11.07.2013 [13:27] - Gündəm, Siyasət
"Gəlin dəyərli namizədi təbliğ edək"
“Bəziləri ölkədə yaxşı nə varsa, öz adına çıxmağa, pis olanları isə dövlətin üzərinə atmağa vərdiş ediblər. Bəzən hakimiyyəti tənqid etmək əvəzinə, dövləti tənqid edirlər, hakimiyyətə qarşı mübariz aparmaq fonunda dövlətin əleyhinə fəaliyyət göstərirlər”. Bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Jurnalistlərinin VI qurultayında çıxışında deyib.
Ə.Həsənov “Azadlıq” qəzetinin ünvanına bəzi fikrilər səsləndirib: “Məlumdur ki, “Azadlıq” qəzeti hakimiyyətə opponent partiyalardan birinin orqanıdır. Amma “Azadlıq” qəzeti fəaliyyətə bir partiyanın orqanı kimi başlamayıb. Bu qəzet Azərbaycanın müstəqilliyi dövründən fəaliyyətə başlamış, insanların həddindən artıq dövlət və dövlətçilik ilə bağlı gözləntiləri olan bir orqandır. Dünyanın hansı ölkəsində Azərbaycan dövləti və dövlətçiliyinə qarşı nə yazılırsa, dərhal bugünkü iqtidarı vurmaq anlamında bu qəzetin səhifələrində tirajlanır, yaxşı şeylər bir qədər də silinərək təhrif olunur. Bunu dəfələrlə sübut etmişik.
Azərbaycanda vaxtilə fəaliyyət göstərmiş diplomatlar olub. Onların hamısı əlbəttə ki, diplomat deyil. Onlar içərisində xüsusi xidmət orqanlarının nümayəndələri, ayrı-ayrı məqsədlərlə Azərbaycana gələn insanlar da var. Onlardan bəziləri diplomatik missiyasını başa vurandan, yaxud hansısa səbəblərdən yarımçıq uzaqlaşdırıldıqdan sonra hüquq-müdafiə təşkilatlarının üzvü kimi fəaliyyətlərini davam etdirirlər. Onların bir-ikisi sizə də bəllidir, “Azadlıq” qəzetinin səhifələrində həmin adamların yazısı gedir. Həmin adamların anti-Azərbaycan fəaliyyəti olduğu kimi, bir az da şişirdilərək qəzetlərimizin səhifəsinə daşınır. Bu proses iqtidarı vurmaq məqsədilə həyata keçirilir. İqtidar bu gün var, sabah yoxdur, hər birimiz yerimizi dəyişə bilərik, amma bu dövlət bizimdir. Jurnalistin ilk vəzifəsi insanları məlumatla təmin etməkdir. Amma jurnalist eyni zamanda bir ölkənin vətəndaşı, sosial təbəqinin nümayəndəsidir.
Məgər biz peşəmizi milli dəyərlərimizdən üstünmü tutmalıyıq? Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasında hakimiyyətlə dövlətin maraqlarını ayırd etməyənlər var. Bunu nəticəsi olaraq erməni mətbuatı bizim qəzetlərin yazılarını sadəcə tərcümə edərək dünyaya yayır. “Freedom House”da, digər təşkilatlarda olan bəzi adamlar Azərbaycandan qisas alır. “Human Rights Watch”da olan Rebekka Vinset gündə “Əl-cəzirə” telekanalında danışır. Vaxtilə ABŞ səfirliyində işləmiş, sonradan oradan uzaqlaşdırılan bir xanımdır. Nədənsə o, bütün fəaliyyətini Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qurub. “Eurovision” mahnı müsabiqəsi zamanı İsveçrədə həmin xanəm bir toplantı təşkil etmiş, bildirmişdi ki, Bakıda keçirilən bu mahnı müsabiqəsi ləğv edilməlidir və Azərbaycan xalqı belə bir tədbir keçirməyə layiq və qadir deyil. Buradan bir qrup mətbuat nümayndəsi ilə birlik də İsveçrəyə getdim və o qadına bildirdim ki, sənin ölkənin mən səviyyəli hansı məmuru dünya mediası qarşısında belə açıq şəkildə dialoq aparır? Yoxdur belə nümunə. Qadın mənə dedi ki, Azərbaycan dövlətinə qarşı müharibə elan edib və bu mübarizəni sona qədər davam etdirəcək. Mən ona bildirdim ki, atdığın addımların cavabını alacaqsan. Azərbaycan dövləti yalnız öz xalqının qarşısında öhdəlik daşıyır”.
Ə.Həsənov dövlətin jurnalistikadan gözləntisini də açıqlayıb: “Hökuməti tənqid edin, icra strukturlarından yazın, məmurların fəaliyyətini tənqid edin. Dəfələrlə ölkə prezidenti məmurları müxalifət mətbuatından da sərt tənqid edib. Amma bir az vətənpərvərlik hissnizi, məsuliyyətinizi unutmayın. İlham Əliyevin ortaya qoyduğu, istinad etdiyi dövlət maraqlarıdır. Ona görə də, Azərbaycan jurnalistlərinə hörmət və ehtiramımızı ishar edirik. Əlbəttə bizim də səhvlərimiz var. Azərbaycan mediasına bu qədər müsbət yanaşan ikinci hakimiyyət görməmişik. Bizi əvəz etməyə çalışanların da açıqlamasında bunun daha yaxşı olacağına inanmıram. Hakimiyyətə iddialı olanlar fərqli düşünənlərin ağzından vuracağını söyləyirlər. Özü vuracaq və cəriməsini də özü verəcək deyir. Xüsusilə də bu iqtidarı müdafiə edənlərin azğından vuracağını və məsuliyyətini də daşıyacağını söyləyir. Ağızdan vurmağa görə məsuliyyət isə min manat cərimədir. Deməli, sillələr vuracaq, cəriməni də büdcədən götürüb ödəyəcək. Belə bir adama isə bəzi qəzetlər dəstək verir.
Gəlin dəyərli namizədi təbliğ edək. Öz hisslərini idarə edə bilməyən, qisasçılıq zəminində hakimiyyətə can atan, üç il əvvəl dediklərini danan, indi tamam başqa mövqedə olan adamdan nə gözləmək olar? Bu dəyişikliyin səbəbini də hamı bilir. Təsəvvür edin, 20 ildir Azərbaycan müxalifəti hakimiyyətə gəlmək istəyir, bunu gözləyir, amma yerini bir günün içərisində başqasına verir. Belə müxalifətçilik olar? Əlbəttə, onlar öz yerlərini kimə verəcəklərini özləri müəyyənləşdirirlər. Lakin müxalifət hakimiyyət uğrunda mübarizəsini dayandırdığı gün istefa verməlidir. “Gözləyək, kimsə gəlib bu hakimiyyəti bizə versin, sonra özümüz paylaşarıq, kim gəlir məqbuldur” prinsipi - budur onların missiyası...”

Bu xəbər oxucular tərəfindən 769 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |