Şrift:
Rusiyada yoxsulluq həddi 228 dollara yüksəlib
05.07.2013 [13:24] - Gündəm, İqtisadiyyat
Ölkədə minimal maaş isə 167 dollar təşkil edir

Rusiyada rəsmi yoxsulluq səviyyəsi bu ilin ilk yarısında keçən ilin eyni dönəminə görə 12,5 faiz artaraq 7 095 rubla (228 dollar) yüksəlib. ANS PRESS-in Moskva müxbirinin verdiyi məlumata görə, ölkədə minimal maaş isə bu ilin başında 5 205 rubl (167 dollar) olub.

Rusiya Əmək Qanunu minimal maaşın yoxsulluq sərhəddinin altında olmamasını tələb edir. Rusiya hökuməti minimal maaşı 2017-2018 illəri ərzində yoxsulluq həddi səviyəsinə yüksəltməyi planlaşdırır.

Qeyd edək ki, paytaxt Moskvada yoxsulluq həddi 10 349 rubl (330 dollar) təşkil edir.
Bu xəbər oxucular tərəfindən 1017 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed