11.07.2013 [10:16] - Gündəm, Siyasət
2010-cu ildən 2012-ci ilədək ölkəyə 300 milyon dollar vəsait ayrılıb
Rusiya 2013-ci ilin sonuna qədər Abxaziyaya 30 milyondan artıq vəsait ayıracaq.Bunu özünü respublika elan etmiş Abxaziyaya səfəri zamanı Şimali Qafqaz Federal Dairəsində Rusiya prezidentinin səlahiyyətli nümayəndəisi Aleksandr Xloponin bəyan edib.
Abxaziyanın sosial-iqtisadi inkişafı kompleks planına əsasən 2010-cu ildən 2012-ci ilədək ölkəyə 300 milyon dollar vəsait ayrılıb. 2005-ci ildən isə göstərilmiş yardımın həcmi 500 milyon dolları keçib.
Abxaziya rəhbərliyilə görüş zamanı Aleksandr Xloponin Rusiyanın Abxaziyanı dəstəkləməkdə davam edəcəyini ifadə edib. Öz növbəsində, Abxaziya prezidenti Aleksandr Ankvab qeyd edib ki, Rusiya tərəfindən vəsaitlərin xərclənməsi respublika rəhbərliyinin nəzarəti alındadır.
Abxaziyanın müstəqilliyi 2008-ci ildə Gürcüstanla hərbi münaqişədən sonra Rusiya tərəfindən tanınıb.
Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri kəsərək, Abxaziya ilə Cənubi Osetiyanı işğal olunmuş ərazilər olduğunu elan edib.
Abxaziya Respublikasını yalnız Nikaraqua, Venesuella və Nauru dövlətləri tanıyıb. Gürcüstan isə Rusiya ilə diplomatik münasibətlərini Moskva Gürcüstanı "suveren hüdudlarında” tanımayana qədər bərpa etməyəcəyini bildirib.
Rusiya rəhbərliyi, öz növbəsində, dəfələrlə vurğulayıb kı, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq qərarına yenidən baxmaq fikri yoxdur.

Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |