Şrift:
Prezidentliyə sabiq namizəd: Misirdə Mursi rejimi bir həftəyə süqut edəcək
02.07.2013 [10:51] - Xəbərlər, Siyasət
Misir prezidenti president Məhəmməd Mursinin rejimi bir həftə ərzində süqut edəcək. Bu barədə çərşənbə axşamı "Əl-Masravi" qəzeti ölkə prezidentliyinə keçmiş namizəd Əhməd Şafikə istinadən məlumat verir.
Hüsnü Mübarəkin prezidentliyi dövründə Misirin Baş naziri olan Şafikin sözlərinə görə, prezident Mursi ölkədə iqtisadi və siyasi böhrana səbəb olan xeyli sayda düzəlməsi mümkün olmayan səhvlər buraxıb.
Qeyd edək ki, Misir Silahlı Qüvvələrinin komandanlığı bazar ertəsi ölkənin siyasi qüvvələrinə xalqın tələblərinin yerinə yetirilməsi üçün 48 saat vaxt verib.
Eyni zamanda Misirdə islamçılar "qanun tərəfdarları"nı küçə aksiyalarına çağırırlar. Mursi dəftərxanası isə bildirib ki, Misir vətəndaş dövlətidir və hakimiyyət ölkəni keçmişə qaytarmağa imkan verməyəcək.
Qeyd edək ki, Misirdə daxili siyasi vəziyyət iyunun 30-da bütün ölkədə Məhəmməd Mursi rejiminə qarşı "Təmərrüd" (Quyam) devizi altında keçirilən kütləvi etiraz aksiyalarından sonra kəskinləşib.
Bu xəbər oxucular tərəfindən 842 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed