02.07.2013 [11:52] - Güney Azərbaycan xəbərləri, Hüquq
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhidə səfər etməsi üçün viza verilməyəcək.
İRİB-ın məlumatına görə, bunu İran Məhkəmə Hakimiyyətinin İnsan Haqları Mərkəzinin rəhbəri Məhəmməd Cavad Laricani bildirib.
Onun sözlərinə görə, buna səbəb Ə.Şəhidin indiyədək hazırladığı bütün hesabatlarda əsl mənbə kimi İran hakimiyyətinə müxalif qurum və şəxslərə bağlı olan internet saytlarından istifadə edilməsidir: “BMT məruzəçisinin iş metodunda xeyli çatışmaz cəhətlər var. Ə.Şəhidin istifadə etdiyi mənbələr də bu cür səhvlərin ən böyüyüdür. Onun hesabatında adı çəkilən şəxslərin İran həbsxanalarında olduqlarına dair heç bir fakt yoxdur və yalnız iddiadan ibarətdir. Hər bir şəxs sadəcə İran hakimiyyətinə müxalif internet saytlarına daxil olmaqla bu cür hesabatlar hazırlaya bilər. Bu baxımdan BMT məruzəçisinin İrana səfər etməsinə qarşıyam”.

Bu xəbər oxucular tərəfindən 1103 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |