03.07.2013 [10:03] - Gündəm, Siyasət
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Şərq Tərəfdaşlığı ölkələrinin Regional Əməkdaşlığı Proqramının təmsilçiləri Erikas Yankauskas, Lubov Polvada və Aleksey Sekarevla ilə görüş keçirilib. Qonaqlar proqram haqqında ətraflı məlumat verərək gördükləri işlər barədə bəhs ediblər. Bu proqram çərçivəsində Azərbaycan və Gürcüstan QHT-lərinin, dövlət qurumlarının və digər vətəndaş cəmiyyəti təmsilçilərinin sərhədyanı ərazilərdə fərqli istiqamətlərdə birgə əməkdaşlığı nəzərdə tutduğunu söyləyiblər. Regional Əməkdaşlıq Proqramının Şura üçün maraqlı aspektləri olduğunu bildirən Şuranın icraçı direktoru Fərasət Qurbanov sözügedən layihənin iki ölkənin münasibətlərinin daha da inkişafında müsbət rol oynayacağını vurğulayıb. Daha sonra proqramın icra mexanizmi ətrafında geniş fikir mübadiləsi aparılıb.
davam.az
davam.az
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |