Şrift:
VİP sədri Əli Əliyev Rüstəm İbrahimbəyovu debata çağırdı
06.07.2013 [19:19] - Gündəm, Siyasət
Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina etməklə namizəd olmaqda ona əngəl ola biləcək problemləri aradan qaldırmağa cəhd edir. Bu barədə Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.
Lakin Əliyev hesab edir ki, Rüstəm İbrahimbəyovun problemi hüquqi problem deyil, onun siyasi problemləri mövcuddur: "Düşünürəm ki, Rüstəm İbrahimbəyovdan süni qəhrəman yaradılmamalıdır. Rüstəm İbrahimbəyov Azərbaycana gəlməli, prezidentliyə namizəd olmalı və seçkilərdə məğlub olmalıdır. Yoxsa onun ətrafında bu cür ajiotajın yaradılması, ondan süni qəhrəman düzəldilməsi ölkənin siyasi həyatına və siyasi imicinə ziyanlıdır".
Əliyev onu da əlavə edib ki, Rüstəm İbrahimbəyov siyasətdə zəifdir.
Partiya sədri vurğulayıb ki, siyasi təcrübəsinin zəifliyi ilə yanaşı, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi təşkilatın daxilində də kifayət qədər ixtilaflar var: "Onun real uğursuzluğu ölkəyə gələ bilməməyi ilə əlaqələndirilməməlidir. Mən hakimiyyəti çağırıram ki, Rüstəm İbrahimbəyova şərait yaratsın, qoy o gəlib namizədliyini irəli sürsün. Mən onu rəqib kimi qarşımda görmək istəyirəm. Ona verəcəyim suallar var, ondan tələb edəcəyim mövqelər var və ondan üzbəüz sorusacağam ki, niyə bu 20 il ərzində birdən-birə son iki ildə Azərbaycan xalqı onun yadına düşməyə başlayıb? Demokratiya, azadlıq, insan haqları kimi məfhumlar onun siyasi davranış leksikonuna daxil olub? Digər suallarım da var ona".
Bu xəbər oxucular tərəfindən 955 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed