Şrift:
Gürcüstan baş nazirinin müşavirinin müsahibəsi
10.07.2013 [10:44] - Müsahibə, Borçalı
Gürcüstan baş nazirinin milli məsələlər üzrə müşaviri Savalan Mirzəyevdir.

-Savalan bəy, ilk öncə sizi Gürcüstan baş nazirinin milli məsələlər üzrə müşaviri təyin olunmağınız münasibətilə təbrik edirəm. Hazırda Gürcüstan hakimiyyətində soydaşlarımızın vəzifədə təmsil olunması hansı səviyyədədir?
-İlk öncə təbrikə görə, təşəkkürümü bildirirəm. Gürcütanda bir neçə nazirlikdə Azərbaycanlılar təmsil olunur və fəaliyyət göstərirlər. Bundan sonra da hansı millətin nümayəndəsindən aslı olmayaraq, dövlət peşəkar kadrların işlə təmin olunmasına böyük önəm verib və verəcək də. Gürcüstan demokratik və hüquqi dövlətdir. Buna uyğun siyasət aparılır.

-Gürcüstan hakimiyyətinin milli məsələlərlə bağlı siyasətini necə dəyərləndirirsiniz? Xüsusilə, soydaşlarımızla bağlı hansı addımların atılması gözlənilirmi?
-Gürcüstan dövlətinin milli azlıqlarla bağlı bir çox proqramı var. Yeni hakimiyyətin əsas məqsədlərindən biri odur ki, Gürcüstanda yaşayan milli azlıqların nümayəndələrinin tam şəkildə hüquqlarının qorunmasını təmin etmək, onları Gürcüstanın tam hüquqlu vətəndaş kimi hiss etmələrini təmin etməkdədir. Bu Gürcüstan hakimiyyətinin əsas prioritet(öncəlik)
xətlərindən biridir.
-Bəzi ekspertlər(karşünaslar) Gürcüstan-Azərbaycan əlaqələrinin zəifləyəcəyini qeyd edirlər. Bu fikirlər nə qədər reallığı əks etdirir?

-Gürcüstan-Azərbaycan münasibətlərinin zəifləyəcəyini mən görmürəm. Əksinə bir necə istiqamətdə yüksək səviyyəli əməkdaşlıqlar davam etdirilir. Ölkənin baş naziri cənab İvanişvili bir necə dəfə öz çıxışlarında Azərbaycanın Gürcüstan üçün önəmli strateji dövlət olduğunu vurğulayıb. Gələcəkdə də münasibətlərin daha da inkişaf etdirilməsi üçün lazımi tədbirlərin görüləcəyini bildirib.

-Gürcüstan-Rusiya əlaqələrində hansısa bir yaxınlaşma gözlənilirmi?
-Rusiya bağlı əlaqələrin bərpa olunması istiqamətində Gürcüstan baş nazirinin səlahiyyətli nümayəndəsi fəaliyyət göstərir. Artıq,yüksək səviyyədə bir neçə dəfə görüşlər keçirilib. Baş nazirin nümayəndəsi və rusiya nümayəndəsi arasında,bu cür görüşlər çox önəmlidir. Ümid edirəm ki,bu cür görüşlər yaxşı nəticələr verəcək.


Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1194 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed