04.07.2013 [10:54] - Güney Azərbaycan xəbərləri, Borçalı
İran Xarici İşlər Nazirliyi Gürcüstanın bu ölkə ilə viza rejimini bərpa etməsinə münasibət bildirib.
İran Xarici İşlər Nazirliyindən iyulun 3-də Tehrandakı jurnalistlərə deyiblər ki, Gürcüstandan onlara məsələ ilə bağlı məktub göndərilib. Məktubda bildirilib ki, viza rejiminin bərpa olunması Gürcüstanda mühacirət qanununa yenidən baxılması və viza məsələsində yeni strategiyanın qəbul olunması ilə əlaqədardır”.
İran Xarici İşlər Nazirliyindən vurğulayıblar ki, viza rejimi qanununun tətbiq edilib-edilməməsi ilə bağlı qərarlar hər bir ölkənin daxili işidir: “Ölkələr öz vəziyyətinə, siyasi mənafeyinə uyğun olaraq viza rejimi haqda qərar qəbul edə, onu dəyişə, asanlaşdıra və ya müvəqqəti şəkildə məhdudlaşdıra bilərlər”.
İyulun 2-də Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq İranla viza rejimini bərpa etdiyini bildirib. Bəyanatda İran vətəndaşlarının Gürcüstana vizasız girişinə icazə verən müqavilənin ləğv edildiyi bəyan edilib.
2010-cu ilin noyabr ayında Gürcüstanla İran qarşılıqlı qaydada vizasız gediş-gəlişə icazə verən müqavilə bağlayıb. Müqavilə 2011-ci ilin yanvarından qüvvəyə minib. Hazırda Gürcüstan bu müqaviləni birtərəfli qaydada dayandırıb. İran tərəfi hələ ki, rəsmi Tbilisinin bu addımına reaksiya verməyib. Bu da o deməkdir ki, Gürcüstan vətəndaşlarının İrana vizasız gediş-gəlişi hələlik qüvvədə qalır.
Bəzi məlumatlara görə, Tbilisinin qərarı İranın beynəlxalq sanksiyalardan yayınmaq üçün Gürcüstanın bank və maliyyə sistemindən istifadə etməsi və öz ticarət əlaqələrini genişləndirməyə çalışması ilə əlaqədardır.

Bu xəbər oxucular tərəfindən 1096 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |