faydası olmayacaq.
Cənubi Azərbaycan məsələsinin beynəlxalq dəstək qazanması üçün gərək xalqın içində bir irəliləyiş olsun. Əks halda kənardan dəstək əhəmiyyətli rol oynaya bilməz. Xarici dəstəyə az aludə olmaz lazımdır. Hər bir problemin həlli ölkə daxilində olmalıdır”.
Güney Azərbaycan “İstiqlal” deyir
Dünya şöhrətli həkim, “Varlıq” dərgisinin yaradıcısı Cavad Heyət də bu qənaətdədir ki, artıq Güneydə milli şüur çox inkişaf edib. Ancaq hakimiyyətdə və parlamentdə bu şüurun daşıyıcılarının tək-tük olması acı gerçəklikdir: “Ümid gənclərədir”. C.Heyət cənubla şimalın bütövləşməsini uzaq gələcəyin işi hesab edir. İndilikdə isə o, İranda federativ dövlətin yaradılması və Cənubi Azərbaycanın da federativ respublika kimi fəaliyyət göstərməsini ən məqbul variant sayır. “Bizim fikrimiz budur ki, Dərbəndə kimi İrandır, amma İran türk ölkəsidir, çünki min il biz rəhbərlik etmişik”. Amma bu da faktdır ki, Güneydəki toplum arasında federasiya tərəfdarlarına nisbətdə istiqlal tərəfdarlarının sayı getdikcə artır.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) Azərbaycan Respublikasındakı nümayəndəsi Nəbi Soytürkün dediyinə görə, İranın Azərbaycana qarşı aqressiv (mühacim) münasibəti əksəriyyətin fikrini qətiləşdirib: “Azərbaycanlıların əksər hissəsi, xüsusilə fəal kəsimi ancaq istiqlal, qurtuluş, Bütöv Azərbaycan düşüncəsindədir. Çünki qarşı tərəf bu millətin varlığını inkar edir, türk soyundan olanların İranda yaşamadığını bəyanlayır. Son zamanlar proseslərdə səngimənin müşahidə olunması sadəcə dünyanın İranla bağlı qərarının necə olacağı, yeni seçilən prezidentin hansı addımları atacağı ilə bağlıdır. Ola bilsin cəmiyyət şəraitin dəyişməsin gözləyir”. Güneyin Quzeydən gözləntilərinə gəldikdə, N.Soytürk təsdiqləyir ki, Cənubi Azərbaycan Azərbaycan Respublikasının varlığından özgə bir şey istəmir: “Hamı dərk edir ki, Azərbaycan Respublikasının cənuba ən böyük yardımı onun mövcud olması, inkişafıdır. Bu, insanların mübarizəsinə stimul verir. Bizim ilk gözləntimiz Azərbbaycanın varlığı, mövcud olması və imkanı çatarsa, mənəvi dəstək verməsidir. Bu gün cənubda şərait yüksələn xətt üzrə bizim xeyrimizə dəyişir”. Cənubun İrana qarşı beynəlxalq müdaxilədə kimin yanında olacağı da maraqlı məqamdır. “Beynəlxalq aləm İrana müdaxilə ediləcəyi halda azərbaycanlıların hüquqlarını tanıyacaqsa, o halda soydaşlarımızdan dəstək alacaqlar. Əks halda Azərbaycan bu müdaxilədə seyrçi olaraq qalacaq”, GAMAC təmsilçisi belə deyir.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı hesab edir ki, əgər biz Azərbaycanın ikiyə bölündüyünü, hazırda Cənubi və Şimali Azərbaycanın olduğunu BMT və digər beynəlxalq təşkilatlarda qaldıra, onları buna inandıra bilsək, onda rəsmən bölünmüş xalq statusu ala, bunu qəbul etdirə bilərik, bu da son nəticədə cənubla şimalın birləşməsinə aparar. Çöhrəqanlı hesab edir ki, dünyanı təhdid edən İran məsələsinin həlli üçün yetər ki, ABŞ Cənubi Azərbaycana dəstək versin. Ancaq fakt budur ki, cənubdakı milli hərəkat bu gün tam dəstəksiz qalıb. Şübhə yoxdur ki, türk düşmənləri bölgədə nəhəng bir Azərbaycan dövlətinin yaranacağından əndişələndiyi üçün sivil mübarizə yolunu seçən Azərbaycan türklərini İran rejimi ilə baş-başa buraxıb. Üstəlik, Tehranın vaxtaşırı Bakı və Ankaranı Güney məsələsi ilə bağlı təhdid etməsi də faktdır. Sonuncu belə təpkilər CAMAC-ın Bakıda Güneylə bağlı keçirdiyi tədbirdən sonra müşahidə olundu. Elə bu günlərdə İranın İslam Şurası Məclisinin Araşdırmalar Mərkəzi Azərbaycan əleyhinə növbəti hesabat yayıb və Azərbaycanı islamofobiyada “rekord vurmaqda” ittiham edib. Deməli, qonşu ölkə Bakının nə qədər ehtiyatlı davranmasından asılı olmayaraq öz ənənələrinə sadiqdir və Azərbaycanı təhdid etmək yolunu davam etdirir.
Bakı Təbrizə əl uzatsınmı?
Rəsmi Bakının Güney Azərbaycan türkləri ilə bağlı siyasəti haqda danışan XIN-nin (Xarici İşlər Nazirliyi) mətbuat katibi Elman Abdullayev deyir ki, Bakı İranın bir dövlət olaraq ərazi bütövlüyünü və suverenliyinə hörmətlə yanaşır, bu ölkənin daxili işlərinə qarışmır: “Azərbaycanla İran arasında tarixi bağlılıq əsrlərdir ki, mövcuddur. O ki qaldı azərbaycanlıların məsələsinə, təbii ki, İranda yaşayan azərbaycanlıların bizimlə eyni kökə, dilə, mədəniyyətə malik olması danılmaz bir faktdır. Bir xalqın iki ölkə ərazisində yaşaması da faktdır və biz eyni millətik, tarixi, demoqrafik faktlar ortadadır. Dünyada yaşayan 50 milyonluq azərbaycanlı hansı ölkədə yaşayırsa-yaşasın bizimçün önəm kəsb edir. Azərbaycanlıların da böyük əksəriyyəti İran ərazisində yaşayır, bu da faktdır. Amma iki suveren, müstəqil, qonşu ölkə faktoru da var, bir-birimizin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşan, bir-birinin daxili işlərinə qarışmayan ölkələrik”.
Ancaq reallıq budur ki, hətta Diasporla İş üzrə Dövlət Komitəsinin İranda yaşayan soydaşlarımızla işləyə bilməməsi də acı gerçəklikdir. Qurumun sədri Nazim İbrahimov deyir ki, Azərbaycan İranın daxili işlərinə qarışmır: “Həmçinin biz İran daxilində diaspor işi aparmırıq. Amma Cənubi Azərbaycanı tərk edib dünya ölkələrində yaşayan milyonlarla azərbaycanlılarla hərtərəfli əlaqələrimiz var. Cənubi Azərbaycanlıların İrana yönəlik siyasi maraqları ilə isə biz heç zaman maraqlanmamışıq, o işlərə qarışmırıq”. Dünyada parçalanmış xalqlar anlayışının olduğunu xatırlatdıqda isə N.İbrahimov dövlət rəsmisi olaraq bu məsələdən bəhs edilməsini düzgün saymır: “Bu məsələlər barədə ictimai adamlar daha dolğun fikirlər ifadə edə bilər. Mən dövlətin rəsmi mövqeyini ifadə edə bilərəm ki, biz İranın daxili işlərinə qarışmırıq deyə, daxildə gedən proseslərə də münasibət bildirməyi düzgün saymırıq”. AMEA-nın (Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin üzvü Gövhər Baxşəliyeva isə bu yaxınlarda güclü şərqşünaslıq, o cümlədən iranşünaslıq məktəbinin olduğu Rusiyada görkəmli akademik və professorlarının iştirakı ilə keçirilən silsilə tədbirlərdə İrandakı proseslərin analiz olunduğunu qeyd etdi: “İrandakı prosesləri tam obyektiv şəkildə təhlil edən həmin alimlər birmənalı nəticəyə gəldilər ki, İranı “Qorbaçev variantı” gözləmir. Yəni İran sülh yolu ilə parçalanmayacaq. Çünki dövlətin təhlükəsizliyi elə qurulub ki, o ölkənin öz-özünə parçalanması mümkün deyil, İran yalnız xarici müdaxilə nəticəsində parçalana bilər. İranda mühafizəkarlarla islahatçılar arasında çox kəskin mübarizə gedir və hər iki tərəfin ciddi dəstəyi var. Əyalət insanı, dini təhsil almış təbəqə mühafizəkarları müdafiə edir. Həmçinin dövlət xüsusi şəkildə məqsədyönlü proqramlar həyata keçirir, hətta kasıb əhalini ələ almaq üçün tədbirlər görür. Konkret azərbaycanlılara gəldikdə, biz dünya reallıqları ilə barışmalıyıq. Bizim Qarabağ kimi böyük problemimiz var. Qarabağ problemi həll olunmayınca bu kimi məsələlərə ehtiyatla yanaşmalıyıq. Cənubdakı soydaşlarımızın və digər millətlərin nicat yolu ölkənin demokratikləşməsidir. İran tədricən demokratikləşsə, hansı ki, cəmiyyətin böyük hissəsi buna can atır, o halda ciddi dəyişikliklər baş verə bilər. Bu da var ki, Cənubda heç də əhalinin hamısı bütövləşməyə can atmır. Onların böyük hissəsi də İran dövlətinin qorunub saxlanmasının tərəfdarı və böyük İranın təəssübkeşləridir. Müstəqil Azərbaycan heç bir təxribata uymamalı, İrana azca da olsa zərər vuran məsələlərə qol qoymamalıdır. Bunu ordakı köklü azərbaycanlıların mənafelər də tələb edir”.
Ancaq insan haqlarının heç bir ölkənin daxili işi olmadığını deyən Bütöv Azərbaycan Birliyinin (BAB) Rəyasət Heyətinin sədri Aqil Səmədbəyli deyir ki, Azərbaycanın güneyində yaşayan soydaşlarımızın beynəlxalq hüquq çərçivəsində öz müqəddəratını təyin etmək haqları var: “Sadəcə olaraq bunun üçün ya Azərbaycan dövlətinin rəsmiləri BMT-də məsələ qaldırmalıdır, yaxud da Azərbaycana dost olan hər hansı dövlət, o cümlədən Türkiyə Cümhuriyyətinin yetkililəri bu məsələni qaldıra bilər. Amma təəssüf ki, bu günə qədər nəinki bu məsələ qaldırılmayıb, Güney Azərbaycandakı soydaşlarımızın pozulması ilə bağlı nə Türkiyə, nə də Azərbaycanın rəsmi bir mövqeyi yoxdur”. A.Səmədbəyli BAB-ın Azərbaycanın güneyindəki soydaşlarımızın öz dövlətlərini qurmaq arzusunda olduğunu bildirir: “Vaxtilə Əbülfəz Elçibəyə sual vermişdilər ki, min illər boyu bizim dövlətimiz olan İranı bütövlükdə götürə bilmərikmi. Elçibəy cavabında demişdi ki, biz imperiya qurmaq niyyətində deyilik, bizə öz haqqımız, öz sərhədlərimiz, öz dövlətimiz yetər. O mənada bu gün Güneydəki soydaşlarımız arasında ən yayğın və ən hakim olan istiqlaliyyət fikridir. Kütləvi aksiyalarda da gənclər İran həbsxanasından qurtulmaq və istiqlal şüarları səsləndirirlər. Türkiyədə də bəzi dairələr İranın 1927-ci ilədək türklərin hakimiyyəti altında olduğunu əsas gətirib bu ölkəni türk dövləti sayırlar, odur ki, Güneyin ayrılması məsələsində tərəddüd edirlər. Ancaq bu gün dünyanın ikinci bir dövləti yoxdur ki, əhalinin yarıdan çoxunu təşkil edən toplumun ana dilində oxumaq haqqı belə tanınmasın. Bu dövlət yeganə İran adlı həbsxanadır ki, Azərbaycan türklərini din pərdəsi altında əsarətdə saxlamaqda davam edirlər. Amma gec-tez haqq-ədalət öz yerini tapacaq, Azərbaycanın güneyindəki soydaşlarımız da haqq etdikləri istiqlalı qazanacaqlar, Azərbaycanın bütövlüyü gec-tez reallaşacaq”.
Güneylə quzeyi daha da yaxınlaşdıran amillərdən biri kimi güneylilərə güzəştli qaydada təhsil almaq hüququnun verilməsi ola bilərdi. Eyni zamanda güneyli mühacirlərin Azərbaycan Respublikasında status ala bilməməsi də problem olaraq qalır. A.Səmədbəyli deyir ki, hələ Azərbaycan yenicə müstəqil olduğu dövrdə Elçibəy hakimiyyəti dövründə güneyli qardaşlarımıza hər cür dəstək verilirdi: “Bura təhsil almaq üçün gələnlərin təhsili tam pulsuz idi, güneylilərin burda yaşaması uçun şərait yaradılırdı. Güneydən olan soydaşlarımızın təşkilatlarının təşkilatlarının güclənməsi üçün Elçibəy onlarla şəxsən təmas qururdu. Bir illik Prezidentliyi dövründə Elçibəy Bakıdakı güneyli fəallarla görüşmüş və onlara demişdi ki, mən sizə güneydəki soydaşlarımızın haqları uğrunda mübarizədə hər cür dəstək verməyə hazıram”.
Azərbaycanın şimalındakı meydan hərəkatının qəhrəmanlarından, həmçinin əslən Təbrizdən olan Sirus Təbrizli də ehtiyatlı olmağı məsləhət görür: “İranı çox istəməliyik ki, İranda azərbaycanlılar yaşayır. Ordakı prosesləri zaman özü tənzimləyəcək. Fakt budur ki, İranın özündə təlatüm, yenilik arzu edənlər var. İranın öz içində gedən proseslər həm azərbaycanlının, həm farsın, həm bəlucun, kürdün taleyini müəyyənləşdirəcək. Ancaq bu gün çox təəssüf ki, Araz təkcə iki Azərbaycanın arasından axmır, həm də hər bir azərbaycanlının arasından axır.
Bizə birlik lazımdır. Digər tərəfdən bu gün dünyada iki fikir var: insan haqları və ərazi bütövlüyü. Bu gün kim harada yaşayır yox, kim necə yaşayır məsələsini qoymaq lazımdır”.
Azərbaycanın İrandakı sabiq səfiri, professor Nəsib Nəsibli deyir ki, Cənub Azərbaycan türkləri məzlum bir millət olsa da, artıq millət bu məzlumluğunu neçə on illərdir dərk edir və milli şüur, dərketmə prosesi xüsusilə də Quzey Azərbaycanın müstəqilliyindən sonra daha sürətlə gedir: “Bu prosesin məntiqi nəticəsi var; ya İran daxilində Güney Azərbaycan muxtariyatı yaranmalı, ya da Güney Azərbaycan müstəqil dövlət olmalıdır. Çünki Güney buna haqq edib, dəfələrlə bununla bağlı öz iradəsini ortaya qoyub. Fakt budur ki, Güney Azərbaycan öz gələcəyi uğrunda çox ciddi şəkildə düşünür və mübarizə aparır. Bu mübarizənin nəticələrini yaxın illərdə, yaxud onillərdə görəcəyik. 21-ci əsrdə bölünmüş xalqların hərəkatlarının yüksəlməsi reallıqdır”. N.Nəsibli Güneyin öz haqqını alması prosesinə xarici faktorun əngəl olacağını güman etmir: “Xarici faktor təbii ki, önəmlidir, amma ondan önəmlisi daxili faktordur. Milli hərəkatın yetkinlik səviyyəsi, ideoloji, təşkilati cəhətdən bitkinliyi ən önəmli məsələdir”.
Budur, Güneyin mücadiləsi barədə növbəti xəbərlər gəlir. Günaz.TV-nin məlumatına görə, Güney Azərbaycanın Urmiyə şəhərində kütləvi həbslərə baxmayaraq, milli-mədəni fəallar işgəncələrə qarşı mübarizə günü və mərhum professor Zehtabini anmaq məqsədilə Səhənd dağının yamaclarında yığıncaq keçirməyə nail olublar. İran hakimiyyətinin basqıları fayda vermir, Babək qalası, Savalan dağının ardınca Səhənd dağı da sivil kütləvi aksiya məkanına çevrilməkdədir. İran zindanlarında sınmayan Abbas Lisani, Səid Muğanlı, Həsən Ərk, Yürüş Mehrəlibəyli, Höccətülislam Əbdüləziz Əzim-Qədimi, Səid Mətinpur kimi milyonlarla fədailəri olan Güney Azərbaycan sonda hökmən öz haqqına çatacaq. Güneyin üstünə istiqlal günəşinin doğacağı o müqəddəs gün mütləq gələcək, inşallah...
Elşad PAŞASOY

Bu xəbər oxucular tərəfindən 953 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |