Şrift:
“Türkmənistan və Azərbaycan Transxəzər layihəsi barədə razılığa gəlsələr, heç bir ölkə bu qərarı əngəlləyə bilməz”
17.11.2011 [11:22] - İqtisadiyyat
“Türkmənistan və Azərbaycan belə bir boru xəttini tikməyə dair razılığa gəlsələr, hər hansı digər ölkənin bu qərarı əngəlləməyə hüququ yoxdur”.
“Bloomberq” agentliyinin verdiyi məlumata görə, bu fikirləri Aşqabadda ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə müşaviri Deniel Steyn Transxəzər kəməri layihəsi barədə danışarkən deyib. Regionda layihələşdirilən enerji marşrutlarına toxunan ABŞ rəsmisi deyib ki, bölgənin enerji hasil edən dövlətləri müvafiq seçimlərini müstəqil şəkildə verməlidirlər. Aşqabadda Türkmənistan rəsmiləri ilə danışıqlar aparan ABŞ rəsmisi regional enerji layihələrinə Qərb sərmayələrinin cəlb edilməsi yollarını müzakirə edib.
Bu xəbər oxucular tərəfindən 1193 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed