08.07.2013 [14:14] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda struktur dəyişikləri aparılıb, yeni şöbə və sektorlar yaradılıb.
Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli qeyd edib ki, institutun Elmi Şurasının iclasında mövcud boşluğu nəzərə alaraq “Azərbaycan mühacirət ədəbiyyatı” şöbəsinin yaradılması barədə qərar qəbul edilib. Onun sözlərinə görə, Azərbaycanın mühacirət ədəbi irsinin bir əsrdən çox tarixi var: “Amma bu istiqamətdə müəyyən araşdırmalar aparılsa da pərakəndədir. Sistemli, planlı, dərin əhatəli elmi araşdırmalara böyük ehtiyac var. Artıq şöbəyə təyinatlar olub və plan hazırlanır”.
İ.Həbibbəyli qeyd edib ki, elmi şuranın qərarına əsasən, Ədəbiyyat İnstitutunun “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin nəzdində Nizamişünaslıq sektorunun, “Orta əsrlər” şöbəsinin nəzdində isə Füzulişünaslıq sektorunun yaradılması barədə qərar qəbul edilib.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, akademiyanın Rəyasət Heyətində, prezident Akif Əlizadənin son aylarda həyata keçirdiyi islahatların yerlərdə elmi-tədqiqat institutlarına, kollektivlərə çatdırılmasına böyük ehtiyac var: “Çünki onlar akademiyada olan nizam-intizam proseslərindən tam da məlumatlı deyillər. Akademiyada əmək intizamının tənzimlənməsi sahəsində bəzi qayda-qanunların yaradılmasına ehtiyac var. Bundan əlavə, akademiyanın saytı tamamilə dəyişməlidir. Çünki sayt çoxdan yaradılıb və yalnız bir dildə fəaliyyət göstərir. Bu istiqamətdə də vəzifələr müəyyən edilib”.

Bu xəbər oxucular tərəfindən 891 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |