09.07.2013 [12:39] - Müsahibə, DAVAMın yazıları
Vüqar Məmmədov: «Kamil insan onu cahilin idarə etməsinə razılaşmayacaq insandır»
«Bu gün döyüşçüyəm, sabah şairəm, biri gün musiqiçiyəm…»
Təmamilə fərqli insandır o… Mənəviyyat və elm onun ruhunda birləşib, əsərlərinə axıb. Xəttat, rəssam, musiqiçi, «uşu» üzrə məşqçi, döyüşçü və nəhayət kamil insan Vüqar Məmmədov.
…93-cü ildən bu yana bütün aidiyyatlı orqanlara müraciət etmişəm ki, çin döyüş sənətini tətbiq edək. Mənim xəttatlıq sənətim məhz bu döyüş sənəti ilə bağlıdır. Özüm bu sahədə Pekin Akademiyasının professorlarından dərs almışam. «Uşu»nun bir xüsusiyyəti var ki, o beyinə təsir edir, insan potensialını açır. İnsan beynini sakitləşdirir və bu zaman ordakı bütün çirkinliklər dibə yatır. Yalnız saflıq, təmizlik qalır. Gözlənilmədən insanın çox müxtəlif keyfiyyətləri üzə çıxır. Bu döyüş növünü öyrəndikdən sonra özümdə rəssamlıq, xəttatlıq, musiqi, həkimlik kimi xüsusiyyətlər aşkarladım. Çox istəyərdim ki, «Uşu» tədris proqramına salınsın. Azərbaycan insanının potensialı böyükdür, sadəcə açılmasına ehtiyac var. İndi işlədiyim qrafik işlər Çin sufiliyinin əasında qurulub. Bu İslamdan qabaqki dövrə aiddir. Belə bir təklif etmişdim ki, xəttatlıq, ədəbiyyat və memarlıq inkişaf etdirilsin. Məsələn, bu günkü Türkiyə bu üç sənətin üzərində durub.
- Həkim kimi də özünüzü sınamısınız?
- Bu qeyri-ənənəvi tibbdir. Sadəsə əlimdə bioenerji var, amma işlətmirəm. Onu da işlətməyəndə gücdən düşür.
- Qarabağ döyüşlərində iştirak etmisiz..
- 1992-93-cü illərdə Ordubad yüksəkliklərində döyüşlərdə olmuşam.
- Sənətinizdə müharibənin hər-hansı bir xətti keçirmi?
- Təbii ki, hər hansı bir təsir qoymamış deyil. Mənim iki yolum var idi — mədəniyyət və hərbi yol. Mən mənəvi döyüşü seçdim. 92-ci ildən «uşu» ilə məşğulam. Xəttatlıqla 97-ci ildən məşğulam. Gözümə görünəni çəkmişəm.
- Hecə görünüb ki, gözünüzə?
- Kənar adama onu anlamaq bir qədər çətindir. Şair yazacağı şeri necə görürsə, mən də elə görə bilirəm. Ola bilər bu həm də genetik yaddaşdır. Şeir də yazmışam. İki şeir üst-üstə gözümün qarşısına gəlib, mən onu sadəcə ayırmışam.
…Bir gün səhər namaz qılmağa durmuşam. İşıqlar keçmişdi. Kibriti çəkib dolabdan çırağı çıxartmaq istədim. Dolabı açdım və çırağın üstündə düşən kibrit işığında bir tablo gördüm. Sonradan onu kağız üzərinə köçürdüm. Əsərin biri belə yarandı….
- Əsərlərininzin sayı nə qədərdir?
- Qrafik işlər üzrə 24 işdir. Ağac üzərində 30-40 işdir. Kağız üzərində isə 100-ə yaxın iş var. Hardasa tamamlamadığım 40 işim də əlimdədir. Onları satmaq məqsədi ilə yaratmıram. Çox adam deyir ki, işlərini sat. Sata bilmirəm, satsam işim alınmaz. Amma hərdən beynəlxalq sərgilərdə kiməsə hədiyyə verirəm. Verdiyim hədiyyələr də müxtəlif ölkələrin muzeylərində saxlanılır. Hazırda işə çox zaman ayırmaq imkanım məhduddur. Musiqi məktəbində də çalışıram deyə, işimlə yaradıcılığı çatdırmıram.
- Hansı alətlərdə ifa edirsiniz?
- Tar, ney, ud… Uşunun insanda açdığı keyfiyyətin biri də budur ki, hansı sənətin qulpundan yapışmaq istəyirsənsə, onun 50 faizi artıq səndə var. Elə şey var ki, 80 faizi var. İnsan qısa müddətdə o sahədə 30-40 il təcrübəsi olmuş kəsdən daha üstün ola bilir. Bu döyüş sənəti qızlar üçün daha xeyirlidir. Burada plastik hərəkətlər var. Döyüş dedikdə təkcə kənardakı ilə döyüşmək nəzərdə tutulmur. İnsan öz-özü ilə də döyüşməyi bacarmalıdır. Həyat fəlsəfədir. Sən özünü tanıyırsan, bacarıqlarını qiymətləndirə bilirsənsə, qalibsən. Qətran Təbrizinin bir sözü var. Əvvəlcə öz qəlbinin açarını tap, sonra o açarla başqalarının qəlbini aça bilərsən.
- Xəttat kimi nə zamandan fəaliyyət göstərirsiniz?
- 1997-ci ildən… Xəttatlıq məndə birdən-birə başlayıb. Bu mənə ilahi tərəfindən verilmiş nemətdir. Hər insan xəttat ola bilmir. Bu şərəfli bir işdir. Mən modern xəttatam, həm də yaradıcılığıma bir az sufi fəlsəfəsi qarışıb.
- Bu gün yaradıcılığın hansı növü ilə məşğulsunuz?
- Bilmək olmaz mən kiməm. Bu gün döyüşçüyəm. Sabah şairəm, biri gün musiqiçiyəm. Hazırda fotosesiya hazırlayıram «ölüm və həyat». İstəyirəm hər mövzuda bir fəlsəfə olsun. Bu mövzu çox çətindir. Bir fotoda ölümlə həyatı tuta bilməlisən. Dayana bilmirəm. Hə isə axtarmağa çalışıram. Bu sessiya nə zaman bitəcək deyə bilmərəm. Mənə işin sonu deyil, prosesin özü maraqlıdır. İşləmək üçün Türkiyədə daha münbit şərait var. Hərdən ora köçmək istəyirəm.
- Konkret təkliflər olub?
- Yox, sadəcə orada bu sənətin sahibi olan dostlarım çoxdur. Yaşam üçün, insaniyyət üçün, ruhi aləmin zənginliyi üçün orada çox gözəl mühit var. Küçədə, ictimai nəqliyyətda aqressivlik yox, insanlar sakit. Bələdiyyə tərəfindən memarlıq, xəttatlıq, rəssamlıq, salfecio kimi kurslar təşkil edilir və orada istəyən kəslər iştirak edə bilir. Bu da insanların insan kimi formalaşması deməkdir. Bu çox gözəldir.
- İnsanlarımızda müşahidə olunan aqressiyanın səbəbi nədir?
- Bir çox məqamlarla bağlıdır. Aqressiya varsa, deməli, bir-birimizi sevmirik. Ailənin özündə də aqressiya var. Həzərə alsaq ki, ailə dövlətin təməlidir, əslində bu aqressivlik dövlətin özü üçün çox təhlükəlidir. Bunlar həm də sosial problemlərdən qaynaqlanır. Görünüşdə bizim cəmiyyətdə hər şey əladır. Amma bu yalnız görünüşdə belədir…
- Bəlkə sosial problemlər elə mənəviyyatda problemlərin olmasından qaynaqlanır?
- Razıyam..
- Bəs mənəvi problemləri necə həll etmək olar?
- Bunun bir yolu var. Tədris proqramını yeniləmək. Məsələn, ora İslamı bir elm kimi salmaq olar. Bu çox böyük bir fayda verər. Yəni İslamın elm kimi, olduğu kimi tədrisi hansısa radikal qruplara bu gün yaranan münbit şəraiti məhv edə bilər. İslam insanı mənəvi cəhətdən yüksəyə qaldırır. Kamil insan onu cahilin idarə etməsinə razılaşmayacaq insandır. İnsanı ruh idarə etməlidir. Beyin isə nəfsdir. Göz, ağız hamısı başda yerləşib. Ruh özü də qidalanmalıdır. Ona qida verməsən, ruh cılızlaşır, onda mənəviyyatdan söhbət gedə bilməz.
- Əsərləriniz bütövlükdə cəmiyyətə hansı mesajı verir?
- Məhəmməd Peyğəmbərdən bir hədis rəvayət edirlər; mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Əsərlərdə də o qapıya gedən simvollar işlənib. Qısa desək, cəmiyyətə mesaj budur: Qurtuluş elmdədir. Məsələn əsərlərimin içində bir lələk təsviri var. Qədim əfsanələrdəki Simurq quşu qaranlıq dünyadan işıqlı dünyaya çıxarır. Qaranlıq batin dünyadır. Şəkillərdə də lələk qaranlığın içində bir işıqla işlənib. Deyilənə görə, ilk batin elmlər Çində açılıb. Peyğəmbərin də bir sözü var; elm Çində də olsa, arxasınca gedin. Bu üstüörtülü bir mesajdır. Belə bir əfsanə var ki, Simurq quşu Çinin üzərindən keçəndə lələyinin biri ora düşüb. Anlayan, dərk edən adam üçün Quranda saniyəlik, günlük, dəqiqəlik, aylıq, illik, əsrlik mesaj var.
- Çox deyirlər ki, İslamda musiqi haramdır.
- Deyirlər… Donuz əti də İslamda haramdır, amma ac qalarsansa, tələbatını ödəyəcək qədər yemək olar. Hər şeyin öz nizam-intizamı var. Bir şəriət var, bir mərifət, bir təriqət var, bir həqiqət. Şəriət üçün haram olan digərləri üçün fərqlidir. Şəriət kütlə üçündür. Bu insanların arasında olan qaydalar toplusudur.
- Hansı beynəlxalq sərgidə olmusunuz?
- İndiyə kimi İranda, Türkiyədə, Əlcəzairdə təşkil edilən 10 beynəlxalq sərgidə olmuşam. Bu yaxınlarda Texas ştatındakı sərgiyə dəvət etmişdilər. İstambuldakı tədbirlə üst-üstə düşdüyünə görə, imtina etməli oldum. Azərbaycanda xəttat azdır, demək olar ki, yoxdur. Bir Şəmsəddin müəllimdir. Mən də oyma işlərini ondan öyrənmişəm, sonradan təkmilləşdirmə kursları keçmişəm. İslam ölkələrində də bu sahədə vəziyyət xoşagələn deyil. Yəni bir telefona çox baha qiymət sayanlar, bu sərgilərdə dəyərli bir əsərə pul ayırmaqdan qaçır. Ordubadda kitab mağazasında əlimə təsadüfən bir kitab keçdi. Hansı Azərbaycan xəttatının həyatını oxudum, məlum oldu ki, Hindistana sürgünə göndərilib və ya öldürülüb. Adətən yaradıcı insanlar fərqli olurlar. Onların daxilində üsyan dayanmır.
- Hədə çox çətinlik çəkirsiniz?
- Həmfikir tapmaqda. İkinci bir həmfikir qarşıma çıxmayıb.
- Sizin hansı fikirlərinizə həmfikir yoxdur?
- İnsanın bir yaşam tərzi var. Hər adam da ona uyğun gəlmir. Çox şükür ki, yanımda həyat yoldaşım var. Ruhu çox təmiz insandır. Bir çox hallarda o təmizliyi mən ondan öyrənirəm. Mənə çox köməyi dəyir.
- Çox az kişi qadından öyrəndiyini dilinə gətirir…
- Həyat yoldaşımın orta təhsili var, mən isə ali təhsil almışam. Amma bununla belə bir çox məsələlərdə o məni üstələyir.
- Hecə bilirsiniz, bəlkə bütövlükdə Azərbaycan kişilərinin qadınlardan öyrənəcəyi çox şey var..
- Razıyam. Bu gün Azərbaycan kişisinin mənəvi durumu mənə də xoş deyil. Qadının işi ana olduğuna görə, ağırdır. Ailəni, uşaqlarını qoruyan odur. Kişi odur ki, əxlaqsız qadını xanım etməyi bacarsın, əxlaqlı elə əxlaqlıdır.
- Musiqi qrupunuzun fəaliyyəti nə yerdədir?
- «Buta» musiqi qrupumuz var idi. Müxtəlif yerlərdə konsertlər verirdik. Əsasən Məhəmməd Fizuli, Yunus İmrə, Mövlanə Cəlaləddin Ruminin sözlərinə yazılmış mahnılar ifa edirdik. Məsələn, qızım gitarada çox gözəl ifa edir. Hərdən özüm də nəyi isə ondan öyrənməyə çalışıram. Amma bu işlərin hamısı bir arada çətindir mənimçün. Həm də nədənsə konsertlərə dəvət edənlər sonradan bundan çəkindilər.
Ülviyyə Tahirqızı

Bu xəbər oxucular tərəfindən 1414 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |