Şrift:
Hal-hazırkı durumda Azərbaycanın siyasi analizi və böhrandan çıxış yolları haqında tezistlər
12.07.2013 [11:25] - Siyasət, DAVAMın yazıları
Qarşıdan gələn prezident seçkisi ilə əlaqədar ölkədaxili və ölkəxarici siyasi qüvvələrin mübarizə fəallığı artmaqda davam edir. Əsasən müxalif qütbüdə olanlar mətbuat informasiya və sosial şəbəkədə hakimiyyətə münasibətlərini açıq şəkildə bildirirlər. Müxalifət tərəfdən keçmiş hakimiyyətdə olanlarla-sabiqlərlə bərabər yeni bir siyasilər olan narazılar da meydana atılmışlar. İndi baxaq görək sabiqlər kimlərdir, onlar hakimiyyətə gələrsə, və ya narazılar hakimiyyətə gələrsə, xalqa nə verə biləlrlər?
Sabiqlərin öndə gedənləri İsa Qəmbər və Əli Kərimli olmaqla Xalq Cəbhəsi hakimiyyəti dövründə ali məmur kürsüsünə qalxmış siyasətçilərdir. Birisi Ali Məclisin sədri, digəri isə dövlət müşaviri vəzifələrini bir illik hakimiyyət müddətində icra etmişlər. Hər ikisinin məmur fəaliyyəti dövrü ziddiyyətli məqamlarla xatırlanır. Hər iki lider hələ hakimiyyət kürsüsünə qalxmazdan əvvəl meydan, mətbuat, elektron informasiya vasitələrində siyasi platformalarını bəyan etməklə dövlət və xalqın mənafeinə xidmət edəcək dəyərli tezislər irəli sürürdülər, konstruktiv fikirlər söyləyirdilər... Əfsuslar olsun ki, onlar verdikləri siyasi vədləri doğrulda bilmədilər. Məmur fəaliyyətləri dövründə başqa istiqamətlərə yuvarlandılar... Bu haqda uzuz-uzadı diskusiya açmağa ehtiyac yoxdur, çünki dəfələrlə mətbuatda və elektron informasiya vasitələrində yazılar getmiş, açıqlamalar söylənilmiş, araşdırmalar aparılmışdır: artıq xalqa bütün həqiqətlər məlumdur... İstər İsa bəy, istərsə də Əli bəy yenidən hakimiyyət idarəçiliyində yer tutarsa, yenə də əvvəlki siyasi təfəkkürdən irəli gedə bilməyəcəklər. Digər tərəfdən onları əhatə edən sosial baza da birləşdirici qüvvələrdən çox ambisiyalı klanlar, iqtisadi maraqlar təfəkkürlü dəstələrdən ibarətdir. Belə bir sosial baza İsa bəy və Əli bəyə ümümixalq mənafei üçün hərəkət etmələrinə imkan verməz...
Narazıların öndə gedəni Rüstəm İbrahimbəyovdur. O, demək olar ki, bir ildən bir qədər çox olmaqla siyasi mübarizəyə önəm vermiş yaradıcı ziyalıdır. Rüstəm bəy demokratik dəyərlər və ədalətli idarəçilik tərəfdarı olmaqla sosial bərabərsizliyə, məmur özbaşınılığına, regionçuluğa qarşı barışmaz mövqeyini bəyan edərək mövcud hakimiyyətin dəyişməsini ortaya qoyur: Eyni zamanda, müxalifət qütbündən prezidentliyə vahid namizəd mövqeyi əldə etmişdir. Rüstəm bəyin güvəndiyi sosial baza hal-hazırkı müxalif qüvvələrlə bərabər hakimiyyət dəyişməsində həmrəy olan böyük ziyalı dəstəsidir. Bu ziyalılar o şəxslərdir ki, yüz əlli, iki yüz manat məvacib alan müəllimlər, həkimlər, mühəndislər və işsiz qalan çoxsaylı ziyalı gənclər, “qul bazarında” bir gün iş tapan, üç gün işsiz qalan yaşamaq üçün sürünənlər, yüz-yüz əlli manat pensiya alan qocalar və s. ehtiyac içində çabalayan insanlardır. Narazılar belə hesab edirlər ki, əgər hakimiyyət dəyişərsə, hakimiyyətə gələcək yeni məmur komandası ədaləti bərqərar edəcək, sosial bərabərsizlik və işsizlik aradan götürüləcək, əsasən xalqı çökdürən rüşvətxorluğun kökü kəsiləcək...
Xalq içərisində belə şaiələr də səslənməkdədir ki, narazılar içərisindən hakimyyət kürsüsünə qalxacaq məmurlar Qərbi azərbaycanlıları və naxçıvanlıları təqib edəcəklər...
Bəzi araqarışdıranlar inkaredilməz bir həqiqəti unudurlar: müasir durumda Azərbaycan xalqının şəcərəsi bütün bölgələrin bir-biri ilə yaxın qan və süd qohumluğundan ibarətdir. Azərbaycan hakimiyyətində hal-hazırkı durumda bütün bölgələrin nümayəndələri təmsil olunur. Beləliklə, söz yox ki, bütün bölgə və etnoslar içərisində qohumluq əlaqəsi olmayan elə bir nazir, yuxarı idarəçilik idarəsi rəhbəri tapılması mümkün deyil. Azərbaycan xalqı üçün bunlar önəmlidir ki, hansı bölgədən olursa-olsun, dövlət işçiləri qanunun aliliyini həyata keçirə bilsinlər və dövlətin ali məmuru da qanunu pozan məmurlar barəsində vaxtında kəskin tədbir görsün.
Əsas məsələ Rüstəm İbrahimbəyovun siyasi platformasının hansı məzmunda olmasından və iqtisadi münasibətləri necə ortaya qoymasından ibarətdir. Siyasi partiyaların çoxsaylılığı hakimiyyətə gələcək siyasidən tolerant yanaşma tələb edir. Həmin siyasi platforma da hələlik məlum olmadığından, və ya varsa, müəyyən boşluqdan istifadə edən qüvvələr özlərinin missiyalarına uyğun şaiələr buraxırlar. Belə məqsədyönlü uydurma şaiələr də Azərbaycan xalqına düşmən qüvvələrin (əgər narazılar hakimiyyətə gəglərsə) gələcəkdə qarşıdurmalar, iğtişaşlar və s. təxribatlar törədilməsinə yönəlməsi deməkdir...
İndiki durumda Azərbaycanda yeni bir milli ictimai-siyasi təfəkkür formalaşmışdır: bu siyasi təfəkkür Milli Dirçəliş Hərakat Partiyası olaraq bütöv Azərbaycan mənafeyini özündə əks etdirən departamentlər (Qərbi Azərbaycan, Qarabağ, Borçalı, Güney Azərbaycan) birliyindən ibarətdir. MDHP Azərbaycanda tolerantlığı saxlaya biləcək yeganə siyasi qurumdur. Patiyanın ideoloji fəaliyyət proqramının nəzəri əasları Fərəc bəy tərəfindən qarşıya qoyulmuş və partiya siyasiləri tərəfindən işlənib hazırlanmaqla qəbul edilmişdir. Fərəc bəy hal-hazırkı durumda siyasi dünyagörüşünə və fəaliyyətinə rəğmən dünya azərbaycanlılarının milli lideri səviyyəsinə yüksəlmişdir.
Milli lider o şəxslər olur ki, o fəaliyyət və ideyasında milli keyfiyyətləri göstərə bilir. Azərbaycan tarixində milli müstəqillik və dövlətçilik ideyalarına önəm verib bu amal uğurunda mübarizə aparanlar sırasında Əbülfəz Elçibəydən sonra Fərəc Ulusoy hal-hazırkı durumda milli ideya və dövlətçilik təfəkkürünə malik, eyni zamanda bu yolda kəskin mübarizə aparan xalqın tanıdığı şəxsiyyətdir: yəni milli liderdir. Siyasi dünyagörüşü və metodoloji yanaşma baxımından beynəlxalq aləmdə müasir münasibətlər sistemində Azərbaycan dövlətinin yeri və səmərəli fəaliyyət yollarını Fərəc bəy yazdığı fəlsəfi əsərlərində məntiqi ardıcıllıqla şərh edir və düzgün istiqamət verir. “Sərhəd hərəkatı”, “Soyuğun fəthi” kimi xalq dilində danışılan dastanlar onun özünün və xalqın mübarizə tarixində şanlı səhifələrdir. Bəli, Fərəc bəyin keçdiyi ömür yolu gərgin mübarizələrdən, olum-ölümlə qalibiyyətdən keçən özünün və xalqın qürurlu tarixi və zamanıdır! Fərəc bəy ilk olaraq sərhəd məfillərini sökən, imperiyanın “Soyuq” hərbi bazasını qarlı zirvədə iyirmi beş alp igidlə həyatlarını hər dəqiqə ölüm gözləyən təhlükə iıə üzbəüz olaraq ələ keçirən Xalq Qəhrəmanıdır. Fərəc bəyin vətən sevgisi, Türk anlamı ilə bağlı, xalqına olan sədaqət və məhəbbəti bu yaşadığımız tarixin təkzib olunmaz həqiqətləridir... Qeyd edək ki, “Soyuq” hərbi bazası düşmənlər tərəfindən tutulmuş olsaydı, indi Naxçıvan da işğal olunmuş ərazilərdən biri idi...
Fərəc bəy haqqında qısa arayış verməkdə məqsədim onun indiki durumda Azərbaycan hakimiyyətini idarə edəcək siyasi lider kimi yetişdiyinə önəm verməkdir. Qeyd etdiyim kimi, onun ətrafında Azərbaycan xalqının bütün bölgələrini əhatə edən sosial baza var və bu siyasi durum tolerantlığı saxlaya biləcək yeganə gücdür.
Bir qədər də mövcud hakimiyyətin real vəziyyəti haqqında: Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev yüsək intellektli, üç dildə: Türk, Rus, İngilis dillərində natiqlik qabiliyyətinə malik bir şəxsiyyətdir. Onun, çıxışlarında vərəq üzərindən oxumaqdan istifadə etməməsi güclü yaddaş və zəka sahibi olmasını təsdiq edir. Fəqət xalq arasında belə bir fikir formalaşmışdır ki, Azərbaycan Prezidentini əhatə edən hakimiyyət məmurları onu izole etmişlər və verdiyi göstərişlər, fərmanlar, qərarların yuxarıdan aşağı şüalanma istiqaməti əyilərək yuxarı məmurların ciblərinə xidmət edir. Prezidentin mənsub olduğu ideoloji qurum YAP funksionerlərinin olduqca zəif fəaliyyətləri nəticəsində xalqla dövlət başçısı arasında böyük narazılıqlar yaranmışdır. YAP idarəçiliyinin yüksək pillələrində mövqe tutmuş siyasilər şablon çıxışlar etməklə, dövlət daxilində gedən məmur özbaşınalığına, rüşvətxorluğa qarşı loyal yanaşmaqla hakim partiya kimi liberal mövqe numayiş etdirirlər. Məlum olduğu kimi, Hər bir vəzifəli dövlət məmuru YAP üzvüdür. Hələ bir dəfə də olsun, rüşvətxor, bürokrat, səhlənkar məmur barəsində YAP funksionerləri bir açıqlama verməmişlər, nə də şikayətlər əsasında tədbir görməmişlər. Bu cür istənilən qədər əyər-əksiklər haqqında dəlillər söyləmək olar... Nə isə, reallıq ondan ibarətdir ki, hakimiyyətin dövlətin idarə edilməsi və sosial-iqtisadi inkişaf, maddi rifah haqqındakı fəaliyyəti nə qədər şişirdilsə də, mədhiyyəli politnağıllar söylənilsə də, yuxarı vəzifəlilər “super” rifahda, sadə insanlar isə ehtiyaclar içində çabalamaqdadır. Azərbaycan Respublikasının Prezidentinin xalq üçün faydalı işləməsinə yardım etmək istəyən insanlar əzilir, onu şişirtmə mədh edənlər isə daim qabağa çəkilir. Bu vəziyyət isə dövlət başçısı ilə xalq arasında artıq narazılıqlar yaratmışdır...
Azərbaycanın idarəçilik böhranından qurtarması üçün prezidentin öz təşəbbüsü ilə baş nazir Fərəc bəy olarsa, Azərbaycanda bir il ərzində ictimai-siyasi, sosial-mədəni, elm-maarif, daxili-xarici siyasət sahəsində böyük dönüş olar. Ölkədə ədalət bərpa olar və Azərbaycan hər sahədə güclü inkişaf yoluna keçər...
İlham Əliyev və Fərəc Quliyev siyasi birliyi Azərbaycanı böhrandan qurtaracaq yeganə zəka və şəxsiyyət ittifaqıdır.


Niftalı Göyçəli
Müəliflə əlaqə: 055 850 78 64
Bu xəbər oxucular tərəfindən 1624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed