18.11.2011 [13:28] - Gündəm
Bu gün səhər 08:15 radələrində Bakı Metropolitenində qatarlardan birində texniki nasazlıq yaranıb. Qatar “Nizami” stansiyasından “28 may” stansiyasına doğru hərəkət edərkən 10 dəqiqəyə yaxın tuneldə qalıb. Bakı Metropoliten əməkdaşlarının verdikləri məlumata görə, qatar tuneldə ilişib qalıb.
Qatarın tuneldə ilişib qalmasına səbəb yüksək gərginlik nəticəsində yaranan texniki nasazlıq olduğu bildirilir. Hadisə nəticəsində “Dərnəgül”-“Həzi Aslanov” stansiyaları istiqamətində qatarların hərəkətində yubanmalar müşahidə olunub. Hər bir stansiyanın platformalarında qatarlar təxminən 15 dəqiqəyə yaxın gözləyib. Bununla da, sərnişin stansiyada sərnişin sıxlığı müşahidə olunub.
Bakı Metropoliteninin mühəndisi Etibar İsayevin verdiyi məlumata görə, nasazlıq yaranmış qatar köməkçi qatar göndərildikdən sonra xəttdən çıxarılaraq depoya göndərilib. Qatar xətdən çıxarılarkən içərisindəki sərnişinlər başqa qatara köçürülüb.
“Hadisə səhər saatlarında baş verdiyindən sərnişin sıxlığı müşahidə olunub. Düzdür bir az panika yaşansa da, hadisə nəticəsində heç kim xəsarət almayıb. Artıq nasaz qatar depoya göndərilib və metroda qatarların hərəkəti bərpa olunub”, - deyə Etibar İsayev vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |