12.07.2013 [12:03] - Siyasət
Riçard Kirakosyan: "2008-ci ilin avqust ayındakı kimi gözlənilməz müharibə təhlükəsi var"
Rusiya Cənubi Qafqazda öz hakimiyyətini və təsirini artırmaq üçün Qarabağ münaqişəsindən və artan gərginlikdən istifadə edir.Bu barədə bu gün İrəvanda Ermənistanın Avropa dostları tərəfindən keçirilmiş "Avropanın qaçılması mümkün olan növbəti müharibəsi: Dağlıq Qarabağ" mövzusunda müzakirələrdə Ermənistan Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Kirakosyan bildirib.
Azərbaycanın hərbi sahədə gündən günə güclənməsində narahatlıq bildirən erməni ekspert bunun Ermənistan ordusu üçün fəlakətli nəticələr gətirə biləcəyini də gizlətməyib: "Azərbaycan tərəfindən müharibənin yenidən başlanılacağından deyil, 2008-ci ilin avqust ayındakı kimi gözlənilməz müharibədən qorxmaq lızımdır", - deyə o vurğulayıb.
Riçard Kirakosyan Rusiyanın yaranmış durumdan öz xeyrinə yararlandığını da bildirib: "Rusiya Cənubi Qafqazın əsas silah təchizatçısı olmaqla qalmır, həm də Ermənistanla hərbi əməkdaşlığı da gündən günə genişləndirir".

Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |