04.07.2013 [12:17] - Müsahibə
Toğrul İsmayıl: “Osmanlı İmperatorluğundakı ermənilərin ümumi sayı 1 milyon 300 min idi”- Müsahibə
Müsahibim, Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə analitik (təhlilçi) Toğrul İsmayıldır.
-Toğrul bəy, bu günlərdə ABŞ (Amerika Birləşmiş Ştatları) Nümayəndələr Palatasına Respublikaçı millət vəkilləri Michael Grimm və David Valadao ilə Demokrat millət vəkilləri Adam Schiff və Frank Pallone tərəfindən 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını ehtiva edən "Erməni soyqırımı Gerçəyi və Ədalət" başlıqlı bir qanun layihəsi təqdim edildi. Layihə, ABŞ prezidenti Barak Obamaya erməni iddialarını tanımağa çağırır. Bu haqda nə deyə bilərsiniz?
-Bilirsiniz ki daha əvvəl də belə bir qanun layihəsi ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi tərəfindən, Anadoluda 1915-ci ildə yaşananları soyqırım olaraq xarakterizə edən qərar layihəsini konqres üzvlərindən 23-ünün təsdiqi və 22-sini rədd səsi ilə qəbul edilmişdi.
Lakin o zaman da, ele sonuncu çıxışında da Obama 1915-ci il hadisələrini soyqırım olaraq dəyərləndirmədi. Keçən il olduğu kimi bu il də 'Böyük Fəlakət' mənasını verən 'MedsYeghern' ifadəsini işlətdi.
-Bu layihə Amerika-Türkiyə əlaqələri üçün nə deməkdir?
-Bu açıqlama belə əslində hər səfərində Türkiyədə təpki ilə qarşılanır. Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) açiqlamasına görə, tarixi gerçəkləri çarpıtan bu şərhi hər baxımdan problemlidir və mübahisəli tarixi hadisələri daxili siyasət dinamikası təsiriylə tək tərəfli məlumat və ədalətdən uzaq bu cür şərhlər Türk-Amerikan əlaqələrinə zərər verdikləri kimi, türklər ilə ermənilərin ədalətli ortaq yaddaşa sahib olmalarını da çətinləşdirir.
Əslində ABŞ kimi Türkiyənin əhəmiyyətli bir müttəfiqinin problemi daha da dərinləşdirmək yerinə həlli istiqamətində təklif və mövzunun tərəfsiz və elmi şəkildə araşdırılması yönündə təşviqi erməni tərəfini daha həqiqi və uzlaşmacı olmağa yönləndirəcək.
Onu da qeyd edəlim ki, Birinci Dünya Müharibəsi zamanı yaşanan ağrıların ortaq olduğunun və dövrə bağlı xatirələrin ən az ermənilər qədər türk xalqı baxımından da həssaslıq daşıdığının bilinməsi lazım olan həqiqətdir. Bu cür yanaşmalar əslində tarixin doğru başa düşülməsini maneə törətməyə çalışan qərəzli müdaxilələrdən başqa bir şey deyəldir.
Əslində həqiqət araşdırılmaq istənsəydi, mövzuya açıq fikirliliklə baxılmalı, həqiqətin bütün istiqamətləriylə araşdırılmasını istənilməlidir. Amma buna qarşılıq biz işin bir siyasət alətinə, təzyiq vasitəsinə çevrildiyini görürük. Demək ki, özəlliklə son illərdə bu cür məsələlər əslində bir beynəlxalq siyasi təzyiq mexanizminə çevrilmişdir.
-Belə olan təqdirdə Türkiyə nə etməlidir? Hadisələrin gələcək axarını necə görürsünüz?
- Türkiyə indiyə qədər "soyqırımı" layihəsinin qəbul edilməsini önləyə bilmişdir. Daha əvvəlki illərdə gərək prezident Buşun, gərək prezident Klintonun müdaxilələri nəticə vermiş və məclis başçıları layihənin komissiyadan ümumi şuraya gətirilməsini önləmişlər.
Son səfər Məclisdə əksəriyyət Demokratlarda olduğundan eyni nəticəni almaq bir xeyli çətin oldu. Məclis Başçısı Nancy Pelosi, Türkiyənin xarici işlər naziri ilə görüşməkdən imtina etdi. Lakin buna baxmayaraq müsbət nəticə əldə etmək mümkün oldu.
Türkiyə ABŞ hökumətindən bu məsələdə daha çox ağırlıq qoymasını gözləyir. Lakin bununla birlikdə soyuqqanlı olaraq bu məsələnin Nümayəndələr heyəti Baş Assambleyasına gəlməməsi üçün ciddi məşğul olmaq lazımdır. Türkiyənin ABŞ-ın bu təzyiqlərinə dirənəcək gücünün olması lazım. Qərarlı bir tutumla tarixi həqiqətləri Amerikalılara izah etmək lazımdır. Səsverməyə üç gün qalmış heyət göndərməklə deyil, daha əvvəldən bu cür cəhdləri önləmək lazımdır.
Zənnimcə, eyni zamanda, məsələyə geniş baxımdan baxmaqda da fayda var. İndiyə qədər 20 qədər ölkənin parlamentləri "soyqırım qərarı"nı qəbul etdilər. Bu ölkələrlə Türkiyənin əlaqələri gərginlik dövrələrindən keçsə də, lakin bir müddət sonra normala döndü. Digər tərəfdən ABŞ-da 38 əyalət də eyni xüsusiyyətdə qərarları oyladılar.
Soyqırım iddiaları tarixi gerçəkmi, deyilmi, kimsə bunun müzakirəsinə girmək niyyətində deyil. Çox zaman olduğu kimi uydurma gerçəyə qələbə çalır.
Məsələn, daha əvvəlki çox uzun olan layihədə bəzi maddi səhvlər də vardı. Məsələn, BMT (Birləşmiş Millətlər Təşkilatı) ayrı-seçkiliyin qarşısının alınması və Azlıqların Qorunması Alt Komissiyasının 1985-ci ildə "erməni soyqırımı"na da yer verən bir hesabatı qəbul etdiyi ifadə edilirdi. Halbuki Alt Komissiya, bu hesabatı yalnız qeyd etməklə kifayətlənmişdi. Bu ikisi arasında böyük fərq vardı.
O layihənin daha bir xüsusiyyəti, köç edilən və öldürüldüyü iddia edilən ermənilərin sayının, indiyə qədər heç olmadığı ölçüdə şişirdilməsi olmuşdur. 2 milyon erməninin köçürüldüyü, 1.5 milyonunun isə qətl edildiyi irəli sürülürdü. Halbuki rəsmi statistikaya görə 1914-cü ildə Osmanlı İmperatorluğundakı ermənilərin ümumi sayı 1 milyon 300 mindi. Zamanında ermeni əsilli jurnalist Hrant Dink, ölümündən bir az əvvəl Cümhuriyyət elan edildiyi zaman hələ Türkiyədə 300 min erməninin yaşadığını yazmışdı.
Söhbətləşdi:Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1266 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |