Şrift:
Ded Xasanın qatili tapıldı?
16.07.2013 [12:51] - Gündəm, Hadisə
İtaliya polisi rusiyalı həmkarlarına kömək etməyə hazır olduğunu deyib
İtaliya polisi “Ded Xasan” ləqəbli kriminal avtoritetin qətlinin araşdırılmasında rusiyalı həmkarlarına kömək edə biləcəklərini açıqlayıblar.Rusiya mətbuatının verdiyi məlumata görə, əməliyyat çərçivəsində iki "kriminal generalın" Tariel Oniani və Merab Canqveladzenin danışığını əldə ediblər. Usoyanın güllələməsi ərəfəsində onlar onun "zərərsizləşdirilməsinin" zəruriyyətindən danışıblar.

Aydın olub ki, İtaliya polisi bir neçə il Merab Suxumski bu ölkədə "sxodka"da olarkən danışıqlarını dinləyiblər. Bunun üçün adətən qanuni oğrular Roma və Milanda böyük otellərin banket zallarını icarəyə götürüblər.

2012-ci ilin sentyabr ayının 12-də Merab növbəti dəfə Romada yaxın tərəfdaşlarını toplayıb. Onlar Ded Xasanın klanı ilə "savaşlarını" müzakirə ediblər. Merab və Taronun telefon danışığı bu zaman olub. Taro Merabın Usoyan haqıqnda dediklərinə belə cavab verib 6 "Onu zərərsizləşdirin bitsin".

İtaliyanlar məhz bu danışıqlardan sonra Ded Xasana ölün hökmünün verildiyini düşünürlər. 2013-cü ilin yanvarında kriminal avtoritet Moskvada güllələnib.

Bundan sonra polis qeyd edilən şəxslərin daha bir telefon danışığını qeydə alıb. "Bu bizim üçün ad günüdür. Biz önə doğru 100 addım atdıq".

Lakin, Rusiya Daxili İşlər Nazirliyinin səs yazılarına skeptik yanaşır.
Bu xəbər oxucular tərəfindən 1022 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed