02.07.2013 [14:40] - Gündəm, Sosial
Nazir Fizuli Ələkbərov növbəti vətəndaş qəbulunu Lənkəran rayonunda keçirəcək
Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov növbəti dəfə iyulun 5-də respublikanın Lənkəran rayonunda vətəndaşları qəbul edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının sakinlərinin “Açıq qapı” şəraitində müraciətləri dinləniləcək. Bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılaraq, müvafiq tədbirlər görüləcək. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq.
Qəbulda həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən “Özündəstək” proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələr də müəyyən ediləcək.

Bu xəbər oxucular tərəfindən 1061 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |