Şrift:
Azərbaycan Respublikasında Dövlət Qulluğunda İslahatlar İkitərəfli Layihəsi başa çatıb
15.07.2013 [11:14] - Gündəm, Sosial
Bu gün “Azərbaycan Respublikasında Dövlət Qulluğunda İslahatlar” İkitərəfli Layihənin başa çatması ilə bağlı mətbuat konfransı keçirilib.


Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının (DQMK) sədri Bəhram Xəlilov bildirib ki, “Azərbaycan Respublikasında Dövlət Qulluğunda İslahatlar” İkitərəfli Layihənin həyata keçirilməsinə 2009-cu ilin avqustundan başlanıb.



Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanın mərkəzi icra hakimiyyət orqanlarında dövlət qulluğu sahəsində şəffaf və vətəndaş yönümlü fəaliyyətin inkişaf etdirilməsi və yaxşı idarəetmənin dəstəklənməsi olub: “Layihənin işi komissiyanın təşkilatı imkanlarının gücləndirilməsi, dövlət qulluqçuları üçün təlim və ixtisas sisteminin yaradılması, komissiyanın və onun tərəfdaşları arasında əlaqə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət qulluğunda bacarıqlar əsasında işəgötürmə sisteminin təkmilləşdirilməsi, dövlət qulluğu islahatı üçün strategiya və hüquqi müddəalarla bağlı məsləhət xidmətlərinin yaradılması kimi istiqamətləri əhatə edib. Layihə çərçivəsində komissiya “2013-2015-ci illər üçün Azərbaycan Respublikasının dövlət orqanlarında kadr siyasətinin inkişafı strategiyası”nın layihəsini hazırlayaraq prezidentə təqdim edib.



Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə rəhbəri Henning Tveste bildirib ki, 5 il ərzində Azərbaycanda aparılan əməkdaşlıq çox məhsuldar keçib. Onun sözlərinə görə, gözə çarpan nəticələr əldə edilib və bu nəticə digər ölkələrdə müsbət nümunə kimi istifadə edilə bilər: “Bütün ölkənin inkişafı, müasirləşməsi üçün dövlət qulluğu çox önəmlidir. Müasir və peşəkar dövlət xidməti olmadan ölkələr adekvat şəkildə qloballaşma proseslərinə cəlb oluna bilməz. Əməkdaşlığımız zamanı əldə olan üç əsas nəticə bunlardır: Azərbaycanın standartlaşdırılmış informasiya texnologiyaları əsasında işə qəbul etmə mexanizmi var ki, bu da regionda qabaqcıl nümunədir. DQMK-nın fəaliyyəti beynəlxalq səviyyədə dəstək alır və hazırda xarici ölkələrdən vəsatət alırıq ki, Azərbaycanın təcrübəsini öyrənsinlər. Azərbaycanda bu iş dövlət rəhbərliyi səviyyəsində dəstəklənir. GİZ və Komissiya etibarlı tərəfdaşlıq qurub və bu faydalı işbirliyi örnək ola bilər”.


Tədbirin davamında hər iki tərəf jurnalistlərin suallarını cavablandırıb.
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed