Şrift:
Azərbaycanın bəzi ərazilərində istirahət günləri hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq
18.11.2011 [13:01] - Gündəm
Bakı və Abşeron yarımadasında noyabrın 19-da buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq.

Noyabrın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçsə də, gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı proqnozlaşdırılır. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 19-da bəzi yerlərdə hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta təşkil edəcəyi proqnozlaşdırılır.

Noyabrın 20-də bölgələrdə gecə və axşam yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.
Bu xəbər oxucular tərəfindən 893 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed