Şrift:
Şəmsəddin Hacıyev: Elm haqqında qanun layihəsi oktyabrda Milli Məclisin müzakirəsinə çıxarılacaq
08.07.2013 [12:40] - Xəbərlər, Gündəm
Azərbaycan Milli Məclisinin bu ilin yaz və növbədənkənar sessiyasında təxirə düşən “Elm haqqında” qanun layihəsi sentyabrda parlamentin Elm və təhsil komitəsində müzakirəyə çıxarılacaq. Bunu mətbuata açıqlamasında komitə sədri Şəmsəddin Hacıyev bildirib.



O qeyd edib ki, sentyabrda komitənin iclasında müzakirəsindən sonra oktyabrda plenar iclasda müzakirəsi planlaşdırılır: “Maliyyə təminatı ilə bağlı bəzi məsələlər vardı, razılaşmışıq ki, bunu Maliyyə Nazirliyi ilə birgə oturub araşdırıb həll edək. Artıq qanunun müzakirəyə çıxarılması ilə bağlı faktiki olaraq heç bir problem yoxdur. Qanunun qəbulu geniş rezonans doğuracaq və bunun yeni təhsil ilinin başlanğıcında qəbulu ictimaiyyət üçün daha böyük əhəmiyyət kəsb edəcək”.
Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed