Şrift:
Lənkəran şəhərində Türkiyə konsulluğu açılacaq
18.11.2011 [15:02] - Xəbərlər
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Lənkəran şəhərində olub.

APA-nın cənub bürosunun məlumatına görə, səfir rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla görüşüb. Görüşdə səfirə Lənkəranın sosial-iqtisadi, mədəni həyatı, turizm potensialı barədə məlumat verilib.
Səfir jurnalistlərə açıqlamasında səfərinin əsas məqsədinin Lənkəranda Türkiyə konsulluğunun açılması ilə bağlı olduğunu deyib. Səfir konsulluq binası üçün hələlik yer seçilmədiyini açıqlayıb. Onun sözlərinə görə, konsulluq gələn ilin əvvəllərində açılacaq.
Bu xəbər oxucular tərəfindən 1047 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed