Şrift:
Azərbaycanda prezident seçkilərinin dəqiq vaxtı avqustda açıqlanacaq
04.07.2013 [14:14] - Xəbərlər
"Seçkilər mövcud prezidentin səlahiyyətinin başa çatan ili, oktyabr ayının üçüncü həftəsində keçirilməlidir"


“Seçkilərin dəqiq tarixi ilə bağlı müzakirələrin keçirilməsi çox güman ki, avqust ayında keçiriləcək”.Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev deyib. O bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən, seçkilər mövcud prezidentin səlahiyyətinin başa çatan ili, oktyabr ayının üçüncü həftəsində keçirilməlidir.

“Bu da oktyabr ayının 16-na təsadüf edir. Bildiyiniz kimi, Əmək Məcəlləsinə dəyişiklik olub. Səsvermə günü qeyri-iş gününə düşürsə, tarix dəyişilməlidir. Lakin həmin gün Qurban bayramına düşdüyündən qeyri-iş günü sayılır. Buna görə də tarix dəyişilməlidir. Qanunun tələbi belədir”, – deyə MSK rəsmisi qeyd edib.
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed