Şrift:
Kolumbiya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir
09.07.2013 [10:55] - Xəbərlər, Gündəm
Xəbərə görə, bu barədə Kolumbiyanın xarici işlər naziri Mariya Angela Bakıda səfərdə olarkən jurnalistlərə açıqlamasında bildirib: "Biz ümid edirik ki, Azərbaycan tezliklə öz ərazi bütövlüyünün bərpasına nail olacaq".

Qeyd edək ki, xanım Mariya Angela bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət edib. Azərbaycana səfərinin məqsədləri barədə danışarkən Kolumbiya rəsmisi bildirib ki, səfərin məqsədi iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsini, hansı sahələrdə əməkdaşlığın mümkünlüyünü, neft və mədən sahəsində Kolumbiyaya investorların cəlb olunması və digər məsələləri müzakirə etməkdir: "Bu gün keçiriləcək görüşlər də bu məsələlər müzakirə olunacaq". Angela qeyd edib ki, Kolumbiya Azərbaycana daha yaxın olmaq istəyir.
Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed