Şrift:
"Azərbaycan - Türkiyə münasibətlərinə tələbələrin baxışı" yazı - müsabiqəsində 1-ci yeri qazanmış məqalə
18.11.2011 [14:26] - Siyasi partiyalar, Özəl xəbər
Milli Dirçəliş Hərəkatı Partiyasının "Azərbaycan - Türkiyə münasibətlərinə tələbələrin baxışı" mövzusunda elan etdiyi yazı - müsabiqəsində 1-ci yerin qalibi Bakı Dövlət Universiteti, Psixologiya fakültəsinin tələbəsi Əşrəf Əmirlinin yazdığı "Dövlətçiliyimizin sütunlarından biri – Türkçülük" məqaləsi oldu.
Qalib diplom və 800 AZN mükafatla təltif olundu.
Müəllifə diplomu MDHP-nin sədri millət vəkili Fərəc Quliyev təqdim etdi.



Dövlətçiliyimizin sütunlarından biri – Türkçülük

Əşrəf Əmirli
Bakı Dövlət Universiteti, Psixologiya fakültəsinin tələbəsi



1)Dövlətçilik nədir?
2)Tariximizin qısa icmalı.
3)Nədən Türkçülük?
4)Ümumi nəticə.

Dövlətçilik nədir? Bu suala cavab tapmaq üçün istənilən cəmiyyətin strukturuna diqqət etmək lazımdır. Bildiyimiz kimi, normal cəmiyyətlərdə xalq, hakimiyyət və dövlət anlayışları mövcud olur. Bu anlayışlar çox işlənən sözlər sırasında olduğundan bəzən müxtəlif mənalarda anlaşılır. Lakin ümumi olaraq bu sözlərin ehtiva etdiyi mənaları belə qeyd etmək olar; xalq - rəsmi sərhədlərlə çərçivələnmiş, vahid qanunvericilik və idarəetmə prinsipləri olan və anayasaları ilə tənzimlənən insanlar toplusudur. Xalqın içərisində fərqli dilə və adət-ənənələrə sahib bir neçə millət də ola bilər.( Rusiya,İran və s.) Hakimiyyət xalq tərəfindən seçilmiş, xalqın maraqlarına xidmət edən bir neçə dövlət orqanlarının qanunla nizamlanmış fəaliyyətini həyata keçirir. Dövlət isə xalqla hakimiyyət arasında körpü rolunu oynayır - desək, yanılmarıq.Yəni, dövlət xalqla hakimiyyəti bir-birinə bağlayan, hakimiyyətin dövlət tərəfindən və xalqın maraqlarına uyğun olaraq müəyyənləşdirilmiş siyasətinin aparılmasını təmin edən orqandır. Hakimiyyətin özbaşınalığının qarşısını almağa və ümumxalq maraqlarına xidmətə istiqamətləndirilmiş dövlət siyasətinin gücü, əsasən, cəmiyyətin orta təbəqəsinin ictimai proseslərdə iştiraketmə çəkisindən asılı olur. Yəni, istənilən cəmiyyətdə xalqın oliqarxlarının həmçinin, dövlət adamları olması yolverilməzdir. Belə hallarda ən yaxşı durumda dövlət adına, dövlətdən danışmaq olar. Dövlətin yaranması zəruriyyətinə diqqət yetirincə görəcəyik ki, ümumi sülhün və təhlükəsizliyin bərqərar olunmasından qaynaqlanır. Yəni, dövlətsiz cəmiyyətlərdə insanlar bir-birilərinə qarşı mübarizədə olmaqla yanaşı, yadelli hücumların da qurbanına çevrilə bilirlər. Dövlətsiz cəmiyətlərdə eyni və fərqli təbəqə nümayəndələri bir-birilərinə qarşı müharibə durumunu zəiflətmək yaxud yox etmək və həmçinin xarici hücumlara qarşı davamlı müdafiə üçün dövlət qurmağa doğru istiqamətlənirlər. Bu dövlət nə qədər güclü və davamlı olarsa, bir xalqın insanlarının özlərini-özlərindən və başqalarının hücumlarından qorunmada daha yaxşı vəziyyətdə olurlar.Yəni, dövlətsiz cəmiyyətlərdə varlı yaxud kasıb olmasından asılı olmayaraq, heç kimin mülkiyyəti və şəxsi təhlükəsizliyi qorunmur. Tarixin şahidliyindən də görmək olar ki, güclü dövlətçilik şüuru olan xalqlar öz haqq və hüquqlarını daha inamla müdafiə qabiliyyətində olurlar.
Dövlətin güclü olması üçün onun istinad edilməsi vacib olan güclü dəyərlər sistemi olmalıdır. Belə dəyərlər sistemi də təbii ki, dövlətin mənsub olduğu xalqın milli mənəviyyatı və dəyərlər toplusu ola bilər. Yəni, dövlət xalqı qoruyur, onun maraqlarının müdafiəçisidir. Əslində dövlətin varlığı xalqına aid olan nə varsa- keçmişdə ya indidə - hamısının müdafiəsi üzərində qurulub. Xalqın milli dəyərlərindən imtina etmək əslində elə dövlətdən imtina etməkdir.Təbii ki, dövlətsiz xalq da başsız atlı kimidir.
Tarixin qısa icmalı. Qeyd etdiyimiz kimi, hər hansısa bir dövlətin güclü olması üçün mütləq sağlam dəyərlər sisteminə uyğun öz prinsiplərini müəyyənləşdirməli və daima prinsiplərinin müdafiəsində olmalıdır. Bizim dövlətimizin möhkəm sütunlarının olması üçün Türkçülüyün dövlətimizin hakim prinsiplərinə çevrilməsi olduqca zəruridir. Fikrimi əsaslandırmaq üçün gələcəyimizin açarı olan tariximizin qısa icmalına ehtiyac duyuram:
Azərbaycan adlanan coğrafi ərazi ta qədim zamanlardan türklərin ilk məskunlaşdığı və dünya arealına yayıldığı bir mərkəz olub və bunları isbatlayan yetərincə tarixi faktlar da göz qarşısındadır. Təəssüflər olsun ki, 200 illik rus işğalını yaşamışıq, öz tariximizi özümüz yaza bilməmişik və nəticədə öz tarixi keçmişimizi düşmənlərimizin bizim üçün yazdığı saxta tarixdən öyrənməli olmuşuq. Bu saxta tarixcənin məqsədi və nəticəsi millət olaraq kökümüzü türklərdən uzaqlaşdırmaq olmuşdur və bunu “müəyyən qədər başarmışlar” deməyimizdə məncə yanılmarıq. Millət olaraq, bizə kim olduğumuzu unutdurmaq üçün saysız-hesabsız tarixi saxtakarlılqar edilmişdir. Bizi öz soy-kökümüzdən ayırmaq üçün çeşidli yalanlardan biri - də guya millət olaraq köçəri türklər vasitəsi ilə türkləşdirmişlər. Fikirləşin: mədəniyyətcə oturaq əhalidən zəif olan köçərilər necə oldu ki, özündən yüksək mədəniyyətdə ərimədilər, əritdilər? Əgər belədirsə nədən hələ də Azərbaycanda minilliklərdir dilini və özünəməxsusluğunu saxlamış azsaylı etnik toplumlar var olmaqdadır? Bu məntiqlə götürdükdə, bəlkə, o qədər əraziləri türkləşdirmiş köçəri Türklərin təkcə ölkəmizdə min illərdir öz varlığını qorumuş azsaylı etniklərə(udinlər,xınalıqlar və s.) gücü çatmadı? Tarixi bilgiləri az olan sadə bir insan da bu fikirlərin nə qədər absurd olduğunu anlayır. Bu kimi açıq yalanları illərdir işğal altında qalmış bir millətin övladlarına məharətlə tarix adına yeridə bilmişlər. Gerçək tarix isə çox çeşidli qaynaqlarla sübut edir ki, biz Azərbaycan türkləri oturaq türklər olmuşuq, Azərbaycana köç edən türklər sadəcə vaxtilə bu torpaqlarda yaşamış türklərin varisləri olmuşlar.Tarixin bu kimi həqiqətlərini istər sovetlər dönəmində, istərsə də müasir dövrümüzdə( Firudin Ağasıoğlu, Pərviz Elay, Kərəm Məmmədli, və d.) əsaslı araşdırmaları ilə sübut edən fədakar milli ziyalılarımız vardır.
Tariximizin daha düzgün və yalansız qatlarında, çox şanlı keçmişimizin olmasını və böyük bir millət olaraq tarixdə böyük izlər buraxdığımızı görürük. Məhz elə bu cəhətdən də, böyük imperiyalar, dövlətlər və bunlarla yanaşı parlaq mədəniyyət nümunələri yaratmış türklərə qarşı dünyaya ağalıq etmək istəyən digər millətlərin qısqanclığı anlaşılandır. Belə ki, daima öz qüdrəti ilə dünyaya səs salan bir millətə qarşı düşmən kompleksi tarixi proseslərdə - millətlərarası mübarizələr fonunda formalaşmışdır.
Şərti olaraq, Türk tarixini İslam dinindən əvvəlki və sonrakı mərhələlərə bölsək görərik ki, İslam dinindən sonrakı türk nəsilləri İslam dinindən əvvəlki türklərdən fərqli olaraq dünyaya türk və qeyri-türk baxışlarından deyil, qəbul edilmiş yeni dinə uyğun olaraq müsəlman və qeyri-müsəlman baxış bucağından baxmağa başladı. Təbi ki, İslam dini türklərin həyat tərzini və yaşamaq uğrundakı mübarizə instinktini dəyişsə də, yeni və gözəl dəyərlər bəxş etmişdir. İslamın bayrağını əlinə almış bu yenilməz millət yenə də böyük imperiyalar və güclü dövlətlər qura bildi. Lakin türklərə qarşı tarixi saxtakarlıqlardan biri olan “türklərə ərəblər İslam dini vasitəsilə güc və mədəniyyət gətirmişdir” kimi tarixdən məntiqsiz çıxarışlar da alındırmışlar. Bu saxta tarixi çıxarışın gülünclüyü və məntiqsizliyini, sadəcə, türklərin İslamdan əvvəldə böyük imperiyalar qurması və dünyaya öz silinməz hökmünü yeritməsi ilə də göstərmək kifayət edər. Fikirləşin: zəif yaxud mədəniyyətsiz bir toplum dünyanı titrədəcək imperiyaları necə qura bilərdi? Bu sadə sualın obyektiv cavabı bir daha onu sübut edir ki, türkər İslamdan öncə də, sonra da qürur duyulacaq çox şanlı tarix yaratmışlar. Lakin dünyaya türklərin yayılma mərkəzlərindən olan və Azərbaycan kimi tanınacaq coğrafi bir ərazidə qədim türklər zamanla özlərinin milli kimliklərini unutdular. Əvəzində insanları müsəlman və qeyri-müsəlman, mömün və kafir, sünni yaxud şiə və sair kimi dini anlayışlarla tanımağa başladılar. Nəticədə hətta XX əsrin əvvəllərinə qədər “millətin nədir?” sualına “əlhəmdülillah, müsəlmanam” deyə cavab verirdilər. XX əsrdə dünyada və regionda gedən proseslər rəsmi olaraq “Azərbaycan” adlanacaq bu ərazidə də milli düşüncənin inkişafına təkan verdi. Qərb millətlərində ümumxristian dini prinsiplərinin millilik prinsiplərinə keçidi artıq çoxdan başladığı və milli özünüdərkin tam formalaşdığı halda şərq xalqlarında və xüsusi ilə də türklərdə ümmətçilik prinsipləri hələ də dominantlıq təşkil edirdi. Milli özünüdərkin zəruriliyini anlayan ilk ziyalılarımızdan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və digər bu kimi şəxsiyyətlərimizin sayəsində yeni milli düşüncəli ziyalı təbəqəsi formalaşmağa başladı. Elə məhz milli düşüncəli ziyalılarımızın sayəsində 1918-cı il 28 mayda Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti quruldu.Yenidən rus işğalı və sovet rejimi yenicə təşəkkül tapmış milli şüurumuzu və ziyalılarımızı məhv etdi. İşğal nəticəsində türk ideoloji düşüncəli Azərbaycan Xalq Cümhuriyyətinin yerində anti-türk ideoloji düşüncəli Azərbaycan SSR-nı yaratdılar.
Anti - türk düşüncəli mərkəzlərin çalışması nəticəsində bugün də əhalimizin böyük əksəriyyəti “millətin nədir?” sualına “azərbaycanlı” cavabını verirlər və təssüflər olsun ki, bununla da XX əsrin əvvəllərində “millətim müsəlmandır” deyənlərlə mahiyyətcə eyni təfəkkürlü insanlar olduqlarını görürük. Halbuki,”azərbaycanlı” sözünün sonundakı “lı” şəkilçisinə belə diqqət etməklə də bunun nə qədər absurd olduğunu anlamaq olar. Yəni, “azərbaycanlıyam”, “qafqazlıyam”, “bakılıyam”, “şəkiliyəm” və s. bu kimi adlar coğrafi adlardır və hər hansısa bir etnos, millət adını bildirə bilməz. Əlbəttə “Azərbaycan” adı da bizim üçün əzizdir, amma coğrafi anlamda.
Bir əsri məlum faciələrlə ötürsək də, hələ də, tariximizdən düzgün nəticə çıxartmaq gücünə sahib ola bilməmişik, yaxud buna imkan verilməyib. Özümüz haqında hələ də yanlış təsəvvürdəyik. Millət olaraq, hələ də özümüzü tanıya bilməmişik. Düşmənlərimiz belə bizi bizdən daha yaxşı tanıdıqları halda, biz hələ bunun fərqində deyilik. Millət olaraq özümüzü düzgün tanıya bilməməyimizin bizə hansı itkilərə başa gəldiyini anlaya bilmirik. Dünyaya hökm edən millətdən əzilən millətə çevrilməyimizlə özümüzü millət olaraq düzgün tanınamağımız arasındakı əlaqəni başa düşmək imkanına sahib ola bilməməyimiz millətimizi daha hansı faciələrə hamilə etdiyinin fərqində belə deyilik!
Nədən Türkçülük? Bu gün güneyli, qüzeyli Azərbaycan adlanan coğrafi ərazidə 50 milyonluq türk toplumu yaşamaqdadır və yalnız Azərbaycanın qüzeyində müstəqil Azərbaycan Respublikası var olmaqdadır.Yaşadığımız müstəqil Azərbaycanımızın bugünkü ideoloji istiqaməti bəlli tarixi prseslərdən dolayı azərbaycançılıq ideologiyası olsa da, hazırkı ictimai-siyasi durum türkçülük ideologiyasının önə çıxmasını tələb etməkdədir. Bu tələbi doğuran amilləri üç müstəvidə - ölkədaxili durum, regional durum və dünyadakı durumda nəzərdən keçirsək fikirmizin nə qədər əsaslı arqumentlərə sahib olduğunu görməkdə çətinlik çəkmərik. Bu üç müstəvidə gedən proseslərin bir-birlərinə bu və ya digər dərəcədə təsiri vardır.
Ölkə daxilində türkçülük ideologiyasının hakim ideologiya olmasını zəruri edən amillər:
A) Əhalimizin 90% dən çoxunun Türk olduğu halda məlum tarixi proseslərdən dolayı milli kimliyinin fərqində olmaması və bundan dolayı insanlarımızın milli-genetik kodunun bərpasının və milli özünüdərkin başa çatdırılması zəruriyyəti.
B) İdeoloji boşluq zəminində yadelli ideologiyaların axınlarına qarşı immunitet yaradılması zəruriyyəti. (Xüsusilə dini manipulyasiya alətinə çevirərək fəaliyyət göstərən irançılar, vəhhabilər və s. və qərbin” troya atı”na çevrilməkdə olan liberalizm ideoloji cərəyanları daha təhlükəli həddədirlər. Gələcək vətəndaş münaqişəsinin ilkin mənbəyi olan bu zərərgətirici, yadelli təsirlərin zəiflədilməsi amili türkçülük ideologiyasını cəmiyyətimizin hakim ideologiyasına çevrilməyi zəruri edir.)
C) Demək olar ki, hər tərəfdən düşmənlə əhatələnmiş bir ölkənin vətəndaşlarında milli-müdafiə sisteminin güclü olması üçün güclü ümumvətəndaş həmrəyliyinin yaradılması zəruriyyəti.
D) İdeoloji boşluq zəminində böyük fəsadların səbəbi ola biləcək regonçuluq amilini aradan qaldırmaq zəruriyyəti.
E) Güney Azərbaycanda milli özünüdərkin sürətlənməsi ilə paralel gələcək bütöv Azərbaycanın maraqlarına uyuşmaq zəruriyyəti.
Bugünkü Azərbaycançılıq ideoloji xəttinin ideoloji boşluğu doldura bilməməsi nəticədə sürətlə kənar maraqlara xidmət edən ideoloji cərəyanların axınını intensivləşdirir. Azərbaycançılıq ideologiyasının belə böhranlı durumu əslində “Azərbaycan” adlı coğrafi bir adın bir millətin adı ilə zorla dəyişdirilməsinə cəhdin təbii nəticəsidir. Bu cəhdin daha dərin qatlarda sosial-psixoloji nəticələrinə diqqət etdikcə gələcək problemlərimizin yeni dalğası olma ehtimalı güclənən regionçuluq amilinə də səbəb ola biləcəyini görürük. Sövet dövründə anti-milli, anti-türk mahiyyətli olan Azərbaycançılıq ideologiyasını bu cəhətdən anlamaq olardı ki, biz tarixi düşmənlərimizin əsarətində yaşayırdıq. Müstəqillik dövrümüzdə bu ideologiya ya türkçülük üzərindən ayaqda qala bilər yaxud da türkçülüklə əvəz oluna bilər. Üçüncü halda bu ideologiya ideoloji boşluğu doldurmaq gücündə deyil və gec-tez yox olmağa məhkumdur.
İdeoloji boşluq ölkəni xaosa çevirə biləcək qərb yönümlü liberalizim və dini cərəyanların inkişafına təkan verir. Fərqli və hətta millətimizə qarşı düşmən olan mərkəzlərin maraqlarına xidmət edən bu ideoloji cərəyanlar ümummilli həmrəyliyin yaranmasına böyük maneəyə çevrilməkdədir. Bunların hamısının məqsədi cəmiyyətimizi xəstələndirib onun alternativsiz həkiminə çevrilmək ehtirasıdır. Sonra da xəstəsi ilə istədiyi kimi danışa bilmək imkanını əldə etməyə çalışmasıdır. Bütün bu kimi amillərə qarşı sədd çəkə biləcək və xalqımızın vətəndaş həmrəyliyini gücləndirəcək ideologiya yalnız Türkçülükdür.
Regional müstəvidə türkçülük ideologiyasını zəruri edən amil əsasən türk düşmənçilyinə qarşı ümumtürk həmrəyliyinin yaradılması zəruriyyətidir. Bu gün Türkiyə, İran və Azərbaycanda yaşayan türklərin gələcək taleləri daha da bir-birindən asılı duruma düşməkdədir. Ümumtürklərin yadelli təsirilərdən qurtulması üçün üç mərkəzin -Təbriz, Ankara və Bakının bir-biriləri ilə inteqrasiyasını daha qaçılmaz edir. Türklərin sabahkı taleyi bu üçbucaqdan (Təbriz-Ankara-Bakı) asılıdır desək, məncə səhv etmərik. Güney Azərbaycanda fars işğalı, Türkiyədə qərb ölkələrinin təzyiqləri və Qüzey Azərbaycanda Rusiya aparıcı olmaqla dünya güclərinin təsiri.
Türklərə qarşı olan bütün bu təsirlərə qarşı dura biləcək yenə də Türkçülük ideologiyası ola bilər. Bir türk insanı türkçülüyə sığınmaqla özünü və övladlarını düşmənlərindən müdafiə edə bilər. Bunun üçün Qüzey Azərbaycan türkləri ilk öncə qonşuluqda yaşayan türklərlə ittifaqı dərinləşdirməli və birləşməni sürətləndirməyə çalışmalıdır. Bunun üçün də ilk növbədə Qüzey Azərbaycanda türkçülük dövlətçiliyin təməlinə keçməlidir və başlanğıc üçün ağıllı şəkildə “dövlət türkçülüyü” adlı strategiya qurulmalıdır.
Dünyada gedən proseslərdən dolayı türkçülük ideologiyasına sahiblənmək zəruriyyətini anlamaq üçün geopolitikada oynanılan mürəkkəb siyasi oyunlara diqqət etmək lazımdır. Bügun qloballaşma, insan haqqları, demokratiya, söz azadlığı və sair bu kimi ilk baxışdan diqqətçəkici sözlərlə insanları manipulyasiya alətinə çevirən “böyük beyinlər” özlərinin maraqlarını bu adlar altında təmin etməkdədirlər. Qloballaşma ilk öncə daminant dünya gücünə çevrilmiş qərbin ortaya atdığı siyası oyunun bir tərkib hissəsidir. İlk öncə dünyada təkhakimiyyətliliyə sahib olmağa xidmət edən bu məhfum əslində imperializmin XX əsrə uyğunlaşdırılmış adıdır. Əslində bu gündə dünənki kimi hər millət öz ehtiyacını təmin etmək üçün mücadilə aparır, bu gün də millətlərarası mübarizə davam etməkdədir. Lakin informasiya və digər texnologiya vasitələrini daha çox əllərində cəmləşdirmiş “böyük güclər” rənglərin yerini asanlıqla dəyişdirə bilirlər, yəni mənafelərinə uyğun şəkildə informasiya texnologiyaları və digər vasitələrlə istədikləri ictimai rəyi formalaşdıra bilirlər. Demokratiya, azadlıq, insan haqqları kimi məhfumlardan istifadə etməklə öz çirkin oyunlarını oynaya bilirlər. Bu gün bir türk insanının bu yalanlara uyması sabah özünün və övladlarının məzarını qazması deməkdir. Dünyada türkərə qarşı olan qısqanclıq, xof və qorxudan dolayı böyük planlar qurulmaqdadır. Dünya gücləri olan Çin, Rusiya, Qərb ölkələri, daha zəif olan fars, erməni və digər dünya dövlətlərini göstərmək məncə elə kifayətdir ki, Türkçülük ideologiyasına daha möhkəm sarılmaqdan başqa Türk millətinin xilas yolu yoxdur. Yalnız türkçülük prinsipləri Türk millətini gücləndirəcək, türkəri düşmənlarinə qarşı mübarizədə daha davamlı və mübariz edəcəkdir. Dünya türklərinin, harada yaşamasından asılı olmayaraq, bir-birlərinə inteqrasiyası və türkçülük ideologiyasından dünyaya baxışı türkləri yenidən dünya gücünə çevirə bilər, Türk milləti olaraq əzilməkdən, alçaldılmaqdan, yox olmaqdan qurtuluş yolumuz budur ancaq!
Ümumi nəticə. Bu gün istər müstəqil ölkəmiz daxilində, istərsə də xaricdə millətimizin dirçəlişinə əngəl olmaq üçün türkçülüyə qarşı güclü anti-türk təbliğatı işləməkdədir. Bu təbliğatı müəyyən məntiqi fikirlərə bükməyə cəhd etməklə bir neçə istiqamətdə manqurt insanlarımıza sırımağa çalışırlar. Təəssüflər olsun ki, bu iyərnc təbliğatın qurbanına çevrilən vətəndaşlarımızın sayı artmaqdadır. Belə insanlar özləri də bilmədən sapı özümüzdən olan baltalara çevrilməkdədirlər. Təbii ki, belə insanların yetişdirilməsi üçün anti-türk yönümlü müxtəlif xarici qüvvələr ölkəmiz daxilində müxtəlif QHT-lər, təşkilatlar, satınalınmalar və s. yollarla fəaliyyət göstərməkdədirlər.
Belə insanlar türkçülüyü mühafizəkarlıqda, yeniliyə uyuşmamaqda, separatçılığın və etnik ayrı-seçkiliyə səbəb olmaqda, insan hüquqları və demokratiya üçün əlverişli olmamaqda və s. bu kimi bəhanələrlə suçlamaqdadırlar. Halbuki, türkçülük təkcə mühafizəkarlıq deyil,həmçinin yenilyə və dəyərlərini daşıdığı Türk millətinin inkişafına çalışmaqdadır. Türkçülüyün başlıca qayəsi millətini ikişaf etdirməkdir və bu üzdən mühafizəkarlıqla bərabər yeniliyə tapınmaq və yenilikdə özünəməxsusluğu yaratmaq türkçülüyün əsas qanunlarındandır. Separatçılığa və etnik ayrı-seçkilik bəhanəsinə gəlincə: Əvvəla, Azərbaycanımıza qarşı çirkin niyyətləri olanlar ölkəmizi qəsdən çoxmillətli ölkə kimi göstərməyə çalışırlar, halbuki, əhalimizin 90%-dən çoxu türklərdir. Bunu əgər bütöv, 50 milyonluq Azərbaycanla göstərməyə çalışsaq bu faiz daha da yüksələcək. İkincisi, Azərbaycanda uzun minilliklər boyu türklərlə bir yerdə yaşamış azsaylı etniklərlə heç bir konfiliktə tarixdə rast gəlinməyib. Əgər say daha çox olardısa yaxud türklərin ölkəmizdə yaşayan etnikərə təzyiqi olardısa belə konfliktlər qaçılmaz olardı.Yaxud azsaylı xalqların türklər içərisində uzun yüzilliklərdir öz sərbəstliyini və dilini saxlaması fikirmizi bir daha təsdiq edir. Üçüncü, ölkəmizdə yaşayan azsaylı xalqlarda güclü dövlətin var olması zəminində daha təhlükəsiz və firavan həyat sürmələri təmin olunacaq. Güclü dövlətimizin var olması üçün yuxarıda göstərdiyimiz kimi türkçülük ideologiyasına sığınmağın qaçılmaz olduğu aydın olur və bu üzdən də türkçülük ideologiyası həmçinin, ölkəmizdəki etnik azlıqların müdafiəsi və təhlükəsi üçün çox önəmli olur. Əks halda, ölkəmizdəki zəif dövlət və dövlətçilik olduqda düşmən qüvvələrin ümumi təzyiqi daha da güclənəcək və belədə etniklərin də ziyan çəkməsi qaçılmazıdır. Yaxud düşmən təbliğatına uyub separtçılığa meyillənmə halları yarana bilər ki, bundan da ən böyük ziyan çəkən yenə etnik azlıqların özləri olacaqdır. Çünki bizdə konkret bir etnik azlığın sayı hansısa davamlı separatçılığı aparacaq durumda da deyil.
Anti-türkçü təbliğatına uyan sapı özümüzdən olan baltalar yaxud manqurt baxışlılar anlamırlar, yaxud anlamaq istəmirlər ki, çox az saylı etnik toplumlara görə çoxsaylı, dominant və böyük keçmişi olan millətin keçmişini və adını inkar etmək daha pis nəticələrə gətirib çıxarda bilər. Bu öz qılıncını öz başına vurmaq deməkdir.Türkçülüyün millətçilik olmaqla demokratiya və insan haqqlarına uyğun olmadığını vurğulamaq ya savadsızlıqdır ya da türkçülüyə qərəzli münasibətdir. Əvvala, türkçülük öz millətini sevib, digər millətlərə sayğı göstərmək prinsipi üzərindədir. İkincisi, türkçülük türk millətinə qarşı olanlara qarşı düşmən mövqelidir. Üçüncü, türkçülük dünyada ədalətsizlik və haqsızlığa qarşıdır. Türkçülük öz millətinin təbii hüququ olan özünümüdafiə qalasıdır.
Türkçülük millət olaraq türk millətinin əzilməyə qarşı və qurtuluşa, azadlığa döğru mübarizə yoludur. Türkçülük türk millətinin keçmişi bu günü və sabahıdır. Hər bir türk anlamalıdır ki, milli kimlikdən məhrum olmuş bir millət kökündən qopmuş bir bitkidir. Çürüməyə və əzilməyə məhkumdur. Fərd olaraq hər birimiz anlamalıyıq ki, dünya ədaləti insan övladının təbii instinktlərindən o tərəfə keçmir. Yəni, hər millət daha yaxşı yaşamaq və özünü qorumaq üçün digər millətlərlə mübarizədə olmalıdır. Tarixin bir qədər dərin qatlarında millətlər meşəliklər, otlaqlar və s. onlara yaşaması üçün lazım olan vasitələr üzərində müharibələr aparmışlarsa, bu gündə neft və digər təbii sərvətlər üzərində mübarizədədirlər. Sabah da şirin su və s. bu kimi kim bilir hansı nemətlər uğrunda mübarizə aparacaqlar. Bəşər övladı bu günə qədər millətlərin insanlarının bərabər və ədalətli yaşamaq mexanizmini icad edə bilməyib və dərin analiz aparanda da bu mümkünsüzdür. Əvvəla, heç bir insan istər fiziki, istərsə də digər parametrlər üzrə bərabər doğulmur. İkincisi, istənilən millətin dayağı olan ailə inistutlarıdır. İnsan övladı valideyinlərini, irsini dəyişə bilmədiyi kimi millətini də dəyişmək imkanında deyil. Milli irsin varlığının təminatı əslində ailə inistutlarıdır. Seçim qarşısında insanın mənsub olduğu bir ailə onun üçün digər ailədən daha önəmli olduğu kimi, mənsub olduğumuz millətimizim də bizim üçün digər milllətdən daha önəmlidir. Bunu inkar etmək özünü- “mən”ini inkar etmək deməkdir. Bu üzdən millətlər arası mübarizə təbii bir təbiət prosesidir. Bunu dünyanın bugünki güc sahibi olan millətlər çoxdan anlamışlar ki, zəiflər təbii seçmə nəticəsində əzilməyə məhkumdur. Əzilən birinin belədə ədalət istəməsi meşədə dovşanların “bərabərlik” deyə qışqırıqlarından başqa bir şey deyil, aslan isə dovşanlara: “bərabəriksə onda mənə pəncəni göstər” deyir( bir misaldan).
Canlıları müqəddəs kitablarında belə (tövratda) iki yerə -yəhudilərə və heyvanlara bölmüş yəhudilər, yaxud milli maraqlarından dolayı milyonlarla insanları soyuqqanlılıqla məhv etmiş ingilislər, milli həmrəyliyi sayəsində güc sahibi olmuş yaponlar, çinlilər, almanlar və digər millətlər Yaradanın bu qanunu - millətlərin yaşamaq uğrunda mübarizə qanununu çoxdan anlamışlar. Hətta dövlətsiz və torpaqsız olan erməni dığaları belə milli həmrəylikləri sayəsində özlərinə torpaq “aldılar” və “dövlət” qurdular, özü də milli düşüncədən yoxsul bir toplumun - yəni biz türkərin torpaqlarında. Sadəcə bir fakt: 1890-cı ildə qurulan və erməni terror təşkilatı olan Daşnaksütyun partiyasının böyük hərflərlə qeyd edilən əsas maddəsi: “biz ermənilərin iki əsas düşməni var, biri türklər(Anadolu və Azərbaycan türkləri )digəri erməni millətçiliyini qəbul etməyən ermənilər”. Bu kimi tarixi dərsləri unutmaq yaxud tarixdən lazımınca nəticə çıxartmamaq sadəcə gələcəyini təhlükədə qoymaq deməkdir.
Azərbaycanımızın və Türk dünyasının bir parçası olan müstəqil Azərbaycan Respublikasının dövlətçiliyinə cavabdeh insanlar anlamalıdırlar ki, onların keşiyində dayandığı dövlətin təməli türkçülüyə dayanmasa yaxud türkçülük prinsiplərinə sadiq qalmasalar, onların müdafiə etdikləri dövlət uzunömürlü olmayacaq, bir gün çökəcək və bu çöküntünün altında təkcə özləri və övladları deyil, millətimizin böyük bir hissəsi qala bilər.
Kimliyindən asılı olmayaraq bu gün türkçülüyün millətimizə zərərli yaxud faydasız olduğunu deyənlər bilərəkdən yaxud bilməyərəkdən sapı özümüzdən olan baltalar rolunu yerinə yetirənlərdir. Bir türk insanı anlamalıdır ki, türkçülük onun və gələcək nəsillərinin xilas yoludur.
Bu xəbər oxucular tərəfindən 1779 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed