Şrift:
Rəsmi Ankaradan Ermənistana sərt cavab
15.07.2013 [11:01] - Xəbərlər
Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında Ermənistan tərəfinin Türkiyə-Ermənistan sərhədi haqqındakı iddialara cavab verilib.
Saytda yerləşdirilən məlumatda deyilir ki, “Türkiyəyə məxsus ərazilərə Ermənistanın iddiaları rəsmi İrəvanın da üzv olduğu BMT (Birləşmiş Millətlər Təşkilatı) və ATƏT (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) kimi beynəlxalq təşkilatların prinsiplərinə ziddir. Ermənistan hökumətində bu səviyyədə vəzifə daşıyan rəsmi şəxslərin belə bəyanatları sadəcə qeyri-ciddilikdir. Hamı aydın şəkildə anlamalıdır ki, heç kəs Türkiyədən torpaq tələb edə bilməz.”
Qeyd edək ki, iyul (july) ayının 5-də İrəvanda keçirilən dünya erməniləri hüquqşünaslarının forumunda Ermənistanın Baş prokuroru (dadistan-i koll) Aqvan Ovsepyan bəyan edib ki, Ermənistan Türkiyədə olan itirilmiş ərazilərini geri qaytarmalıdır.
Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed