Şrift:
Türkiyədə PKK terror təşkilatınıa məxsus qəbristanlıq açılışı olub
16.07.2013 [10:29] - Gündəm, Türk dünyası-Turan
35 mindən artıq Anadolu türkünün qətlinə fərman verən, yüzlərlə uşağın qətlinin birbaşa sifarişçisi olan Abdulla Öcalanın (Apo) lideri olduğu PKK terror təşkilatı Türkiyənin Diyarbəkir vilayətinin Licə qəsəbəsi Yolçatı kəndi yaxınlığında ümumilikdə 2 ay öncə inşasına başlanan 170 PKK terrorçusunun məzarlarının olduğu “PKK şəhidliyi”nin ümumilikdə 5 minə yaxın insanın iştirak etdiyi təntənəli açılış mərasimi olub. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Qeyd edək ki, A.Öcalan mərhum Bülənt Ecəvitin lideri olduğu Sosial Demokrat Partiyası və Dövlət Baxçalının lideri olduğu Milliyətçi Hərəkat Partiyasının iqtidarda olduğu zaman yaxalanıb və ömürlük həbsə məhkum olunub.
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed