09.07.2013 [12:20] - Mədəniyyət
Çağımızda elmi-texniki inkişaf səbəbindən əlyazma məsələsinə maraq azalsa da, ötən yüzillər üçün bu amil ciddi ulusal, dövləti əhəmiyyət daşıyır. Tanınmış araşdırmaçı Paşa Kərimov XVII əsr anadili Azərbaycan poeziyasına dair Əlyazmalar İnstitutunda saxlanılan materiallar haqqında danışır. O, bildirir ki, XVII əsr anadilli lirik poeziyamızın nümayəndələrindən yalnız Rəhməti Təbrizi və Qövsi Təbrizinin kiçik həcmli şeirlər toplusu AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanmaqdadır. XVI əsrin ikinci yarısı-XVII əsrin əvvəllərində yaşamış, h.1025-ci (m.1616) ildə Hindistanın Aqra şəhərində vəfat etmiş Rəhməti Təbrizinin 7-8 min beytdən ibarət divanı olduğu məlumdur: «Şairin Əlyazmalar İnstitutunda 2045 beytdən ibarət əlyazmalar toplusuna farsca şeirlərdən başqa Azərbaycanca yazılmış 25 qəzəl və bir rübai daxildir. Tədqiqatçı Ə.Bağırovun göstərdiyi kimi, burada onun yaradıcılığının istər erkən, istərsə də yetkin dövrlərini əhatə edən əsərlər var. Nüsxə XVII əsrdə köçürülüb. Bundan başqa şairin XX əsrdə köçürülmüş 25 şeiri saxlanılır. Dövrün qüdrətli şairi Qövsi Təbrizinin Azərbaycan türkcəsindəki müxtəsər divanı Əlyazmalar İnstitutunda mühafizə edilməkdədir. Bu şeirlər toplusu Füzuli divanı ilə bir cilddə kitab halında tərtib edilib. Qövsi şeirlərinin Füzuli divanı ilə bir əlyazmaya məcmu edilməsi təsadüfi deyil. Məlum olduğu kimi, orta əsr katibləri içərisində əlyazmaları mexaniki köçürməklə çoxlu səhvlərə yol verənlərlə yanaşı klassik şeirin gözəl biliciləri də vardı. Belə bir katib, şübhəsiz ki, Qövsinin böyük Füzuli şeirinə yaxınlığını, məhəbbətini, sədaqətini görməyə bilməzdi. Ümumiyyətlə, yaradıcılıqlarında yaxınlıq olan sənətkarların belə «müştərək» divanlarının tərtibi Şərqdə çox geniş təsadüf edilən hadisədir. Nümunə olaraq Azərbaycan MEA Əlyazmalar İnstitutunda saxlanan Nəvai və Füzulinin bir əlyazma kitabında toplanmış divanlarını göstərə bilərik. Qövsi Təbrizi divanının Bakı nüsxəsi 1834-cü ildə gözəl nəstəliq xətti ilə, qara mürəkkəblə filiqramlı Rusiya kağızına köçürülüb. Katib Əhməd bin Mahmud Şeyx Mahmuddur. Qəhvəyi rəngli meşin cildə tutulmuş bu nüsxədə cəmi 117 qəzəl var ki, bu da 918 beytdən ibarətdir. Bundan başqa, müxtəlif cünglərdə, məcmuələrdə XVII əsr anadilli poeziyamızın nümayəndələrinin şeirləri ilə rastlaşırıq».
Əlyazmalar İnstitutundakı cünglərdə XVII əsr anadilli şairlərimizdən daha çox Qövsi, Mövci və Səfinin şeirləri köçürülüb. Qövsinin şeirləri digərləri ilə müqayisədə əksəriyyəti təşkil edir. Adı çəkilən sənətkarların əsərlərini, tədqiq və nəşr edərkən cünglər də müəyyən rol oynaya bilər. Ümumiyyətlə, ədəbiyyat tarixinin tədqiqi zamanı cünglərdən istifadə edərkən diqqətli olmaq lazımdır. Məlum olduğu kimi, klassik ədəbiyyatda təxəllüsü eyni olan çoxsaylı şairlər var. Cünglərdə isə təxəllüsün məhz kimə məxsus olması barədə çox vaxt heç bir məlumat olmur. Bunu nəzərə almasaq, böyük qarışıqlıq baş verə bilər. Dəqiqlik naminə müəlliflərin cünglərdəki əsərləri ilə onların başqa mənbələrdəki, xüsusilə də divanlardakı şeirlərini müqayisə etmək lazımdır. Əgər cüngdəki şeir divanda da varsa, əsərin müəllifi barədə qəti söz deyə bilərik. Mərhum əlyazmaçı alimimiz F.Seyidov «Qövsi Təbrizinin əlyazmalarında olan şeirlərin vəzni» adlı məqaləsində Əlyazmalar İnstitutunda saxlanan B-1987 şifrli cüngdə şairin heca vəznində üç şeirinin olduğunu iddia edir. Bizim fikrimizcə, bu şeirlərin məhz XVII əsr şairi Qövsi Təbriziyə (cüngdə adı yalnız «Qövsi» kimi gedir) aid olduğunu sübut etmək lazımdır. Cüngdə qəzəlin bir beyti əksik olsa da, şeirin Qövsi Təbriziyə məxsusluğu şübhəsizdir. Əlyazmadakı tarix barədə qeyddən belə nəticəyə gəlmək olardı ki, əsərləri köçürülmüş Asəf Şirvani, Əbdürrəhman əfəndi Vaiz Şirvani, Zülami Molla Gülü Qarabaği, Katib Kazım, Kəsbi Ərəşi, Nabi əfəndi Şirvani, Rövnəqi, Səfi, Saleh, Zari Ərəşi və başqalarının Azərbaycan türkcəsindəki şeirləri ən geci XVII əsrdə yazılıb. Bizi ehtiyatlı olmağa vadar edən səbəblərdən biri F.Köçərlinin «Azərbaycan ədəbiyyatı» adı ilə çap edilən məşhur əsərində Vaiz əfəndi Şirvani, Nabi əfəndi Şirvani və Asəf Şirvaninin Nişat Şirvanidən sonra, yəni XVIII əsrdə yaşayan şairlər kimi təqdim etməsidir. Görkəmli ədəbiyyatşünas bu fikri iddia edərkən Ağaəli bəy Əfəndizadə adlı şəxsin məlumatına əsaslandığını qeyd edir. Lakin həmin siyahıya Nəsimi Şirvaninin də adının salınması təbii ki, bu fikrin dəqiqliyini şübhə altına alır. Əlyazmanı daha ətraflı nəzərdən keçirərkən görürük ki, burada osmanlı şairləri Baqi, Nabi əfəndi ilə adları çəkilən və çəkilməyən Şirvan şairlərinin əsərləri sayca üstünlük təşkil edir. XVII əsrdə yaşamış şairlərdən Qövsi, Mövci, Səfinin türkcə, Saib, Məczub, Mürtəzaqulu xanın farsca şeirləri də topluya daxil edilib. Əlyazmada buraya şeirləri daxil edilmiş bəzi şairlərin tərtib etdikləri maddeyi-tarixlər diqqətimizi cəlb edir. Haqqında danışdığımız cüngə ana dilində şeirləri daxil edilmiş Rövnəqi XVII əsrdə yazıb-yaratmış şairlərimizdəndir».
Uğur

Bu xəbər oxucular tərəfindən 1042 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |