Şrift:
ABŞ-ın dövlət borcu 15 trilyon dollara çatıb
17.11.2011 [11:21] - İqtisadiyyat
ABŞ-ın dövlət borcunun miqyası 15 trilyon dollara çatıb. Bu barədə ABŞ Maliyyə nazirliyi məlumat verib.

Sentyabrda ABŞ-ın dövlət borcu 14,9 trilyon dollar idi.

Hazırkı prezident Barak Obama hakimiyyətə gələndə ölkənin borcu 10,6 trilyon dollar olub. Ekspertlərin fikrincə, bir müddətdən sonra dövlət borcu ABŞ-ın ümumdaxili məhsulu həcmində, yəni 15,2 trilyon dollar olacaq.

Konqres və hazırkı administrasiya avqust ayında dövlət xərclərinin və dövlət borcunun azaldılması, büdcə kəsiri ilə mübarizə üzrə ikipartiyalı komissiya yaradıblar. Noyabrın 23-də komissiyanın öz planını təqdim etməsi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed