02.07.2013 [12:02] - Xəbərlər, Gündəm
“İyirmi il ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etməsi və problemin hələ də öz həllini tapmaması diplomatiyanın uğursuzluğudur”.
Bunu Bakıda səfərdə olan İsveçrə parlamentinin yuxarı palatası - Kantonlar Şurasının sədri Filippo Lombardi jurnalistlərə açıqlamasında deyib.
F. Lombardi 2014-cü ilin çox əhəmiyyətli il olduğunu vurğulayıb: “2014-cü ildə İsveçrə ATƏT-ə, Azərbaycan isə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək. Ona görə də iki ölkə arasında əlaqələrin genişlənməsi vacibdir. Gələn il İsveçə ATƏT-in sədri olaraq dondurulmuş münaqişələrin, o cümlədən Qarabağ probleminin həllində əlindən gələni etməyə hazırdır. Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verilməsi ən böyük əhəmiyyət kəsb edən məsələdir. İsveçrə ondan nə asılıdırsa, o addımı atmağa hazırdır”.
F. Lombardi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun oktyabr-noyabr aylarında İsveçrəyə səfər edəcəyini, Bern və Cenevrə şəhərlərində olacağını deyib. Onun sözlərinə görə, İsveçrə xarici işlər nazirinin də Azərbaycana səfəri planlaşdırılır. Bu səfər İsveçrənin ATƏT-ə sədrliyi ilə bağlı olacaq.

Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |