Şrift:
Daha bir azərbaycanlı xanım jurnalist Türkiyə vətəndaşı ilə ailə qurdu
08.07.2013 [15:03] - Gündəm, Mədəniyyət
Azərbaycanın tanınmış gənc yazarı Nigar İsfəndiyarqızı ilə Türkiyə vətəndaşı Uğur Kutalmış Polatın "Xudafərin" Şadlıq Sarayında toy mərasimi keçirilib.Toyda ölkənin tanınmış ziyalılarından Zəlimxan Yaqub, Sona Vəliyeva, Seyfəddin Əsəd, Xalidə Xalid və bir çox təşkilat rəhbərləri, tanınmış yazarlar və millət vəkilləri iştirak ediblər. Türkiyə səfirinin mədəniyyət müşaviri Seyit Ahmet Arslanın da qatıldığı toyda Türkiyənin bir neçə millət vəkilinin, o cümlədən Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının da təbrikləri səsləndirilib.

Milli və vətənpərvər ruhda təşkil olunmuş toyu “Abşeron” Musiqi Qrupu aparıb. Şəmistan Əlzamanlı, Novruz Novruzlu, Həlimət Sultan, Əlirza Amanbəylinin və bir çox tanınmış sənətçilərin, o cümlədən Almaniyadan gəlmiş Türk sənətçinin ifaları toyda daha da coşqu yaradıb.

Qeyd edək ki, "Azadinform" İnformasiya Agentliyinin əməkdaşı və "Kaspi" qəzetinin yazarı olan Nigar İsfəndiyarqızı ötən il ATV-də yayımlanan "Diqqət et!" verilişinin müəllifi, “Türk Hərəkatı” İctimai Birliyi sədrinin birinci müavinidir.

Türkiyə Ülkü Ocaqlarının tanınmış gənclərindən olan, Yalova Ülkü Ocaqlarının keçmiş sədri, Uğur Kutalmış Polat isə hazırda elmi fəaliyyətlə məşğul olur və elə toyu günü “Türk Hərəkatı” İctimai Birliyində sədr müavini vəzifəsinə təyin olunub.
Bu xəbər oxucular tərəfindən 1110 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed