Şrift:
Azərbaycanlı samboçular Universiadada bürünc medal qazanıblar
15.07.2013 [11:32] - İdman
Azərbaycan Rusiyanın Kazan şəhərində keçirilən XXVII Yay Universiadası növbəti medallarını qazanıb. Apasport.az saytının məlumatına görə, mübarizəyə qoşulan sambo üzrə Azərbaycanın iki idmançısı – Ağasif Səmədovla Emil Həsənov bürünc mükafatçı olublar.

52 kq çəki dərəcəsində çıxış edən Səmədov Venesuela idmançısı Mateiksa Qastelyanonu və tacikistanlı samboçu Suxrob Muminovu məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda təmsilçimiz qazaxıstanlı idmançı Beymbet Kanjanovaya uduzub. Bürünc medal uğrunda görüşdə isə Səmədov Türkmənistandan olan samoçu Rüstəm İsmayılova 4:0 hesabı ilə qalib gəlib.

68 kq çəkidə mübarizə aparan Həsənov müvafiq olaraq Eldiyar Jarkınbayı (Qırğızıstan) və Katalin Bratuleskunu (Rumıniya) üstələyərək, yarımfinala yüksəlib. Burada isə təmsilçimiz yerli idmançı Denis Davudovaya uduzub. Emil həlledici döyüşdə koreyalı idmançı Min Suk Yunqun öhdəsindən gəlməyi bacarıb.
Bu xəbər oxucular tərəfindən 990 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed