11.07.2013 [10:11] - Gündəm, Sosial
Rüşvətxorluq ermənilər üçün həyat tərzinə çevrilib
Transparency İnternational (Tİ) 2013-cü il Qlobal Korrupsiya Barometri sorğusu iştirakçılarının təxminən yarısı son iki ildə Ermənistanda korrupsiya səviyyəsinin artdığını bildirib və yalnız onların beşdə biri əks fikirdədir.BBC-in verdiyi məlumata görə, sorğuda Ermənistan əhalisi korrupsiyanın daha çox məhkəmə sistemində, səhiyyə sahəsində və dövlət məmurları arasında yayıldığını bildiriblər.
Korrupsiyanın ən yüksək səviyyəsi 5 balla bərabər olan cədvəl üzrə, bu sahələrdə korrupsiya səviyyəsinə 4 xal verilib. Korrupsiyalaşma göstəricisinə görə, bu sahələrdən polis bir qədər “geri qalır”, polisdə korrupsiya səviyyəsinə 3,9 xal verilib.
“Vəzifə borcları korrupsiya ilə mübarizə olan polis və məhkəmə sistemlərinin korrupsiyalaşma baxımından liderliyi narahatlıq doğurur”, - sorğunun nəticələrini təqdim edən Tİ mərkəzin icraçı direktoru Varujan Oktanyan deyib.
Sorğuda iştirak edənlərin 69 faizi korrupsiya səviyyəsinin məhkəmə sistemində son dərəcə yüksək olduğu fikrindədir, 66 faizi isə bu göstərici üzrə “liderliyi” polisə verib.
Oktanyanın sözlərinə görə, narahatlığa əsas verən daha bir hal da odur ki, 107 ölkədə keçirilən Qlobal Korrupsiya Barometri sorğusuna əsasən, respondentlərin 90 faizi korrupsiya ilə mübarizəyə cəlb olunmağa hazır olduğunu bildiribsə, Ermənistanda sorğu iştirakçılarının yalnız 43 faizi buna hazır olduğunu bildirib və bu göstərici üzrə Ermənistan ən axırıncı yerdədir.
Daha bir maraqlı hal Ermənistan vətəndaşlarının korrupsiya hallarına dair laqeydliyidir. Respondentlərin yalnız 33 faizi şahidi olduqları rüşvət vermə halları haqqında məlumat verməyə hazır olduğunu bildirib. Eyni zamanda sorğuya cəlb olunanların 82 faizi Ermənistanda korrupsiyanı ciddi və çox ciddi problem hesab edir.
Lakin respondentlərin yarısından çoxunun ölkədə korrupsiyaya qarşı aparılan mübarizəyə münasibətini naümidlik kimi səciyyələndirmək olar. Onların 54 faizi Ermənistanda korrupsiya səviyyəsinin artdığını bildirib, 53 faizi hakimiyyətin korrupsiyaya qarşı mübarizəsini səmərəsiz hesab edir.
Ötən illə müqayisədə, ölkə rəhbərliyinin korrupsiya ilə mübarizə istiqamətində səylərinin səmimiliyinə inananların sayı azalıb: ötən il nikbinlər 27 faiz təşkil edirdisə, bu il bu, 21 faizdir.
Ermənistanda Qlobal Korrupsiya Barometri sorğusunda 1068 vətəndaş iştirak edib.

Bu xəbər oxucular tərəfindən 884 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |