10.07.2013 [10:52] - Gündəm, Mədəniyyət
Azərbaycanlı dünya şöhrətli alim Lütfi Zadə daha bir beynəlxalq müdakafata layiq görülüb.
İspaniyanın BBVA fondunun təsis etdiyi mükafatlar paytaxt Madriddə yeni sahiblərinə təqdim olunub. İnformasiya və telekommunikasiya texnologiyası sahəsində fəxri adı 91 yaşlı alim Lütfi Zadə qazanıb.
Fonddan verilə açıqlamada bildirilir ki, Lütfi Zadənin kəşf etdiyi qeyri-səlis məntiq nəzəriyyəsi dünyada texnologiyanın inkişafında yeni bir cığır açıb. Son yarım əsrdir, ABŞ (Amerika Birləşmiş Ştatları) və Yaponiya kimi texnologiyanın ən çox inkişaf etdiyi ölkələrdə qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan patentlərin (ixtraların səbti) sayı 50 mini ötüb. Məhz qeyri-səlis məntiq nəzəriyyəsi ilə klassik məntiqlə real dünya arasında körpü yaratmaq mümkündür.
Bu uğurlu kəşfinə görə Lütfi Zadə 400 min avroluq mükafata da sahib olub. Təqdimetmə mərasimində çıxış edən Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin hələ bundan sonra da çox işə yarayacağından əmin olduğunu bildirib.

Bu xəbər oxucular tərəfindən 1002 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |