09.07.2013 [11:45] - DAVAMın yazıları
Ötən həftə Ermənistanın paytaxtı İrəvanda təəssübə səbəb olmayan hadisə baş verib. Moldova ombudsmanı Aureliya Qriqoriu Ermənistan Konstitusiya Məhkəməsinin keçirdiyi beynəlxalq konfransda çıxışında Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalıda azərbaycanlılara qarşı soyqırım törətməkdə günahlandırıb. Bu zaman sədarətdə oturan xanım ombudsmanın sözünü kəsərək, ondan çıxışını tez qurtarmasını istəyib. Zalda əyləşən ermənilər də Aureliya Qriqoriuya etirazlarını bildiriblər. Ancaq buna baxmayaraq Moldova ombudsmanı həqiqəti çəkinmədən söyləyib.
Ermənilər öz əxlaqlarını və həqiqətən də terrorçu olduqlarını nümayiş etdirərək xanım ombudsmanın çıxışından sonra sosial şəbəkələrdə onun ünvanına çoxsaylı təhdidlər yazıblar. Hətta ermənilər Moldovaya qayıtmaq istəyən xanım ombudsmanı nümayəndən heyətindən ayırıblar, yəni heyəti aeroporta aparan avtobusa mindirməyiblər. Məqsəd aydındır, Moldova ombudsmanının həyatına qəsd etmək, ən azından onu Azərbaycanın maraqlarına-daha doğrusu həqiqəti əks etdirən çıxışına-görə, cəzalandırmaq.
Xanım ombudsmanın ailəsinin şəxsi vəkili Dorian Pikeleu mətbuata bildirib ki, İrəvanda otellərin birində gizlənən Aureliya Qriqoriuyanın təhlükəsizliyinin təmin olunması üçün Moldova tərəfi diplomatik qaydada Rumıniya və Gürcüstanın Ermənistandakı səfirliklərinə müraciət edib. Onun sözlərinə görə, bu ölkələrin səfirliklərinin təmsilçilərinin köməkliyi ilə Aureliya Qriqoriu İrəvan hava limanına aparılıb və Ermənistanı tərk edib.
Bəli, Moldova ombudsmanı həyatını təhlükəyə ataraq İrəvanda həqiqəti söyləyib. Ermənilərin üzlərinə qarşı onlapın qaniçən olduqlapını, Xocalıda soyqıpım töpətdikləpini və işğal nəticəsində Azəpbaycanın 20 faiz toppaqlarına sahib olduqlarını bildirib.
Bip vaxtlap Azərbaycanın xalq yazıçısı adını daşıyan Əkrəm Əylisli isə, Azərbaycan xalqının ötən əsrin əvvəllərindən üzü bu yana yaşadıqlarını görməməzlikdən gələrək və erməni kimi düşünərək «Daş yuxular» əsərini yazdı.
Əkrəm Əylisli «Daş yuxular»da deyir: «Eçmiədzinə getmək, katalikosun xeyir-duası ilə xristianlığı qəbul etmək, orada ömrünün sonuna kimi rahib kimi qalmaq və Allaha dua edərək müsəlmanların ermənilərə qarşı etdikləri şər əməllərə görə əfv istəmək Saday Sadıqlının ürəyində Sumqayıt hadisələrindən sonrakı gecələrin birində baş qaldırmışdı», «İş belə olmuşdu: Əylisin erməni əhalisi öncədən duyuq düşməsin deyə Adif bəyin 30-40 türk adlısı səhər tezdən həm ermənilərin, həm də azərbaycanlıların evlərini gəzmişdilər və bəyan etmişdilər ki, bu gün barışıq olacaq və bunun üçün də hamı təcili olaraq hansısa bir erməninin həyətinə toplaşmalıdır. Camaat deyilən yerə toplaşdıqdan sonra türk əsgərləri müsəlmanları ermənilərdən ayırıb həyətin ayrı-ayrı köşələrində sıraya düzdülər. Birdən haradansa yüksək səslə «Atəş!» komandası verildi və həyəti hər tərəfdən əhatəyə alan türk əsgərləri ermənilərin üzərinə güllə yağdırdılar», «Səhərdən axşama qədər azadlıq, müstəqillik və Qarabağ haqqında şüarlar çığıran Uluruh Turanməkan ərə getməmiş qadınların əsəbi kütləsinin önündə gedərək küçələri dolaşırdı. İndi isə, axşama az qalmış Parapetin yaxınlığındakı erməni kilsəsinin qarşısında növbəti mitinqini təşkil etmişdi. Xalillullahın əlaltıları yarım saat olardı ki, kilsəni yandırmağa çalışırdılar. Ancaq kilsə yanmaq istəmirdi və bu vəziyyət şairin ətrafına toplaşmış qarımış qadınları özündən çıxarırdı».
Təzada baxın-bu gün ermənilər «Daş yuxular»ın müəllifini-Əkrəm Əylislini təqdir edir, əsərini çap edir və onun müdafiəsinə qalxırlar, ancaq Moldova ombudsmanından Azərbaycanla bağlı həqiqətləri eşitdikləri üçün onu öldürməyə belə hazırdırlar…
Arzu Şirinova

Bu xəbər oxucular tərəfindən 904 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |