15.07.2013 [14:02] - Xəbərlər, Gündəm
XİN həmkarlar ittifaqı diplomatların tətilə başlaması barədə qərar verib
İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları – diplomat və konsullar bu gün fəaliyyətlərini dayandırıblar. Səfirlikdən verilən məlumata görə, İsrail XİN-in həmkarlar ittifaqı iş şəraitinin yaxşılaşdırılmasına dair məsələlərin həllinə nail olmaq üçün tətil elan edib.
Nəticədə İsrailin bütün ölkələrdəki, o cümlədən Bakıdakı səfirliyində konsulluq xidmətlərinin göstərilməsi, vizaların verilməsi dayandırılıb.
Xatırladaq ki, İsrail Xarici İşlər Nazirliyinin əməkdaşlarının tətili bir neçə aydır davam edir. Diplomatlar əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Onlar tələbləri yerinə yetirilənə kimi ölkənin rəsmi şəxslərinin səfərlərini təşkil etməkdən imtina ediblər. İyunun əvvəllərində baş nazir Netanyahu Polşaya səfərin təşkili üçün hərbçilərə müraciət etməli olub.
Qeyd edək ki, 2011-ci ildə İsrailin XİN-in əməkdaşları analoji aksiya keçiriblər, nəticədə Maliyyə Nazirliyi diplomatların maaşlarını artırmağa və onlara mükafatlar ödəməyə razılıq verib.
İsrail səfirliyinin konsulluq şöbəsi yalnız təcili tibbi yardıma ehtiyacın yaranması, dünyasını dəyişmiş insanların meyitlərinin daşınması, övladlığa götürmə və surroqat analıqla bağlı müraciətləri istisna olaraq nəzərdən keçirəcək.

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |