Şrift:
Netanyahu: İrana qarşı sanksiyalar daha da sərtləşdirilməlidir
15.07.2013 [13:37] - Siyasət
“İran nüvə proqramı ilə bağlı fəaliyyətlərini sürətlə irəlilətməkdədir”.Bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.



Onun sözlərinə görə, bu vəziyyətin qarşısını alınmalıdır: “Bunun üçün də dünya ictimaiyyətinin İrana qarşı sanksiyaları daha da sərtləşdirməsi lazımdır”.



B.Netanyahu deyib ki, İranın uranın zənginləşdirilməsi sahəsindəki gücü və qabiliyyəti bir plutonium reaktoru quracaq səviyyədədir: “İran ballistik raketlərin istehsalı sahəsində də gücünü artırıb”.



İranın nüvə proqramının dayandırılmasının yeganə yolunun iqtisadi sahədəki sanksiyaların əvvəlkilərdən daha çox artırılması olduğunu deyən B.Netenyahu bu məsələdə ABŞ-ın üzərinə böyük vəzifə düşdüyünü vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 832 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed