Şrift:
Şərq müdrikliyi
21.09.2011 [15:13] - Sağlıq
Əcdadlarımız müasir insanların adət etdikləri həcmdə yemirdilər (ağ çörək, şəkər, kulinariya yağları və əvvəlcədən hazırlanmış ərzaqlar). Onların qidası sadə və kobud idi – yağlar az və zülallar normal həcmdə idi. Məhz bu cür qida orqanizmə fayda verir – təzə və sadə hazırlanmış ərzaqlar. Təbii halına yaxınlığı qoruyub saxlamaq qaydası indiyə qədər yapon mətbəxində mövcuddur.
Çin mətbəxində də canlı ərzaqlardan xüsusi məşhurluqla istifadə edilir. Bu gün Çin təbabətinin köməyilə, hətta «sağalmayan» xəstələr – maddələr mübadiləsinin pozğunluğundan və onkoloji xəstəliklərdən əziyyət çəkənlər müalicə olunur. Belə xəstələrin qida rasionunda rafinə edilmiş ərzaqlar və şirniyyat üstünlük təşkil edirsə də, canlı ərzaqların kifayət həcmdə qəbulu nəticəsində onların vəziyyəti yaxşılaşır, yəni yəni enerji balansı bərpa olunur.
Ənənəvi Çin fəlsəfəsinə görə, bizim orqanizmimizdə in-yan harmoniyası olmalıdır və bir çox xəstəliklər bu balans pozğunluğundan yaranır. Balansı bərpa etmək və istifadə edilmiş enerjini qaytarmaq üçün lazımi ərzaqlar qəbul olunmalıdır. Yan ərzaqlarına qoz, pəhriz yağı, qarabaşaq, itn ərzaqlarına çörək, bal, kartof, yerkökü, bir çox şirin meyvələr, dənli bitkilər aiddir. Yan ərzaqlarının tərkibində toxumları yığan natrium duzları, in ərzaqlarında isə onları genişləndirən, boşaldan kalium duzları var.
Bu xəbər oxucular tərəfindən 2158 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed